“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib

“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib “STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib “STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalib layihələrindən olan “STEM Azərbaycanda 2018” Müəllim Konfransı layihəsi regionun ilk STEM məzmunlu konfransı olaraq Sumqayıt şəhərində təşkil edildi.

Məqsəd STEM təlim texnologiyasının yeni təhsil proqramına inteqrasiya edilməsi, təhsilverənləri 21-ci əsr bacarıqlarının formalaşdırılmasının əhəmiyyyəti istiqamətində maarifləndirməklə, özündə müxtəlif STEM məzmunlu mövzular birləşdirən müəllim konfransının təşkil edilməsi olmuşdur.

Konfransda respublikanın bir çox şəhər və rayonlarının müəllimləri aktiv şəkildə iştirak etdilər. Konfrans çərçivəsində çap olunmuş məqalələr sırasında Gürcüstan və Türkiyədən də distant olaraq iştirak edən iştirakçılar vardır.

Konfransı giriş sözü ilə açan layihə rəhbəri, Sumqayıt şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimi Aliyə Əhmədova konfransın məqsədi, layihənin davamlılığı və s. barədə genş məlumat verdi. Ən yeni təqdimat texnologiyalardan istifadə edərən çıxışçılar auditoriyanın rəğbətini qazanmağa nail oldular.

H.Əliyev adına MTK-nın fizika müəlllimi dosent Qalib Şərifov “Şagirdlərinin şəxsiyyətyönümlü inkişafında STEMin rolu” mövzusundakı çıxışı zamanı müxtəlif yaş səviyyələri üzrə STEM məzmunlu layihələr üzərində praktiki iş nümunələri barədə ətraflı məlumat verdi.
Lego Mindstorms EV3 və Robotix üzrə mütəxəssis İlhamə Hacıyeva “STEAM əsaslı təlim prosesində Lego Mindstorms EV3 və Robot texnologiyası” mövzusunda əyanı prototip qurğulardan istifadə etməklə peşəkar vorkşop təqdim etdi.
AMEA İdarəetmə sistemləri institutunun doktorantı, elektron lövhə üzrə təlimçi Günay Hüseynzadə “Tədris və tətbiqin vəhdəti-STEM” mövzusunda çıxışı boyunca auditoriyaya ünvanladığı tapşırıqların cavabını analiz etmək üçün QR kodlardan istifadə etdi.
“Azərbaycanda STEM müəllimi” müsabiqəsinin qalibi, 221 nömrəli tam orta məktəbin informatika müəllimi İlahə Həmidova “STEM şagirdləri-Gələcəyin yaradıcı insanı” mövzusunda çıxışı zamanı 2017-2018-ci tədris ili boyunca şagirdləri ilə birlikdə icra etdikləri STEM fəaliyyətlərini geniş şəkildə işıqlandırdı.
Konfransın qonağı, Türkiyənin Mersin şəhərinin Silifke Bilim ve Sanat Mərkəzinin Lego Mindstorms EV3 və Robotix üzrə mütəxəssisi Melike Yılmaz “Geleceğin sınıfları, okullarda Artırılmış Gerçeklik-AR Kullanımı“ mövzusunda interaktiv təqdimat vasitəsilə müəllimlərin dərs prosesində rahatlıqla istifadə edə biləcəkləri tədris alətləri ilə işləmək üsullarını nümayiş etdirdi.
ARTİ-nin dissertantı, Bakı şəhəri 60 nömrəli tam orta məktəbin kimya-biologiya müəllimi Şirin Məmmdəova “Təbiət fənnlərinin tədrisinə müasir yanaşma–STEM dərsləri” mövzusunda çıxışı ilə yanaşı Fransanın Paris ətrafı Sevres adlanan hissəsində təşkil olunmuş, İbtidai və Orta təhsil pilləsində Təbiət fənnlərinin tədrisi (Science Education in primary andmiddle schools) mövzusunda 9-cu Beynəxalq seminardakı iştirakından aldığı təəsüratları paylaşmaqla auditoriyanın marağna səbəb oldu.
“STEM dərslərində texnologiyanın rolu” mövzusunda geniş məzmunlu çıxış edən Avropa Azərbaycan Məktəbinin informatika müəllimi, təlim texnologiyaları və rəqəmsal öyrənmə üzrə təlimçi Elvin Əliyev təbət və texniki fənlərin tədrisi zamanı simulyativ alətlərdən istifadənin üstünlüklərini də geniş şərh etdi.
Filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin böyük elmi işçisi, Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbinin direktoru Aytac Abbasovanın “Humanitar fənlərin tədrisində STEM və STEAM tətbiqi üsulları” mövzusunda və məktəb şagirdlərinin STEM məzmunlu qurğular hazırlamağa göstərdikləri cəhdlər barədə çıxışı xüsusi alqışılara səbəb oldu.
Konfransa qəbul edilmiş məqalələrdən seçilmiş materiallar əsasında çap olunmuş konfrans toplusu iştirakçılara paylandı.
Konfransın qonaqları sırasında TN-nin TSİİ-nin rəis müavini A. Abuşov, Sumqayıt TŞ-nin metodistləri, Bakı Təhsil İdarəsi nəznində Təlimə Dəstək Mərkəsinin direktor müavini Z. Ələkbərova, BDU, SDU, Qərb-Kaspi Universiteti və Hədəf STEM liseyinin nümyəndələri, məktəb direktorları olmuşdur. Konfransda səsləndirilmiş fikirlərin, verilmiş təkliflərin toplanaraq TN-nin Təhsil İnstitutuna təqdim olunması nəzərdə tutulmuşdur.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib

“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib

Sumqayıt, Məktəblər
Qazi Universitetinin professoru AzTU-da seminar keçib

Qazi Universitetinin professoru AzTU-da seminar keçib

AzTU, Turan
AzTU-da UNESCO-nun dəstəyilə yeni layihə çərçivəsində təlimlərə başlanılıb

AzTU-da UNESCO-nun dəstəyilə yeni layihə çərçivəsində təlimlərə başlanılıb

AzTU
AzTU-da “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki  ...

AzTU-da “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki ...

AzTU
Şamaxıda II “Fizika və lirika” konfransı keçirilib

Şamaxıda II “Fizika və lirika” konfransı keçirilib

Digər bölmələr, "Zirvə", Folklor
AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"

"Xitab" mövzusunda açıq dərs

Bakı, Məktəblər
ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib

ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib

AzTU
Hər kəsə öz qədərində dəyər verək

Hər kəsə öz qədərində dəyər verək

Məktəblər, Köşə yazılar
“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” möv ...

“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” möv ...

Biologiya və tibb elmləri
Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər

Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər

Diaspora, Dünya
AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU
AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi

“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi

Məktəblər, QHT
Qərbi Kaspi Universitetində “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsull ...

Qərbi Kaspi Universitetində “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsull ...

Digər ali məktəblər
Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin i ...

Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin i ...

Nazirlik, AzTU
“Dostluq körpüsü”

“Dostluq körpüsü”

Bakı, Məktəblər
“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

Naxçıvan, Elanlar
Rəy yazın: