Emin Əmrullayev Təhsil naziri təyin olunub Təhsil » Nazirlik 27 июля 2020 TƏBRİK EDİRİK!.. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 27 iyul Sərəncamı ilə Emin Əmrullayev Təhsil naziri təyin edilmişdir.Emin Eldar oğlu Əmrullayev - 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib. Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından bugünədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib.Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul Sərəncamı ilə Təhsil naziri təyin edilmişdir.Ailəlidir, 2 övladı var.Xalqımız, Millətimiz və Təhsilimiz üçün Xeyirli, Uğurlu olsun!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.