TƏNHALIQ MƏNİM DOSTUMDUR

TƏNHALIQ MƏNİM DOSTUMDUR Asim Mustafa oğlu Arazlı 1994-cü ildə Beyləqan şəhərinin İkinci Şahsevən kəndində anadan olmuşdur. 2012-ci ildə D.Əliyev adına 81 saylı orta məktəbi bitirib, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. O, hazırda həmin universitetin 4-cü kursunu bitirmək üzrədir və universitetin ən savadlı tələbələrindən biridir.
Asim bədii yaradıcılığı universitetdə oxuduğu illərə təsadüf edir. O, “Fərhad” (2012) pyesi, “Nakam”(2013) povesti, “İtirilmiş torpaqlarımız” (2013) poeması, “İlham və Fərizə” (2014) poeması, “Tənhalıq mənim dostumdur” (ya da “Sirli gecə”-2014) məhəbbət-detektiv janrda yazdığı romanı və “Körpə səsi” (2015) kimi əsərlərin müəllifir. Onun ilk kitabı “Tənhalıq mənim dostumdur” adlanır. Kitabda bir roman və bir hekayə yer alır.
Kitabın təqdimatı SDU-nun akt zalında baş tutub. Təqdimatda Filologiya fakültəsinin dekanı dos. S.Həmzəyeva, şair, ədəbiyyatşünas-alim, prof.Rafiq Yusifoğlu, universitetin müəllimləri və mətbuat nümayəndələri iştirak etmişdirlər.
Ona gələcək həyatında müvəffəqiyyətlər və yaradıcılıq uğurları arzu edirik.

Roman haqqında ədəbi-tənqidi fikirlərim

TƏNHALIQ MƏNİM DOSTUMDUR Əsər məhəbbət-detektiv janrda yazılmış romandır. Romanda detektiv janrına verilən tələblər qorunur. Belə ki, əsərin əvvəlində qətl törədilir və qatil heç kimə məlum deyil. Qətlin üstünü açmaq üçün detektiv(xəfiyyə) dəvət olunur, qətlin üstünün açılması ona həvalə olunur. Detektiv janrın digər janrlardan bir başqa fərqi isə, bu janrda yazılan əsərlərin yazıçıda güclü intellektual və məntiqi dünyagörüşünün və analizetmə qabiliyyətinin tələb olunmasıdır. Fikir versək görərik ki, detektiv janrda yazılan əsərdə demək olar ki, bədii təsvir və ifadə vasitələri işlənmir. Çünki bu janr ciddilik tələb edir.
Asim Arazlının “Tənhalıq mənim dostumdur” əsərində də bu tələblər gözlənilməkdədir. Oxucu təcrübəsindən bizə məlumdur ki, dünya və Azərbaycan detektiv roman yazarları yazdığı əsərlərində əsas qəhrəman kimi detektiv obrazı yaradırlar. Bunlara Erkül Puaro, Şerlok Holms, Dronqo, Qanbay Qasımlı kimi roman qəhrəmanlarını misal göstərmək olar. Bu əsər vasitəsilə onların sırasına polkovnik Rəsul Cəbiyev də daxil oldu. O, baş qəhrəman olsa da, müəllif onu oxuculara yaxşı tanıtmamışdır. Ancaq bu detektiv janrda yazılan əsərlərdə önəmli nüanslardan biridir. Müəllif qəhrəmanın həm daxili, həm də xarici aləmini oxucu ilə tanış etməklə oxucuda onun haqqında rəy formalaşdırmalı və ona qarşı rəğbət yaratmalıdır.
Əsərdə polkovnik Cəbiyev qohumu leytenant Qarayevin dəvəti ilə kənddə baş vermiş qətli araşdırmaq üçün çoxdandır ayrıldığı kəndə yenidən gəlməli olur. Roman usta Səfərin oğlu İlham adlı cavan oğlanın ölümü ilə başlanır.Rayon prokurorluğu kəndin bələdiyyə sədri Fərəcovun müəmmalı təkidilə işə xitam vermək istərkən polkovnik Cəbiyev işə əl atır və Fərəcovun və onunla əlbir olan qatilin mənfur planı üst-üstə düşür. Hadisələrin ucqar kənddə baş verməsi də təsadüfi deyil. Çünki bu kimi hallar kənd mühitində tez-tez olmaqla bərabər, həmişə də qatilin ifşası ilə nəticələnmir.
Detektiv Rəsul Cəbiyev elə hadisə yerinə çatar-çatmaz işə başlayır:hadisənin təfərrüatları ilə maraqlanır,şahidləri dindirir və sübutları təhlil edir.Qətldən bir neçə gün sonra dəyirman işçisi Şamxalın ölüm xəbəri kənd camaatına, xüsusən Şamxalın 70 yaşlı nənəsinə çox pis təsir edir. Qatil və bələdiyyə işi pərdələmək-hadisəyə intihar donunu geyindirməyə çalışsalar da, qatil və hadisəni gizlətmək istəyənlər sonda bəlli olur və qanun qarşısında cavab verməli olurlar. Qatil və onun havadarları ifşa olunduqdan sonra rayon prokurorluğu və kənd camaatı bu sirli qətlin üstünü açdığına görə detektiv Cəbiyevə təşəkkür edirlər.
Əsərin mənim üçün ən bəyənimli cəhəti müəllifin əsərə vətənpərvərlik ideyası ilə bağlı kiçik hekayə daxil etməsidir. Belə ki, ermənilərlə döyüşdə qələbə qazanan hərbçilərimiz həmin döyüşdə yaralanan yoldaşının çiyninə dəymiş gülləni çıxarmaq məcburiyyətində qalırlar. Döyüş təcrübəsi olan Azər gülləni çıxarmaq üçün yoldaşından bıçaq istəyir. Bıçağı alovda qızdırıb yaradakı gülləni çıxarır.Yoldaşı ona sual verəndə ki,”Sən niyə yoldaşının yarasını sağaltmaq istəyəndə öz bıçağından istifadə etmədin?” o, cavab verir ki, “Mənim bıçağım bu gün erməni qanına bulaşdı. İstəmədim o murdar qan öz dostumun qanına toxunsun”. Bu kiçik detal heç də əsərə təsadüfən daxil edilməyib.Bu müəllifin vətənpərvərlik ideyalarının təcəssümüdür.
Əsərin fabulası qətl üstündə qurulsa da, müəllif əsərdə Xocalı soyqırımına, hal-hazırda dünyada qlobal məsələ olan qadın alveri, sevgi,xəyanət, sevginin insana gətirə biləcəyi xoşbəxtlik və bədbəxtliklər haqqında şəxsi mülahizələrini də oxucularla bölüşmüşdür. Müəllif təkcə şəxsi deyil, V.M.Hüqo,O.Balzak, T.Drayzer, F.M.Dostoyevski, F.Nitşe, Gi de Mopassan, Çingiz Abdullayev, Baba Pünhan, M.V.Vidadi, hətta antik yunan müəllifləri Homer, Evripid kimi ədiblərin fikirlərinə şərik çıxmışdır.
Bu roman Asim Arazlının ilk qələm təcrübəsi olduğu üçün əsərdə bəzi çatışmamazlıqlar, texniki və üslubi səhvlər mövcuddur.Onların bəzilərini nəzərə çatdırmaq istərdim. Məsələn əsərdə “Polkovnik balaca mini şkafa yaxınlaşdı” ya da “iki xoşbəxt cütlük” kimi cümlə və ibarələrə rast gəlirik. Birinci cümlədə “balaca” və “mini” sözləri demək olar ki, eyni məfhumu bildirsə də onların yan-yana, vergülsüz işlənməsi, ikinci ibarədə isə iki insan haqqında ”iki xoşbəxt cütlük” birləşməsinin işlədilməsi yanlışdır.
Bundan əlavə romanda müəllifin dilində dilimizdə qarşılığı ola-ola naves(dam), reşşotka(dəmir məhəccər), muzikant(musiqiçi), kariçni (qəhvəyi), padnos (sini), açot (hesabat), tabletka (oturacaq), zostava (hərbi hissə), adboy vermək (söndürmək) kimi sözlərin işlədilməsi yolverilməzdir. Əlbəttə ki, bu cür xətalar əsərin mənəvi dəyərini azaltmır.
Kitabdakı ikinci əsər isə “Körpə səsi” hekayəsidir. Hekayədə Seymur və Ruslan tərəfindən sevilən Saranın iztirablarından bəhs edir. Amma Sara yalnız Ruslanı sevir. Məlum hadisə nəticəsində Saranın sevdiyi oğlan-Ruslan qətlə yetirilir. Seymur hərbi xidmətdən qayıtdıqdan sonra çox sevdiyi Sara ilə ailə həyatı qura bilir. Onların bir övladı da olur.Artıq Ruslanın ölümündən bir neçə il keçmişdir.Hər şey unudulmuşdur və Sara Seymur ilə xoşbəxtdir. Lakin keçmiş bir lent yazısı Saranı çox narahat edir və onu həyat yoldaşının qatili etmək həddinə çatdırır. Elə bu zaman beşikdəki körpənin ağlamaq səsi onu bu bədbəxtlikdən xilas edir.
Hər iki əsərin mövzusu orijinaldır və bu da onu deməyə imkan verir ki, bu əsərlər Azərbaycan müasir ədəbi prosesində bəlli mövqeyə malikdir.

VÜSAL ƏLİ OĞLU ŞABİZADƏ.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ƏLİ  RZAZADƏnin

ƏLİ RZAZADƏnin "YAĞIŞ" ROMANI haqqında düşüncələrim

Ədəbiyyat, Ədəbiyyatşunaslıq, Ədəbi tənqid
Əli Rzazadənin əsərlərinə bir baxış

Əli Rzazadənin əsərlərinə bir baxış

Sumqayıt, Ədəbi tənqid
Alimlər Evində Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiril ...

Alimlər Evində Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiril ...

"Zirvə"
ƏDALƏT  MƏDƏDOĞLU (1968)

ƏDALƏT MƏDƏDOĞLU (1968)

Başkeçid
«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

Humanitar elmlər, Elmi Məqalələr
İnsanları xeyirxahlığa və vətənpərvərliyə səsləyən kitab

İnsanları xeyirxahlığa və vətənpərvərliyə səsləyən kitab

MEDİA, Ədəbi tənqid
AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib

AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib

AzTU
Sərvanə Dağtumas:

Sərvanə Dağtumas: "Firuz Mustafanın “At günü” hekayəsində “insanlığın” ölü ...

Elmi Məqalələr, Müsabiqə
20 Yanvar faciəsi poemalarımızda

20 Yanvar faciəsi poemalarımızda

ŞƏHİDLƏRİMİZ, Humanitar elmlər, Elmi Məqalələr, "Mən Şirvanın səsiyəm"
DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

Yeni nəşrlər, Naxçıvan
BABA OCAĞININ İŞIĞI

BABA OCAĞININ İŞIĞI

BDU, "Şərqin səsi", Ədəbi tənqid, Bolus
ƏZİZƏ CƏFƏRZADƏNİN “ALƏMDƏ SƏSİM VAR MƏNİM” ROMANINDA ETNOQRAFİK MƏRASİMLƏR

ƏZİZƏ CƏFƏRZADƏNİN “ALƏMDƏ SƏSİM VAR MƏNİM” ROMANINDA ETNOQRAFİK MƏRASİMLƏR

Sumqayıt, Ədəbiyyatşunaslıq
Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Darvaz
Polkovnik ASİM BAYRAMOV (1952)

Polkovnik ASİM BAYRAMOV (1952)

"XXI əsrin Ziyalıları"
Sərvanə Dağtumas:

Sərvanə Dağtumas: "Akşin Xəyalın “Mənim erməni oğlum” əsərində ananın mənə ...

Elmi Məqalələr, Müsabiqə
Faxralıdan olan soydaşımız Bolnisi rayon bələdiyyəsinə deputatlığa namizəd  ...

Faxralıdan olan soydaşımız Bolnisi rayon bələdiyyəsinə deputatlığa namizəd ...

Bolus
Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni nəşrlər, Humanitar elmlər, Nəsr
Böyük ədəbiyyatın təmsilçisi

Böyük ədəbiyyatın təmsilçisi

Ədəbi tənqid, Bədii Tərcümə
İmran Qasımovun dramaturgiyasında insan amili

İmran Qasımovun dramaturgiyasında insan amili

Humanitar elmlər, Elmi Məqalələr, Ədəbiyyatşunaslıq, Müsabiqə
Nailə Mirzəyeva: Adəm övladlarına  “ilahi nida”...

Nailə Mirzəyeva: Adəm övladlarına “ilahi nida”...

AzTU, Ədəbiyyatşunaslıq, Ədəbiyyat
Rəy yazın: