Təhsil naziri Mikayıl Cabbarov Macarıstanın nümayəndə heyətini qəbul edib Təhsil » Nazirlik 11 февраля 2016 Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ölkəmizə səfər etmiş Macarıstan nümayəndə heyəti ilə görüş keçirib.Nümayəndə heyətinin tərkibinə Macarıstanın Azərbaycan Respublikasındakı sabiq səfiri, Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Jolt Çutora və Macarıstanın Kapoşvar Universitetinin rektoru Ferents Savai də daxil olub.Görüş zamanı Azərbaycanla Macarıstan arasında təhsil sahəsində əlaqələr, o cümlədən Macarıstanın Kapoşvar Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.