Səadət Butanın AYB-nin Natavan klubunda "Ürəyim bal pətəyidir" adlı kitabının təqdimatı və imza günü Tv, Başkeçid 23 апреля 2016 Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda (AYB) şair Səadət Butanın “Ürəyim bal pətəyidir...” kitabının təqdimatı keçirilib.ZiM.AZ xəbər verir ki, kitabın redaktoru və tərtibçisi Elbəyi Cəlaloğlu qədim Borçalıda dünyaya göz açan Səadət Butanın oxucuları ilə 12-ci görüşü olan “Ürəyim bal pətəyidir...” kitabından söhbət açıb. Bildirib ki, kitabda şairin son dövrlərdə yazdığı və heç yerdə dərc olunmayan şeirləri toplanıb.Şairlər Fəridə Ləman, Müşfiq Borçalı və başqaları S.Butanın “Dağlar məni çağırır”, “Həsrət çələngi”, “Tanrı payı”, “Haqqın butası”, “Vətən həsrəti” və digər kitablarında doğulduğu aşıq mühiti, sinədəftər söz sərraflarının ruhunun duyulduğunu bildiriblər. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.