Rusiya səfirini öz cangüdəni güllələyib – VİDEO Tv, Turan, Rusiya 20 декабря 2016 Rusiyanın Türkiyədəki səfiri Andrey Qennadiyeviç Karlov güllələnməsi ilə bağlı ilkin versiyalar gəlməyə başlayıb.ZiM.Az xəbər verir ki, “Hüriyyət” qəzetinin əməkdaşının verdiyi məlumata görə ilk iddialara görə səfiri öz cangüdəni güllələyib.Belə ki, Müasir Sərgi Mərkəzində sərgidə iştirak edən səfir, çıxış etmək üçün tribunaya yaxınlaşanda onu arxasında dayanan qara kostyumlu şəxs atəş açmağa başlayıb.Atəş açan şəxs Hələblə bağlı şüarlar səsləndirməyə başlayıb. O, daha sonra səfirin cəsədinə də bir neçə dəfə atəş açıb.Müxbirin verdiyi məlumata görə, sözügedən şəxs binaya polis vəsiqəsini göstərərək giribmiş. Səsləndirilən ilkin versiyalara görə o, səfirin cangüdənidir. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.