YETİM MAHMUD (1941-2003) Tv, Borçalı, Müşfiq Borçalı 8 ноября 2018 YETİM MAHMUD (1941-2003)Mahmud Mahmud oğlu Məmmədov - 1941-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olmuşdur. Atasının üzünü görmədən dünyaya gələn Mahmuda öz atasının adı verilmişdir. El məclislərində aşıqlarla ara-sıra deyişməsi sonralar onun Yetim Mahmud ləqəbi ilə şair kimi tanınmasına səbəb olmuşdur. “İnsan harayı” adlı ilk kitabı sağlığında işıq üzü görmüşdür. Yetim Mahmud 2003-cü ildə dünyasını dəyişmişdir. Ölümündən sonra onun əlyazmaları toplanaraq iki kitab şəklində oxucuların ixtiyarına verilmişdir. Tanınmış jurnalist-tədqiqatçı Mirzə Məmmədoğlu Gürcüstan radiosunda işləyərkən 1999-ci illərdə Yetim Mahmudun öz ifasında bir neçə şeirini lentə almışdır. İndiyədək onu şəxsi fondunda qoruyub saxlayan Mirzə Məmmədoğlu Yetim Mahmudun əziz xatirəsini yad edərək həmin lent yazısını bu günlərdə Yutuba yerləşdirirk poeziyasevərlərə təqdim etmişdir. Biz də bu xeyirxahlıq üçün Mirzə müəllimə təşəkkür edir, həmin lent yazısını aşağıda Zim.Az/Tv -nin dəyərli ziyarətçilərinə təqdim edir, Yetim Mahmuda isə Allahdan rəhmət diləyirik. Yeri behişt olsun!..Müşfiq BORÇALI.My WebpageF-dan:Seadet Novruzqizi Saire: - Yetim Mahmulda bağlı xatirələrim var. Öldüyünü bilmirdim Allah rehmət eləsin. 2001-ci ilin səhv etmirəmse may ayı idi xəstənada yatırdım. Yetim Mahmutda orda yatırmış. Dərdimin odlu vaxtı, xestelikde bir yandan,iki körpə balam qalmışdı herisi bir nenəsinin yanında.Boş qalan oçağım fəryad eliyirdi. Yazırdım geldikcə yana-yana. Otaqdakı yoldaşlarım bilirdi. Dəhlizdə söhbət zamanı Yetim Mahmuda deyiblər ki, burda bir gəlin var oda yazır. Deyibki şeirlərindən versin baxım. verdi qızlar dəftərimi.(mən utanırdım o vaxtlr şeirimi oxumağa,deməyəki yazıram). Səhəri gün əlindədə kitabı gəldi məni qapıya çağırdı öz kitabınıda gətirmişdi açdımki elimin şair qızı Səadətə yazıb çəkinərək dedimki niyəbelə yazmısız axı mən şair deyiləm. Dedi qızım sen yazacaqsan yaz. Çox yaxşı alicənab adam idi.Yeri cənnət olsun.Orda olduğumuz müddətdə hər axşam onun şeirlərini qulaq asırdıq.... Onu yada salıb yazan Müşfiq müəllimə şox sağ olun deyirəm.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.