Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr olunub Yeni nəşrlər, Biologiya və tibb elmləri 20 декабря 2017 Bu günlərdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərlər” (Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Tədqiqatları) jurnalının I cildi ingilis dilində nəşr olunub.ZiM.Az xəbər verir ki, jurnalda institutun yaranma tarixi və əməkdaşlarının elmi nəticələri öz əksini tapıb. Jurnalda institutun direktoru, akademik İradə Hüseynova, b.e.d. Süleyman Allahverdiyev və fotosintez sahəsində dünya şöhrətli alim, prof. Govindjee tərəfindən mərhum akademik Cəlal Əliyevin xatirəsinə həsr edilən "Böyük alim, böyük müəllim və böyük insan" məqaləsi də oxuculara təqdim olunub. Nəşrdə, həmçinin akademik C.Əliyevin sağlığında çap olunmayan “Məhsuldarlığı yüksək olan buğda növlərinin yetişdirilməsi üçün fotosintez əlamətlərinin əhəmiyyəti” adlı məqaləsi də yer alıb.Jurnalda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının məqalələri ilə yanaşı AMEA-nın Botanika və Genetik Ehtiyatlar institutlarının, Əkinçilik ET İnstitutunun əməkdaşları tərəfindən yerinə yetirilən tədqiqatların nəticələrini özündə əks etdirən 30-a yaxın məqalə dərc edilib. Bunlarla yanaşı, jurnala fərdi və müştərək qrant layihələri üzrə yerinə yetirilən, Rusiya, Cənubi Koreya və Böyük Britaniyanın nüfuzlu institut və universitetləri ilə beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən tədqiqatların nəticələrini əks etdirən məqalələr də jurnala daxil edilmişdir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.