Təhsil naziri AzTU-nun rektoru Vilayət Vəliyevi universitein kollektivə təqdim edib Nazirlik, AzTU 1 августа 2019 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsinə təyin olunmuş iqtisad elmləri doktoru, əməkdar elm xadimi, professor Vilayət Vəliyev avqustun 1-də universitetin kollektivinə təqdim edilib.Rektoru təqdim edən Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov Vilayət Vəliyevin iş təcrübəsi və elmi fəaliyyəti haqqında məlumat verib. Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb və bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib. Cənab nazir çıxışının sonunda AzTU-da 3 il rektor səlahiyyətlərini icra edən və kollektivin sonsuz hörmətini qazanmış professor Xalıq Yahudova təşəkkür edib.Daha sonra AzTU-nun professorları Rəhim Şükürov və Elçin İsgəndərzadə çıxış edərək yeni rektor Vilayət Vəliyevə yeni fəaliyyətində uğurlar arzulayıblar.Sonda Azərbaycan Texniki Universitetinin yeni rektoru, professor Vilayət Vəliyev Prezident İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib və dövlət başçısının təhsil sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqli şəkildə icrasının təmin ediləcəyini bildirib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.