Qadir insanlar şəhəri - SUMQAYIT Təhsil » Sumqayıt 21 июля 2019 Artiq hamıya bəllidir ki, Sumqayıtın şəhər statusu almasından bizi 70 illik bir zaman kəsiyi ayırır. Hazıda şəhərimizdə bu yubileyi qeyd etmək üşün böyük işlər görülür, əhali arasında xoş əhval-ruhiyyə hökm sürür. İnsanlarımız hədsiz qürur duyur, böyük fəxr, iftixar hissi ilə Sumqayıtın dünəni və bu günündən söhbət açır, indiyədək burada həyata keçirilən genişmiqyaslı işlər barədə ürək dolusu danışırlar.Bəli, Sumqayıt qadir insanlar şəhəridir! Bu ifadə öz gerçəkliyini hər zaman sübut edir. Şəhərimizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinin sayı ölçüyəgəlməzdir. Sumqayıtın siması büsbütün yeniləşib, insanların rifah halı yaxşılaşıbdır. Əlbəttə, bütün bunlar şəhər rəhbərliyi başda olmaqla hər bir sakinin Sumqayıta doğma münasibət bəsləməsindən, şəhəri ürəkdən sevməsindən irəli gəlir. Nurlu və uğurlu sabaha doğru addımlayan Sumqayıtda hər sahəyə, o cümlədən səhiyyəyə, təhsilə, idmana, ədəbiyyata, mədəniyyətə, incəsənətə verilən qiymət, göstərilən qayğı da əvəzsizdir.Bu məqamı xüsusilə vurğulamaq istəyirəm ki, Sumqayıtın 70 illik tarixinin 34 ili ulu öndər, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. Bu müddət ərzində xalqın müdrik oğlu 16 dəfə Sumqayıtda olmuş və hər gəlişi ilə Sumqayıta yeni ruh, yeni nəfəs gətirmişdir. Heydər Əliyevin Sumqayıta ilk gəlişi 1971-ci ilin 7 aprel tarixinə təsadüf edir. Bu gəlişində Heydər Əliyev “Üzvi Sintez” zavodunda olmuş, zavodda buraxılan məhsulun keyfiyyəti, fəhlələrin iş və məişət şəraiti ilə maraqlanmış, məsləhət və tövsiyələrini vermişdr. Bundan sonrakı bütün gəlişləri də əməksevər, zəhmətkeş sumqayıtlılar tərəfindən sevinc və coşqu ilə qarşılanmışdır. Çünki dahi rəhbərin Sumqayıta hər gəlişi hər hansı bir böyük, qlobal əhəmiyyətli müəssisənin ya açılışı, ya da təməlinin qoyulması demək idi. Bunun nəticəsidir ki, bu gün hara baxırıqsa onu görürük, hara qulaq veririksə onun səsisni eşidirk, haranı dolaşırıqsa onun silinməz izlərini hiss edirik, kimi dindiririksə ondan danışır. Hamısı da ürəkdən gələn, səmimi və ən əsası da həqiqətə söykənən layiqli sözlərdir. Bu sözlər ulu rəhbərə, müdrik siyasətçiyə, Vətənini, millətini varlığı qədər sevən bir şəxsiyyətə məhəbbətdən, sevgidən və rəğbətdən yoğrulmuşdur.Ulu öndərimizin ideyalarının, siyasi kursunun layiqli davamçısı, xalqını ürəkdən sevən və xalq arasında sevilən cənab İlham Əliyev də xalqın önündədir, onu daha nurlu və uğurlu sabahlara aparır. Bu yol xoşbəxtlik yoludur, bu yol səadət yoludur, bu yol müstəqillik yoludur. Bu yol dünya dövlətləri arasında özünütəsdiq yoludur.Bəli, cənab İlham Əliyev də dəfələrlə Sumqayıtda olub və onun hər gəlişi şəhərimiz üçün xüsusi önəm daşıyıb. Məhz dövlət başçımızın dönə-dönə etdiyi səfərlərinin nəticəsidir ki, Sumqayıt artıq nəinki respublikamızın, hətta dünyanın ən gözəl şəhərləri ilə rəqabətə girə bilir, daha da inkişaf edir, sevilir.Bir daha qeyd etmək istəyirəm ki, Sumqayıtın qadir insanlarının doğma şəhərə hədsiz sevgisi də Sumqayıtı daha füsunkar edib.Mən bu yazımda geniş və təfsilatı ilə Sumqayıtda indiyədək görülmüş işlərdən faktlar və rəqəmlərə istinad edərək ətraflı məlumat verə də bilərdim. Amma bu barədə vaxtaşırı, dəfələrlə yazılıb və yazılır. Bir sumqayıtlı olaraq lakonik, sadə fikirlərdən ibarət məqaləmlə şəhərimizin bütün qurucu, zəhmətkeş insanlarına sonsuz hörmət və sayqımı, dərin təşəkkürümü ifadə etmək istəyirəm! Nə yaxşı ki, varsınız! Nə yaxşı ki, Sumqayıt var!Yubileyin mübarək, doğma, əziz, sevimli Sumqayıtım mənim!İlhamə MƏHƏMMƏDQIZI,ZiM.Az-ın və "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nunSumqayıt şəhərindəki nümayəndəliyinin rəhbəri,Şairə-jurnalistZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.