Əliyar Mərdiyevin ŞEİRLƏRİ Təhsil » Sumqayıt 18 ноября 2022 Əliyar Mərdiyev - 23 noyabr 1950-ci iidə ismayıllı bölgəsinin Sulut kəndində anadan olub.Sulut 8 illik, Kakva orta məktəblərində, Bakı Energetika Texnikumunda,Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakultəsində və Azərbaycan Xalq Təsərrüfatı institutunun Uçot iqtisad fakultəsində təhsil almışdır.Sumqayıt Ərzaq Malları idarısində,Sumqayıt Məişət Kimyası istehsalat birliyində, Azərmelorasiya və Su Tikinti idarısində və Azərsu ASC-də iqtisadi sahədə müxtəlif vəzifələrdə çallşmlşdlr.Hazlrda təqaüddədir."Anamın dedikləri" və "Biz Vətənçün doğulmuşuq" şeirlər kitabları ilə oxucularla tanışdır.Şeirləri "Vətən", "Şərqin səsi", "Canım Azərbaycanım", "Zirvə", "Zəfər", "Mən Şirvanın səsiyəm" və s. ədəbi məcmuələrdə və poeziya antalogiyalarında dərc olunub.Biz də Əliyar Mərdiyevə yeni-yeni uğurlar arzulayır vəaşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Leyli NUR NOVRUZOVA,"Borçalı" nəşriyyatının, "Şərqin səsi" qəzetinin, ZiM.Az və Zirve.info saytlarının redaksiya heyətinin üzvü və Sumqayıt şəhəri üzrə təmsilçisiZiM.AzİPƏK KÖRPÜBilirəm,mənimçün çox darıxırsan,Nəzarət edirsən səhifəmə də.Mən keçən yollara aşkar baxırsan,Bir görüş atəşi yanır sinəndə.Kükrəyən dağ çayı üstdə körpüyəm,Toxundum ipəkdən,asıldım dağdan.Gəlib keç üstümdən,çətin inciyəmYoluna dikilib gözüm nə vaxtdan?!Gələndə qəlbində xoş niyyətlər tut,Axar su üstünə gəlirsən, axı.Büsbütün ağrını, acını unut,Sevgidir bəzəyən Ana torpağı.Keçəndə yolüştü bir ayaq saxla,Qorxma qırılmaram, sən yıxılmazsan.Sən məndən ayrılıb, gedən o vaxtdanMən içdən qırılıb,sən yıxılmısan.Üstümdən keçəndə tək-tənha keçməQorxuram həyatın tənhalığından.Günəşli bir gündə keçki üstümdən,Gözünün içinə baxım yaxından.Babalı boynuma-batsam günaha,Bəlkə də iblissən mələk donunda.Bəzən bir qəmə də alınır baha,Qılınclar pas atır,qalır qınında.Üstümdən keçəndə ayaq saxla, durGünahım olubsa məni danla, keç.İnsan libasında şeytanlar çoxdur,İnsan qiyafəli bir insanla keç.Bu ipək körpüdən keçəsi olsan,Ayağın bəs edər,əlnən toxunma.Gündüzlər çox gəlir,çox gedir insanCecələr tək sənsən gələn yuxuma.05.06.2022.DÜŞƏRÜrək süfrə deyil gələn qonağa,Açasan bəxtinə hər nə var düşər.Gileylənib demə gözəl oylağa,Tərlan əvəzinə uçub sar düşər.Bahar olar çağıranda gül, gülü,Dolu dənlər yerə əyər sünbülü,Bir gül eşqi şeyda edər bülbülü,Bəs nədəndir qismətinə xar düşər.Bir taledir,bir qismətdir hər yazı,Milyon dəfə sınanıbdır o azı,Yar yara can deyər çox çəkər nazı,Görərsən araya bir əğyar düşər.Baharın bəxtinə al-əlvan güllər,Qışın qismətinə soyuq, qar düşər,Yayın qismətinə günəşli günlər,Payızın bəxtinə bəhər-bar düşər.Ay gözəlim, gileylənmə baxtından,Vədə yetsə şah da düşər taxtından,Ulduzların qoşalaşan vaxtından,Sənin də bəxtinə Əliyar düşər.15.07.2022.KİMƏ LAZIMDeyirsən çoxdandır şeir yazmırsan,Oxunmayan şeir,söz kimə lazım.Zirvəyə qalxmağa əyri yol asan,Düz düzdə qalırsa,düz kimə lazım?!Yalan danışanda üz allanmasa,Göz gözə gikilsə,yana baxmasa,Dil topuq vurmasa,söz dolaşmasa,Şər-şeytan sifətlər,üz kimə lazım?!Yollaşmaz odla su,davası bitməz,Pisliyə meyl edən,yaxşılıq etməz,Bir könül oxşamaz,oda isitməz,Ürək kimə lazım, köz kimə lazım?!Çox gördüm yay-qışı nəfəsi şaxta,Həyatı,sevgisi, həvəsi saxta,Duruxub,dayanıb bir bəd ayaqda,Titrəyən, bükülən diz kimə lazım?!Əliyar, illəri boş verdin yelə,Yaşamaq həvəsin güclüdür hələ.Tutaq ki,yaşayıb yetdin yüz ilə,Boş kecən doxsanlar, yüz kimə lazım?!03.04.2022.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.