“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb Yeni nəşrlər, Regionlar, Folklor 17 января 2017 TƏBRİK EDİRİK!..AMEA-nın İctimai Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimovanın “Zaqatala folklor örnəkləri” kitabı çapdan çıxıb.Nəfis şəkildə tərtib olunan kitabın redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızıdır.Kitabda 1996-2016-cı illər ərzində Zaqatala bölgəsindən, xüsusilə də Qımır, Çobankol, Bazar, Muxax, Suvagil, Gözbarax, Yuxarı Çardaxlar, Tala, Qandax, Faldar, Əliabad, Muğanlı, Yengiyan, Car, Mamrıx, Zəyəm, Bəhmədli kəndlərindən toplanmış mövsüm-mərasim, məişət-mərasim adət-ənənələri, bayatılar, nazlamalar, oxşamalar, xoyratlar, tapmacalar, lətifələr, əfsanə və rəvayətlər, nağıllar, dastanlar və s. öz əksini tapıb.Nəşrə daxil edilən janrlar içərisində lətifələr xüsusilə seçilir.Kitaba aşıq və el şairlərimizin şeirləri, deyişmələri və “Aleybadlı Aşıq Hüseyn”, “Bəhrinazla Aşıq Mədət”, “Tale ilə Aşıq Mədət” dastanları da daxil edilib.Azərbaycan folkloru atlasının yaradılmasına yeni töhfə hesab edilən nəşr ali məktəb müəllimləri və tələbələri, mütəxəssislər, həmçinin folklor mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.Biz də “Ziya” qəzetinin və ZiM.Az saytının yaradıcı heyəti və oxucuları adından filologiya üzrə fəlsəfə doktoru, hörmətli Zümrüd xanım Mənsimovanı yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.