Şirazi və onun Gülşən-i Raz Tərcüməsi Yeni nəşrlər, Turan 3 февраля 2017 AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun yeni kitabı çapdan çıxıb. “Şirazi və onun Gülşən-i Raz Tərcüməsi” adlı kitab Türkiyənin Ankara şəhərində “Manas” yayım evində işıq üzü görüb.Şirazi XV əsr Azərbaycan – Türk ədəbiyyatının az tanınmış söz ustalarından biridir. Şairin günümüzə qədər çatmış , təsəvvüf mövzusunda yazdığı türkcə şeirlərinin sayı çox deyildir. Lakin Şiraziyə böyük şöhrət qazandıran əsəri “Gülşəni-Raz“ tərcüməsidir.Şirazinin XIV əsrin böyük Azərbaycan təsəvvüf şairi Şeyx Mahmud Şəbüstərinin eyniadlı kitabından 1426-cı ildə sərbəst tərcümə yolu ilə Türk dilinə çevrilmiş “Gülşəni – Raz”ı əsəri təsəvvüf haqqında qələmə alınmışən dəyərli mənbələrdən biridir.Dünyanın müxtəlif kitabxanalarında Şirazinin tərcümə əsərlərinin əski əlyazma nüsxələrinin mövcudluğu onun orta əsrlərdə də məşhur olduğunu təsdiq edir.Şirazinin “Gülşəni-Raz” tərcüməsi təsəvvüfə aid deyərli mənbə olmaqla bərabər, əski Türkcənin qiymətli örnəklərindən biridir. Şair-mütərcimin bu əsəri dilin sadəliyi, axıcılığı və yüksək poetik özəllikləri ilə seçilir. Məsnəvi şəklində qələmə alınmış bu örnəyin diqqəti cəlb edən cəhətlərindən biri onun dilində çoxlu sayda türkköklü əski sözlərin işlənməsidir.Azərbaycanın tanınmış elm adamı AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun Türkiyə oxucularına ilk dəfə təqdim olunan bu kitabında “Gülşən-i Raz” tərcüməsilə bağlı filoloji və linqvopoetik tədqiqatla bərabər əsərin mətni də yer almışdır.“Şirazi və onun Gülşən-i Raz Tərcüməsi” əsəri 3 fəsildən ibarətdir. Birinci fəsil Şəbüstərinin “Gülşəni Raz” əsəri və onun Türkcəyə ilk klassik tərcüməsi adlanır. Burada tərcümənin əlyazmaları haqqında məlumatlar öz əhatəsini tapır.İkinci fəsil “Gülşəni-Raz tərcüməsi və onun farsca əslinin müqayisəli-linqvistik təhlili”nə həsr edilib.“Gülşəni-Raz” tərcüməsinin dil-üslub özəllikləri əsərin üçüncü fəslində öz əksini tapır.Kitabın redaktoru Gönül Mirzədir.Təranə ŞÜKÜRLÜ,AMEA Nəsimi adına Dilçilik İnstitutununİctiamiyyətlə əlaqələr şöbəsinin müdiri,dosent ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.