Gürcüstan parlamentində azərbaycanlı deputat Azər SÜLEYMANOV erməni separatçının bəyanatına etiraz edib

Gürcüstan parlamentində azərbaycanlı deputat Azər SÜLEYMANOV erməni separatçının bəyanatına etiraz edib Bu gün - 2016-cı il Fevralın 17-də Gürcüstan parlamentində milliyyətcə azərbaycanlı olan deputat Azər Süleymanov Cavaxetiya bölgəsində yaşayan, separatçı çıxışları ilə tanınan Vaan Çaxalyanın bir neçə gün əvvəl verdiyi bəyanata münasibət bildirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, A.Süleymanov V.Çaxalyanın bəyanatının türklər və azərbaycanlıların əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, deputatın çıxışı Gürcüstan televiziyası ilə canlı yayımlanıb.

A. Süleymanov bildirib ki, hələ də Xocalı soyqırımına dünya birliyi tərəfindən siyasi qiymət verilməyib. Gürcüstan parlamentinin üzvlərinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verən deputat qeyd edib ki, 24 il bundan əvvəl Ermənistan Silahlı Qüvvələri Rusiya ordusunun köməyi ilə Xocalı şəhərində yaşayan azərbaycanlıları işgəncə ilə öldürüblər. Onun sözlərinə görə, bu dəhşətli cinayətləri törədənlər hələ də azadlıqdadır.

“Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər əraziləri rus tanklarının və erməni separatçılarının köməyi ilə işğal edilib. Bu işğala oxşar hadisələr Gürcüstanın da başına gəlib. Mən azərbaycanlıyam, Gürcüstan isə vətənimdir. Çaxalyan öz bəyanatında bildirib ki, Gürcüstan hakimiyyəti ölkədə türklərə və azərbaycanlılarına üstünlük verir. Mən bu bəyanatla əlaqədar Gürcüstan prezidentinə, parlament sədrinə müraciət edirəm. Xahiş edirəm ki, Çaxalyanın bu separatçı bəyanatına reaksiya verilsin”, - deyə o vurğulayıb.

A. Süleymanov Baço Axalaya, Giqi Uqulava və Vano Merabişvili kimi vətənpərvər şəxslərin hələ də həbsdə saxlanıldığını, lakin separatçı Çaxalyana amnistiya verildiyini vurğulayıb. Deputat Gürcüstanla Azərbaycanın həmişə bir yerdə olduğunu deyərək, ölkələr arasındakı dostluq münasibətlərinin daha da dərinləşdirilməsinin vacibliyini önə çəkib.

Qeyd edək ki, "Vahid Cavaxk" təşkilatının lideri V.Çaxalyan Saakaşvili hakimiyyəti dönəmində həbs olunub. 2013-cü ildə isə əfv edilib.

Gürcüstan. Nizami Məmmədzadə - APA.













My Webpage


Добавлено в сохраненные ссылки[/i]
[/i]



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Qarabağ, Tiflis, Siyasət
Gürcüstan parlamentinin üzvü:

Gürcüstan parlamentinin üzvü: "Zəhranın qisasını almağa hazırıq"

Borçalı
Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

"Borçalı" Cəmiyyəti
Vahid Milli Hərəkat Partiyası parçalandı, iki yerə bölündü... Amma... Soyda ...

Vahid Milli Hərəkat Partiyası parçalandı, iki yerə bölündü... Amma... Soyda ...

Tiflis, Siyasət
Gürcüstan Parlamentində ilk dəfə Xocalı soyqırımı ilə bağlı məsələ qaldırıl ...

Gürcüstan Parlamentində ilk dəfə Xocalı soyqırımı ilə bağlı məsələ qaldırıl ...

Qarabağ, Tiflis, Borçalı
“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə

“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə "Gürcü arzusu”, nə də İvanaş ...

Gürcüstan, Borçalı, Siyasət
Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Gürcüstan, Tiflis, Siyasət
Azər Süleymanov  Parlamentdə çıxış edərək, qəddar qatilə qoyulmuş heykəlin  ...

Azər Süleymanov Parlamentdə çıxış edərək, qəddar qatilə qoyulmuş heykəlin ...

Gürcüstan, Tiflis, Borçalı, Siyasət

"Borçalı-İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilis ...

Qarabağ, Tiflis, Borçalı, Diaspora
Gürcüstan azərbaycanlıları Fevralın 8-i saat 14-də Tiflisdə Gürcüstan Parla ...

Gürcüstan azərbaycanlıları Fevralın 8-i saat 14-də Tiflisdə Gürcüstan Parla ...

Gürcüstan, Tiflis, Siyasət, Diaspora
Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan, Hüquq, Diaspora
Millət vəkili Savalan Mirzəyev Gürcüstan parlamentində Xocalı soyqırımı ilə ...

Millət vəkili Savalan Mirzəyev Gürcüstan parlamentində Xocalı soyqırımı ilə ...

Tiflis, Qarayazı
Gürcüstan Azərbaycanlıları Konqresində Xocalı faciəsi qurbanlarının xatirəs ...

Gürcüstan Azərbaycanlıları Konqresində Xocalı faciəsi qurbanlarının xatirəs ...

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

Biologiya və tibb elmləri
Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflis
Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Qarabağ, Tiflis
Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir

Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir

Borçalı, Rusiya, Diaspora
Gürcüstan Parlamentinin azərbaycanlı deputatına ağır itki üz verib

Gürcüstan Parlamentinin azərbaycanlı deputatına ağır itki üz verib

Nekroloqlar
Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Deputat Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

MEDİA
Əflatun Amaşov Gürcüstana səfər edib

Əflatun Amaşov Gürcüstana səfər edib

MEDİA, Gürcüstan
Rəy yazın: