Təhsil naziri Azərbaycan Texniki Universitetində olub Nazirlik, AzTU 12 октября 2021 Oktyabrın 11-də təhsil naziri Emin Əmrullayev Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib.AzTU-nun rektoru Vilayət Vəliyev təhsil naziri Emin Əmrullayevə universitetdə həyata keçirilən yeni layihələr barədə məlumat verib. Daha sonra nazir AzTU-da yaradılan müasir laboratoriyalarla tanış olub. TİKA tərəfindən maliyyələşdirilmiş və yaxın günlərdə açılışı planlaşdırılan “Cezeri Lab” laboratoriyası ilə tanışlıq zamanı təhsil naziri Emin Əmrullayev burada fəaliyyət göstərən tələbələrin əl işlərinə baxış keçirib.Təhsil naziri AzTU-da yaradılan “Code Academy” auditoriyaları ilə də tanış olub və tələbələrlə söhbət edib.Qeyd olunub ki, Təhsil Nazirliyi və “Code Academy” tərəfindən hazırlanan layihə ilk dəfə AzTU-da həyata keçirilir. Layihə çərçivəsində informasiya texnologiyaları və proqramlaşdırma sahələri üzrə təhsil alan III və IV kurs tələbələri “Code Academy” proqramı əsasında imtahandan keçib. Nəticədə 90 tələbə seçilib. Onlar AzTU-da yaradılan və müasir kompüterlərlə təchiz olunmuş “Code Academy” auditoriyalarında 4 ay müddətində müvafiq sahələr üzrə intensiv tədris alacaq.Təhsil nazirinə AzTU-da yaradılan Logistika və Nəqliyyat İnstitutu barədə də məlumat verilib. Bildirilib ki, institutun nəzdində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün “CRENG Office” yaradılıb. “CRENG Office” ən müasir avadanlıqlarla təchiz olunub. Təhsil naziri Logistika və Nəqliyyat İnstitutunda “SABAH Magistratura” proqramında “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə təhsil alacaq tələbələr üçün yaradılan auditoriyalara da baxış keçirib. İnstitutun nəzdində yaradılan “AzTU Taxi” layihəsi ilə tanışlıq zamanı bildirilib ki, bu, nəqliyyat probleminin araşdırılması və həlli istiqamətində hazırlanan layihədir. Layihə çərçivəsində ilkin olaraq taksi sistemlərinin problemləri araşdırılacaq və həlli istiqamətində təkliflər təqdim ediləcək.Universitetdə görülən işlərlə tanışlıqdan sonra təhsil naziri ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH Magistratura” proqramına qəbul olunan tələbələrlə görüşüb. Bildirilib ki, AzTU-da “SABAH Magistratura” proqramı çərçivəsində “Logistika və nəqliyyat” ixtisaslaşmasına qəbul olunan 48 tələbənin ingilis dili bilik və bacarıqlarının yüksək səviyyədə inkişaf etdirilməsi və elmi-tədqiqat işlərinin aparılması sahəsində səriştələrinin formalaşması nəzərdə tutulub.Daha sonra təhsil naziri Emin Əmrullayev çıxış edib. Nazir bildirib ki, “SABAH qrupları” layihəsi kimi “SABAH Magistratura” proqramı da tələbələrin keyfiyyətli təhsil alması məqsədini daşıyır. Bu layihədən gözləntilərin böyük olduğunu qeyd edən nazir tələbələrə uğurlar arzulayıb.Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.Zim.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.