Tahir Həkimli: ''Bir qoca dərvişəm'' Yeni nəşrlər, Borçalı 10 мая 2017 İkinci Cahan Muharibəsi iştirakcısı 94 yaşlı Tahir Həkimlinin (Həkimov, Padarlı) beşinci şeirlər toplusu işıq üzü görmüşdür. Kitabın naşiri və redaktoru Müşfiq Borçalıdır. Bu topluda T.Həkimlinin son illərdə yazdığı şeirlər çap edilmişdir. Vətənlə, sevgiylə və müxtəlif ovqatla yazılmış şeirlər ilk anda oxucunu özünə cəlb edir. T.Həkimli Gürsüctanın Marneuli rayonundakı Kvemo Saral (Aşağı Saral) kəndində uzun müddət müəllimlik etmışdır. Hazırda da gənc nəslin tərbiyəsində və təlimində fəal iştirak edir. Tez-tez məktəblilərlə görüşlərdə olur. Doxsandörd yaşın astanasında ömür sürən T.Həkimlinin əvvəllər ''Yadigar'', ''Yüz şeir'', ''Yaşamaq şirindir'', ''Nağıla bənzər ömür'' kitabları çap olunmuşdur. Sonuncu ''Bir qoca dərvişəm'' kitabında 9 May şeirinin epiqrafında T.Həkimli yazır: ''1943 -cü ildən 1945-ci ilə dək faşist Almaniyasının müxtəlif düşərgələrində əsrlikdə olmuşam. Zülmü, zilləti,sitəmi diri dözlü görmüşəm. ...Mən görmüşəm əsrliyin zülmünü, Göynədir, göynədir odlu qəlbimi. Allah gostərməsin o keçən günü Faşıstlər məhv, oldu ellər sevindi. Deyən müəllif müharibənin faciələrini görmüş insan kimi, ədalətsiz müharibələrə nifrət bəsləyir. Alman faşizmi üzərində qələbənin 72-ci ili münasibəti ilə bütün veteranları səmimi qəlbdən təbrk edir və onlara can sağlığı arzu edirik. Uca Tanrıdan arzu edirik ki, Azərbaycanda eləcə də, müharibə gedən bütün yerlərdə əmin-əmanlıq, sülh bərqərar olunsun. Müharibələr fəlakətdir, dəhşətdir və dözülməzdir. Səma Həsənova,Gürcüstan, Borçalı mahalı, Marneuli rayonu, Aşağı Saral kənd ictimai məktəbinin X sinif şagirdi ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.