Professor ASLAN BAYRAMOVLA müsahibə Sumqayıt, Tv, Qərbi Azərbaycan 20 ноября 2016 Aslan Əhmədxan oğlu Bayramov — tanınmış Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.Aslan Bayramov - 1947-ci ildə qədim Ağbaba mahalının Amasiya rayonundakı Təpəköy kəndində anadan olmuşdur. 1978-ci ildə BDU-nun filologiya fakultəsini bitirmiş və doğma Ağbaba mahalına qayıtmışdır.Bir müddət Amasiyada orta məktəbdə pedeqofi fəaıiyyətlə məşğul olmuşdur.Sonra yenidən Bakıya gəlmiş, pedoqofi fəaliyyətini ADPU, AMİ-nin Sumqayıt filialında davam etdirmişdir.1995-ci ildə filologiya üzrə namizədlik, 2012-ci ildə idə doktorluq dissertasiyası müdafiə etmişdir. Aslan Bayramov kariyerası əsasən Sumqayıt Dövlet Universiteti (SDU) ilə bağlıdır. O, bir müddət Sumqayıt Dövlet Universitetində dosent, sonra kafedra müdiri (2003-2009) və filologiya fakultəsinin dekanı (2003-2014) vəzifələrində çalışmışdır. Hal-hazırda Aslan Bayramov - SDU-nun Azərbaycan dili və dilçilik kafedrasının professoru, Folklorşünaslıq elmi tədqiqat lobaratoriyasının müdiridir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür."Tərəqqi" medalı ilə təltif edilmişdir.Professor Aslan Bayramov Azərbaycan dili, dil tarixi, dialektologiya, etnonimiya, onomastika, toponimiya və folklorşünaslıq və s. mövzulara aid 8 kitabın (1. "Qədim Oguz ellərinin - Agbaba, Şörəyel, Pəmbək bolgələrinin yer-yurd adları", Sumqayit, 1996; 2. "Oguz elindən, Ozan dilindən" (folklor toplusu). Bakı, 2002; 3. "Kitabi Dədə Qorqud və Qafqaz". BAkı 2003; 4.”Kitabi Dədə Qorqudda adlar və Qafqaz ərazisində onların toponimləşməsi, 2007; 5. "Söz ürəkdən gələndə". 2007; 6. "Agbaba şivəsi sözlüyü". Sumqayit, 2014; 7." Tarixi faciələrimiz: Deportasiya, Repressiya və soyqırmı. "Bakı,2015; 8. "Azərbaycan onomastikası". Bakı, 2015), 25 fənn proqramının, 150-dən cox elmi məqalənin müəllifidir. O, eyni zamanda "Kitabi-Dədə Qorqud ensiklopediyası"nın /Bakı 2002, 1-ci və 2-ci cildlər/ həmmüəlliflərindən biridir.Elmi məqalələri Azərbaycan, İran, Türkiyə və Rusiyada cap olunmuşdur.Biz də dəyərli ziyalımız, çox hörmətli alimimiz, filologiya üzrə elmlər doktoru, professor Aslan Bayramova uzun ömür, möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..P.S. : Və aşağıda təxminən on il əvvəl AzTV-də çalışdığımız zaman Aslan müəllimdən götürdüyümüz bir müsahibəni oxucularımıza təqdim edirik.Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.