Təhsil Nazirliyində onlayn mətbuat konfransı

Təhsil Nazirliyində onlayn mətbuat konfransı 2020-ci il İyulun 1-də
Təhsil Nazirliyində onlayn mətbuat konfransı keçirilib.

Konfransın mövzusu
“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının icrasına həsr olunub.


Mətbuat konfransında xaricdə doktorantura təhsili üzrə cari vəziyyətə toxunulub. Dövlət Proqramı çərçivəsində 2020-ci ilin yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə müraciət edən namizədlərin müsabiqə nəticələri açıqlanıb. Ümumilikdə elektron ərizə sistemi vasitəsilə müraciətini təsdiq edən 67 nəfərdən 45-i müsahibə mərhələsinə buraxılıb. Müsabiqə nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı müvafiq proqram çərçivəsində 11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb. Onlar təhsillərini başa vurduqdan sonra ölkəmizə qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Bu prosesdə 9 yerli ali təhsil müəssisəsi tərəfdaş kimi iştirak edir.

Qeyd edilib ki, 2020-ci ilin payız semestrindən xaricdə doktorantura təhsili üçün növbəti sənəd qəbulu açıq elan edilib və son müraciət tarixi 2 avqust 2020-ci ildir. Namizədlər elanla buradan tanış ola bilərlər.

Konfrans çərçivəsində media nümayəndələrinə həmçinin ikili diplom proqramlarının icrasına dair cari vəziyyətlə bağlı məlumat verilib. Bildirilib ki, Azərbaycanda ali təhsil standartlarının müasirləşdirilməsi məqsədilə ilkin mərhələdə Dövlət Proqramı çərçivəsində beş beynəlxalq ikili diplom proqramının təsis olunması nəzərdə tutulur. Bu məqsədlə aşağıda göstərilən dörd ikili diplom proqramından ilk ikisi üzrə işlər yekunlaşdırılıb, digərləri üzrə isə yekunlaşmaq üzrədir. Həmin proqramlar üzrə növbəti tədris ili üçün tələbə qəbulu həyata keçiriləcək:

ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Təhsil” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı;
ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “İnformasiya texnologiyaları” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı;
Koreya Respublikasının “INHA” ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin (BMU) “Mühəndislik” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı;
Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar elmlər” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı.
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, ADPU və CVU-nin “Təhsil” ixtisası üzrə magistratura proqramına növbəti sənəd qəbulu barədə elan verilib. 2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak etməyən cari və əvvəlki illərin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayı ərzində ayrıca imtahan təşkil ediləcək. İmtahanda bakalavriat səviyyəsinin “Təhsil”, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə”, həmçinin “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslərin iştirakına icazə verilib. Namizədlər elanla buradan tanış ola bilərlər.

Daha sonra UFAZ-da ilk dəfə magistratura səviyyəsi üzrə keçirilən qəbul imtahanlarının nəticələrindən söz açılıb. Bildirilib ki, imtahanda uğurlu nəticə əldə edən 80 nəfər 2020-2021-ci tədris ili üçün bu ali təhsil müəssisəsinin magistratura səviyyəsində ödənişsiz əsaslarla təhsil almaq hüququ əldə edib. Ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı I müsabiqənin nəticələrinə dair geniş statistika və göstərilən ikili diplom proqramları haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU
AzTU ilə Türkiyənin Kütahya Dumlupınar Universiteti arasında memorandum imz ...

AzTU ilə Türkiyənin Kütahya Dumlupınar Universiteti arasında memorandum imz ...

AzTU
AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələ ...

AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələ ...

Digər bölmələr
AzTU tələbələri

AzTU tələbələri "Azərişıq" ASC-nin Yarımstansiya Muzeyinə ekskursiya edib

AzTU
UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə səfə ...

UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə səfə ...

Digər bölmələr, Gürcüstan, Başkeçid, Bolus, Diaspora
AzTU-ya növbəti 5 il üçün akkreditasiya sertifikatı verilib

AzTU-ya növbəti 5 il üçün akkreditasiya sertifikatı verilib

AzTU
ADPU-nun Magistratura və doktorantura şöbəsində elmi-pedaqoji təcrübənin ba ...

ADPU-nun Magistratura və doktorantura şöbəsində elmi-pedaqoji təcrübənin ba ...

ADPU
AzTU-da Bilik Günü qeyd olunub

AzTU-da Bilik Günü qeyd olunub

AzTU
AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib

AzTU-da DAAD-nin təqaüd proqramları haqqında infosessiya keçirilib

AzTU
Azərbaycan Texniki Universiteti və Almaniyanın Brandenburq Texniki Universi ...

Azərbaycan Texniki Universiteti və Almaniyanın Brandenburq Texniki Universi ...

AzTU
Rumıniyanın Piteşti Universitetinin alimləri AzTU-nun rektoru ilə görüşüblə ...

Rumıniyanın Piteşti Universitetinin alimləri AzTU-nun rektoru ilə görüşüblə ...

AzTU
Macarıstan universitetlərinin nümayəndələri AzTU-da olub

Macarıstan universitetlərinin nümayəndələri AzTU-da olub

AzTU
AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU, Turan
AzTU-nun rektoru İspaniyada işgüzar səfərdə olub

AzTU-nun rektoru İspaniyada işgüzar səfərdə olub

AzTU
Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib

Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib

Nazirlik
AzTU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb

AzTU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb

AzTU
Türkiyənin Qazi Universitetinin bir qrup professor-müəllim heyəti AzTU-da o ...

Türkiyənin Qazi Universitetinin bir qrup professor-müəllim heyəti AzTU-da o ...

AzTU, Turan
İş axtaranlara Odlar Yurdu Universitetindən şad xəbər

İş axtaranlara Odlar Yurdu Universitetindən şad xəbər

Digər ali məktəblər
Qazi Universitetinin professorları AzTU-ya səfər edib

Qazi Universitetinin professorları AzTU-ya səfər edib

AzTU, Turan
AzTU-nun rektoru yüksək bal toplayan abituriyentlərlə görüşüb

AzTU-nun rektoru yüksək bal toplayan abituriyentlərlə görüşüb

AzTU
Rəy yazın: