Yubileyiniz mübarək, Cavanşir Cahangirov!.. Tv, Təbriklər 30 октября 2015 MÖHKƏM DAQAN!..Bu gün Cavanşır Cahangirovun “birinci doğum günüdür”Balaca boyGülər üzŞirin dilCəldŞair qəlbliHansısa adamın haqqında yazmağa başlayanda ilk olaraq onun doğum günü, yəni doğulduğu günü, ayı, ili, tanıtım məqsədi ilə oxucuya təqdim edilirlər. İndi mən durub desəm ki, o, 1955-ci ilin 30 oktyabrında doğulub, dostlarımız mənə yalançı deyəcək. Mən yalançı adı qazanmayım deyə sizə deyəcəm ki, o, 1956-cı ilin 6 noyabrında dünyaya gəlib. Sadəcə atası Muradxan Cahangirov onun doğum tarixini dəyişib. Niyəsini soruşmayın, çünki, deməyəcəm. Doğum günü ilə talehini yazan, böyük məktəbin balaca boy alimi Cavanşir Cahangirovdan…- ildə iki dəfə ad günü qeyd etdiyimiz adamdan sizə sorağ gətirmişəm.Böyük məktəb - AzTVAzərbaycan televiziyası ilə bir yaşdadı Cavanşir Cahangirov. Azərbaycan radiosu ilə isə bir gündə doğulub. “Əmək fəaliyyətinə Azərbaycan televiziyasında başlamışdır” (Azərbaycan radiosunda isə bitirmişdir) Bu sözləri dırnaq arasında yazmağımın xüsusi mənası var. Hətta mənaları var desəm yanılmaram. 1) Cavanşir Cahangirov Azərbaycan televiziyası ilə doğulub, təkcə əmək fəaliyyətinə Azərbaycan televiziyasında başlamayıb.2) Cavanşir Cahangirov bu televiziyanı özünə təkcə iş yeri deyil, həm də doğma yurd edə bilib.3) Cavanşir Cahangirov ən əsası bu məktəbin öz sözünü deyən müəllimi ola bilib.Bilirəm məktəb deyəndə bəzilərinizin gözünün önünə adi bir sinif otağı gəlir və düşünürsüz ki, görəsən müəllif niyə yazısının ilk cümlələrində “böyük məktəbin balaca boy alimi Cavanşir Cahangirov” deyə qəhrəmanını qələmə verdi. Alimlər həm təbliğatçı, həm də ixtiraçı olur. Bir çoxları da balaca boy.Dilinin axıcılığı və sözünün kəsərliliyi ilə böyük məktəbin balaca boy müəllimi həm də mənə boyunun balacalığı ilə jurnalistika müəllimimi xatırladır. Bu adam mənim universitetdeki müəllimimə bənzəyir. O universitetdə ki, mənə mətbuatın sirrlərini öyrədiblər. Deyəsən bir az qarmaqarışıq nəql etdim, axı. MüəllimimDeməli belə, mən bir universitetin jurnalistika fakültəsin bitirib, bəzi qəzetlərlə də əməkdaşlıq edib sonra Azərbaycan radiosuna gəlirəm, zaman etibarilə bir həftə sonra isə Cavanşir Cahangirov radio üzrə sədr müavini təyin edilir. Radioda hamı təşvişə düşür. Gözümün önünə Akif Əlinin (Cavanşir Cahangirovu televiziyaya işə götürən kəsin) bir “Mozalan”-ı gəlir. Yəqin ki, “həkim xalatlı” mozalanı xatırlayırsız. Təxminən olaraq, sizə nəql edim ki, bir gün xəstəxanaya baş həkim təyin edilir və bütün həkimlər “cibi yoxdu, cibi yoxdu” deyə iclas zalına yığışır. Baş həkimin iclasın sonunda xalatını tərsinə geyindiyi məlum olur. Misalı Cavanşir Cahangirovdan uzaq, bizim radio əhlinin sən demə dərdi rüşvət deyilmiş. Cavanşir Cahangirov gəlibsə, deməli, radioda yazıb, pafosla oxumaq yox, danışmaq zamanı başlayacaqdı. O zaman məsələnin mahiyyətinə varmadan mən də ona qorxulu adam kimi uzaqdan salam verir və hətta keçirdiyi iclaslardan da qaçmağa çaışırdım. Günlərin bir günü radionun dəhlizində “Əzizim, Xoxan” deyə mənə səsləndi və dedi: “Montajdan sonra yanıma gəl” Onun “Xoxan” deməyindən sözün düzü diksindim və düşündüm ki, əgər bu adam kollektivin ən az yaşlı əməkdaşının kitabını tapıb oxuyubsa, hətta ona kitabının adı ilə xitab edirsə, deməli, adam səmimi və söz qədri bilən adamdı. O zamanlar verilişlərimizi STM montaj aparatlarında lentləri kəsib doğramaqla həyata keçirirdik. On dəqiqəlik bir işi hardasa dörd saata edir və sonra da efirə razılıq verəcək adamların qəbuluna verirdik. Xülasə, işimi bitirib, gəldim Cavanşir müəllimin qəbul otağına. Qapısı hər zaman açıq olduğundan, qəbul otağına kim daxil olsa dərhal çağırardı öz otağına. Mənə də “Gəl, Xoxan” dedi. Gəldim, oturdum və sözün əsl mənasında insanın səmimiyyətinə vuruldum o gün. “Xoxan, Sən kompüterlə montajı bacarırsan, axı”…-deyə məni utandırmağa başladı. Onun bu danışığında üz vurmaq var idi. Mən indi anlayıram ki, 2009-cu ildə Azərbaycan radiosunda hələ də STM-də veriliş montaj etmək gülünc idi. Sözün əsl mənasında onu “get Azərbaycan radiosunu dəyişdir”- diyə bizə rəhbər yollamışdılar. Səsinin tonunda 30 yaş özündən kiçik olan uşağa həm yalvarış, həm də çağırış var idi. Beləcə Cavanşir Cahangirov Azərbaycan radiosunda öz heyətini toplaya bildi. Efirdən danışmaq bizə nə qədər xoş idisə, dinləyiciyə də sevimli idi. Amma dinləyici bilmir ki, biz danışana qədər Cavanşir Cahangirov nələr çəkirdi. At muraddı deyirlər, Cavanşir müəllimin bir külqabısı var idi at formasında. Biz radiodan çıxış edir, maaş alırdıq o isə özünü otağına qapayıb, külqabısına yük yükləyirdi. Çəkdiyi hər siqaret kötüyü bizə nələrsə deyirdi bu gün haqqında. Amma inanmırdıq ki, belə tez olacaq olacaqlar.Beləcə o zaman təkcə mən on iki müəllifi olduğum verilişdə danışdım. Mənim məktəbimin müəllimlərindən biri də fəxrlə deyirəm yaşayan kəslərdən Cavanşir Cahangirov oldu. Diqqət!!! Diqqət!!!2009 – cu ildə Cahangirovun otağında, yeni il verilişlərinə hazırlıq zamanı yaşadığım hadisə və elə ordaca yazdığım ithav şeiri.ƏzizimQarşında külqabı görüb dayandım,“Bu qabın içində küldür, Əzizim.”Təəccübüm səbəbsiz deyil təbii ki,Dünən bir külqabı yiyəsi öldü, Əzizim.Sən isə hələ də dərdi çəkirsən…-torpaq da maqnit nəfəsi ilə dəmiri çəkir.Dəmir bədəninlə, dəmir canınla,Torpağa qarışma, ölmə, Əzizim.İstəmirəm bağımıza hasar olma sən!!!Mindiyim dörd təkər qatar olma sən!!!İstəmirəm mətbəxdə bıçaq olma sən!!!Çəkib dərdləri…-çəkib sinənə, üzümə yalandan gülmə, Əzizim.Dörd sual verirəm dinlə sən məni:Bu dünya fani isə canisi kimdir?Əlindəki siqaret sənin nəyindir?Səncə torpaq nədir?Bəs dəmir nədir?Bunların hər biri sənin özünsən!!!Gözünlə üzümü döymə, Əzizim,Yox lazım deyil özünü yenə…-yenə də özünü söymə, Əzizim.İndi bizə bu gözəl insana ancaq və ancaq uzun ömür arzulamaq qalır. Ustad, söz vermişdim ki, bu cümlələri oxuculara oxutdurmayacaqdım. Amma söz elə bir varlıqdı ki, yazarın hətta öz sirrini açıb, açıqlayır. Mən əminəm ki, əziz oxucu, Cavanşir Cahangirovun yazıb, gizlətdiyi şeirləri də əladan, əla…-yaxşıdan, yaxşıdı. Söz verdiyim kimi, ƏZİZ USTADIM, yazmadım. Bütün zarafatlar bir yana, altmışın mübarək olsun, baba!... Gün o gün olsun nəvənin də toyunu görəsən və səni boğan o alçaq xəstəliyə də “mən sənə qalib gəldim” deyəsən. Sonda mənim verilişlərimdə sağollaşma zamanı işlətdiyim bir cümlə ilə nöqtə qoymaq istəyirəm. “Yəqin ki, gələn il görüşərik”. Bu cümləni oxuyanlar bəlkə də nikbin bir cümlə kimi qarşılayacaq, - əsla, bu cümlə mənim ustadımın bəyəndiyi cümlə olduğundan və bir də onun həqiqətən altmış yaşı gələn il tamam olacağından deyirəm yəqin ki, gələn il görüşərik… - möhkəm dayan!Günay NOVRUZ REDAKSİYADAN:ZiM.Az-ın bütün yaradıcı heyəti adından Cavanşir müəllimi Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona Allahdan şəfa, uzun ömür, möhkəm can sağlığı, xoşbəxlik,ailə səadəti, şəxsi işlərində və yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.