Əli Rzazadənin əsərlərinə bir baxış

Əli Rzazadənin əsərlərinə bir baxış Əli Rzazadənin “Nurdan zərrələr”, “Xocalıya ədalət”, “Yağış” kimi əsərlərinin sırasına daha biri -“Səmaya qayıdan yazı” romanı da daxil oldu. Yazıçının əsərlərinin mövzu dairəsi genişdir. Onun birinci kitabı “Nurdan zərrələr”(Qurani-Kərimdə qadın obrazlar) adlanır və orada yazıçının İslam dini istiqamətində bəzi dini görüşləriəks olunmuşdur. Bu kitabda əsasən “Qurani-Kərim”də adı çəkilən və ya ayələrdə haqqında danışılan xanımlardan söhbət açılır. Kitabın əsas hissəsi Adəm peyğəmbərin həyat yoldaşı Həvva xanım haqqında qeydlərdən başlayaraq, İslam peyğəmbərin qızı Həzrəti Fatimə haqqında qeydlərlə bitir. Sonda Qurani- Kərimdə qadınlar haqqında ayələr qeyd edilir. Oradakı xanımları haqda söhbət edərkən onlarla eyni dövrdə yaşayan tarixi şəxsiyyətlər haqqında da məlumatlar verilmişdir.
Əli Rzazadənin “Xocalıya ədalət” adlı ikinci kitab 2014-cü ildə işıq üzü görmüşdür. Kitab ərəb dilində yazılmışdır və Heydər Əliyev fondunun vitse-prezidenti və “Xocalıya ədalət” kompaniyasının rəhbəri Leyla Əliyevanın “Xocalıya ədalət” kompaniyası çərçivəsində nəşr edilmişdir. 2014- cü ilin fevralın 28-də Bakıda kitabın təqdimat mərasimi keçirildi. Mərasimdə ərəb ölkələrinin ölkəmizdəki səfirləri və səfirliklərin səlahiyyatli nümayəndələri iştirak etmişdilər. Kitab hər bir səfirliyə təqdim olunub və Misirin, Tunisin bir neçə universitetlərinin kitabxanalarına göndərilib. Kitabın elektron variantı onlarla ərəb saytlarında yerləşdirilmişdir və bu kitabın Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri olmuşdur.

Əli Rzazadənin üçüncü kitabı olan “Yağış” 2015-ci ildə nəşr edilmişdir. Kitabın təqdimatı mərasimi Təfəkkür Universitetində baş tutub. Digər kitablarından fərqli olaraq bu əsər bədii əsərdir və roman janrında yazılmışdır. “Yağış” romanı qısa bir müddət ərzində özünə oxucu auditoriyası toplamış və oxucuların rəğbətini qazanmışdır. Əsərin baş qəhrəmanı Kənan Azərbaycan cəbhə xəttində qulluq edən zabitdir. Müəllifin dediyinə görə əsərin baş qəhrəmanı Kənan real həyatda mövcuddur və bu ad şərti ad deyil. Amma o, hələlik onun kim olduğunu açıqlamır.

Əsərin baş qəhrəmanı Kənan hərbi xidmətə gedir və zabit olur. Hər zaman həqiqət axtarışında olan Kənanın hərbi xidmətdə qarşısına Abdulla adlı bir qoca kişi çıxır. Abdulla obrazı yazıçı tərəfindən çox ustalıqla yaradılmışdır. Kənana yolgöstərən, onu maarifləndirən bu obraz çox güman ki yazıçının idealıdır.
Müəllif təkcə özünün deyil həm də dünya ədəbiyyatı dühalarının- Lev Tolstoy, F.Kafka, J.P.Sartr, F.Nitşe, U.Şekspir, V.M.Hüqo, S.Moem və s. dünya klassiklərinin həqiqətə münasibətlərinə də yer verilmişdir. Əsərdə bütün bunlardan başqa obrazlar fonunda Azərbaycan mədəniyyəti, milli-mənəvi koloriti göz önünə gətirilmişdir. Əsərdə gənclərə böyük örnək olacaq epizodlara yer verilmişdir. Şəhidlərimiz, milli qəhrəmanlarımız əsərdə xüsusi zirvədə əks etdirilmişdir. Həmçinin yeni yaranmaqda olan nəsilə və gənclərə kitab oxumaq barədə tövsiyyələr, onun faydaları haqqında məlumat verilmişdir.

Əli Rzazadənin yeni kitabı “Səmaya qayıdan yazı” adlanır. Orijinal süjet xəttinə malik olan bu roman yazıçının artıq peşəkarlığından xəbər verir. Ona görə ki, əsər bu günümüzün ən aktual problemlərinə həsr olunmuşdur. Əsrimizin qlobal məsələlərindən sayılan terroru lənətləyən yazıçı, hal-hazırda ətrafımızda cərəyan edən hadisələrə qarşı kəskin mövqe nümayiş etdirərək bu hadisələri bədii əsər müstəvisində işıqlandırmağa çalışmışdır. Bu mövzu barədə indiyə qədər hələ ki sanballı əsər yazılmamışdır.
Əsər personajlarla olduqca zəngindir. Əsərdəki obrazların təhlilinə keçməzdən əvvəl əsərin məzmunu barədə danışmağı məqbul bilirik. Romanın mərkəzi obrazları Qədir və Orxan adlı iki qardaşdır. Onlardan başqa əsərdə Güşvər ana (Qədir və Orxanın anası), Aytən (Qədirin həyat yoldaşı), Aygün (Orxanın nişanlısı), Mahir, Natiq, Əkbər, Əhməd, Əbu Həmzə və s. kimi obrazlar vardır. Əsərin məzmunu nişanlı olan, işləmək üçün Sumqayıt şəhərinə gələn Orxanın radikal dini təriqət nümayəndələrinə qoşularaq vətəni tərk etməsi, onu axtarmaq məqsədilə qardaşı Qədirin onun arxasınca Suriyaya getməsi ilə bağlıdır. Əsərin ekspozissiyasında Orxan yenicə nişanlanan, nişanlısını sevən, ailəsinə bağlı bir gənc kimi göstərilsə də, Sumqayıtda otaq yoldaşı tərəfindən “beyni yuyulan” Orxan radikal dini təriqətə qoşulur. Qardaşı Qədirin bunu öyrənməyi ilə hadisələrin gedişi zavyazka (düyün) mərhələsinə yüksəlir. Qədir onu bu girdabdan xilas etməyin yollarını axtarır və qardaşının ardınca Suriyaya getməyi qərara alır. Qədirin Suriyaya getmək imkanı axtarıb tapması, oraya yollanması və Qədirin Suriyada başına gələnlər əsərin “hərəkət” hissəsinə daxildir. Aristotel hərəkətə belə aydınlıq gətirir: “Mən hərəkət o hissəyə deyirəm ki, əvvldən başlayaraq hüdudu olan nöqtəyə qədər davam edir və bundan sonra müsibətdən səadətə, yaxud səadətdən müsibətə keçid başlayır.” Əsərin bu hissəsində səadətdən müsibətə ya da müsibətdən səadətə keçidi müşahidə etməsək də, bu hissə hadisələrin sonrakı inkişafında mühüm yer tutur. Əsərin kuliminasiyasına Qədirin Suriyada qardaşı ilə görüşməsi, radikal dəstənin düşərgəsində başına gələn hadisələr daxildir.Əsərin finalını isə əsəri yalnız oxuyanlar bilir.
Əsərin baş qəhrəmanı Qədirdir. Ali savadlı həkim olan Qədir qardaşının “pis xəbərini” eşidəndə inanmır. Kəndə anasına baş çəkməyə gedən Qədir qardaşının yoxa çıxdığını ona bildirmir. O elə kənddə Suriyaya getməyi qərara alır. Ancaq o, ən əvvəl radikal dəstələr haqqında məlumat əldə etməyə çalışır. Bu zaman ona Mahir adlı bir universitet müəllimi, şərqşünas yardımçı olur. O, araşdırdığı məlumatları Qədirə verir, onunla bu məsələ barədə saatlarla söhbət edir. Belə güman etmək olar ki, Mahir obrazı Əli Rzazadənin prototipidir.
Orxan obrazı isə heç də qardaşı qədər namuslu, ailəsinə bağlı deyil. Çünki o savadsızdır, qərarlarını özü vermək iqtidarında deyil. Orxan nə qədər sadəlövhdürsə, o qədər də başqa insanlar tərəfindən idarə olunur. O, bir anda anasından, nişanlısından, qardaşından üz çevirə bilən, ona aidiyyatı olmayan torpaqda əliyalın, köməksiz, biçarə xalqı qırmağa isə canla-başla gedən mənfi obrazdır. Əgər o qardaşı kimi savadlı olsaydı, heç də başqasına boyun əyməz, öz cızdığı yol ilə irəliləyərdi. Amma heç kəs bir insanı savadsızlığına görə mühakimə edə bilməz.
Əsərdəki digər mənfi obraz Əkbərdir. O suriyalıdır. Suriyaya yaralıları müalicə etmək üçün gedən həkimləri zəhərləyən, amma özünü heç kimə tanıtmayan satqındır. O, radikal dəstənin gizli casusudur. Bu xüsusda məşhur Azərbaycan atalar sözü yada düşür - “Ağacı qurd içindən yeyər”. Türklərin, azərbaycanlıların qanına susayan Əkbər xislətli satqınları başa düşmək mümkün deyil. Bu obraz ikinci dərəcəli obraz osla da, hadisələrin gedişinə çox böyük təsiri olur. Əkbərin satqınlığı Qədirə pis təsir edir, ancaq Orxan qədər deyil.
Əsərdəki ana obrazı Güşvər anadır. Sadə, kənd xanımı olan Güşvər ana ailəsindən, oğlanlarından çox razıdır. O sona qədər oğlanlarının aqibətindən, ailənin başını qara bulud kimi alan məlum bədbəxtlikdən xəbərsizdir. Getdikcə artan şübhələri onu yataq xəstəsi edir. Fərsiz oğlu ucbatından gələn günləri qara əskiyə bürünən ana, ömrünün sonuna qədər gözüyolda olur, oğlanlarının aqibətindən xəbərsiz qalır.
Əli Rzazadənin əsərlərinə bir baxış
Əsərdə Orxan, Əkbər kimi mənfi qəhrəmanlardan biri də Əbu Həmzədir. O, Suriyada radikal dini terror qruplaşmasının lideridir. Suriyanın Məhin qəsəbəsi onların dəstəsinin asılılığındadır. Əbu Həmzə Qədir haqqında bütün məlumatları Əkbər vasitəsilə alır. Əbdül Həmzə türk, azərbaycanlı qanına susayan ermənidir. Əsərdə Qədirlə Əbu Həmzənin dialoqları olduca maralıdır. Qədir Əbu Həmzənin erməni xislətini ortaya çıxarır, ona lazımi cavablar verir.

Əli Rzazadə “Səmaya qayıdan yazı” əsərində məlum hadisələrlə yanaşı bir sıra didaktik mövzulara toxunmuş, hal-hazırda dünyada geniş vüsət alan terror hadisələrinə kəskin mövqe sərgiləmiş, islam dinini radikal istiqamətə sürükləyən “dindarları” pisləmişdir.
Əsərdəki hadisələrin əksər hissəsi Suriyada(Dəməşq, Məhin, Sadad) cəyəran edir.
Müəllif Suriyanın hazırki vəziyyətinin geniş təsvirini verərək, oxucu üçün bir növ “güzgü” rolunu oynamışdır.
Bu əsəri ilə Əli Rzazadə ədəbiyyatımızda yeni bir səhifə açmış oldu...

Vüsal Əli oğlu Şabizadə,
Sumqayıt Dövlət Universiteti,
Filologiya fakültəsinin tələbəsi.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ƏLİ  RZAZADƏnin

ƏLİ RZAZADƏnin "YAĞIŞ" ROMANI haqqında düşüncələrim

Ədəbiyyat, Ədəbiyyatşunaslıq, Ədəbi tənqid
TƏNHALIQ MƏNİM DOSTUMDUR

TƏNHALIQ MƏNİM DOSTUMDUR

Sumqayıt
ƏDALƏT  MƏDƏDOĞLU (1968)

ƏDALƏT MƏDƏDOĞLU (1968)

Başkeçid
Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdima ...

Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdima ...

"Zirvə"
Nailə Mirzəyeva: Adəm övladlarına  “ilahi nida”...

Nailə Mirzəyeva: Adəm övladlarına “ilahi nida”...

AzTU, Ədəbiyyatşunaslıq, Ədəbiyyat
Yeni kitab:

Yeni kitab: "İçərişəhərin əbədi sakini"

Bakı, "Şərqin səsi"
Sərvanə Dağtumas:

Sərvanə Dağtumas: "Firuz Mustafanın “At günü” hekayəsində “insanlığın” ölü ...

Elmi Məqalələr, Müsabiqə
20 Yanvar faciəsi poemalarımızda

20 Yanvar faciəsi poemalarımızda

"Mən Şirvanın səsiyəm", Humanitar elmlər, Elmi Məqalələr
Professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kita ...

Professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kita ...

ADPU, Turan
«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

Humanitar elmlər, Elmi Məqalələr
B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

"Şərqin səsi"
İmran Qasımovun dramaturgiyasında insan amili

İmran Qasımovun dramaturgiyasında insan amili

Humanitar elmlər, Elmi Məqalələr, Ədəbiyyatşunaslıq, Müsabiqə
İnsanları xeyirxahlığa və vətənpərvərliyə səsləyən kitab

İnsanları xeyirxahlığa və vətənpərvərliyə səsləyən kitab

MEDİA, Ədəbi tənqid
Xocaliya ədalət Tbilisidə

Xocaliya ədalət Tbilisidə

Tiflis
Köçərlişünaslığa yeni baxış

Köçərlişünaslığa yeni baxış

Elmi Məqalələr, ADPU, "Elm və Təhsil"
“İsa Muğanna yaradıcılığı “İdeal” işığında”

“İsa Muğanna yaradıcılığı “İdeal” işığında”

Humanitar elmlər, Elmi Məqalələr
MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib

MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib

Yeni nəşrlər, Digər bölmələr
BABA OCAĞININ İŞIĞI

BABA OCAĞININ İŞIĞI

BDU, "Şərqin səsi", Ədəbi tənqid, Bolus
Y.V. Çəmənzəminlinin «Studentlər» romanı haqqında düşüncələr

Y.V. Çəmənzəminlinin «Studentlər» romanı haqqında düşüncələr

Ədəbiyyatşunaslıq
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "S.C.PİŞƏVƏRİNİN “NADİRƏ” ROMANININ JANR XÜSUSİYYƏTİ, PRO ...

Humanitar elmlər, Elmi Məqalələr, Cənubi Azərbaycan
Rəy yazın: