Peşəsinin vurğunu - Pərvanə Əliyeva Təhsil » Məktəblər 10 сентября 2021 “Savadlı adam mütaliə etmirsə, təkrar savadsızlığa məhkumdur.İnsan gərək bütün ömrü boyu maariflənsin”. (Lunaçarski)Pərvanə İsrail qızı Əliyeva işlədiyi Sabirabad şəhər N.Gəncəvi adına 5 nömrəli tam orta məktəbin qabaqcıl ibtidai sinif müəllimlərindən biridir. Pedaqoji sahədə işlədiyi illərdə Pərvanə müəllimə yaxşı işi ilə məktəb rəhbərliyi şagird və valideynlər arasında hörmət və nüfuz qazanıb. O, həmişə çalışıb ki, vəzifə borcunu layiqincə yerinə yetirsin. Pərvanə müəllimə tədris prosesində yeni təlim metodunun üsullarından bacarıqla istifadə edir. Dərsin keyfiyyətini həmişə diqqət mərkəzində saxlayan Pərvanə Əliyeva dərs məşğələsinin hər dəqiqəsindən səmərəli istifadə etməyə çalışır. O, sadəcə dərs məşğələsinin imkanları ilə kifayətlənmir, sinifdənxaric tədbirlərin imkanlarından da şagirdlərinin bəhrələnməsinə nail olur. Onun şagirdləri məktəb üzrə ibtidai siniflər arasında keçirilən bilik yarışlarında və digər tədbirlərdə həvəslə iştirak edirlər. Ömür yolundan sətirlər: 1962-ci il dekabr ayının 28-də Sabirabad şəhərində anadan olub. 1980-ci ildə Sabirabad şəhər Y. Qaqarin adına rus məktəbini bitirib. 1987-ci ildə Bakı Pedaqoji Texnikumunda qiyabi yolla təhsil alıb. 1980-ci il avqust ayının 16-da Sabirabad şəhər Y.Qaqarin adına rus məktəbində Pioner Baş dəstə rəhbəri vəzifəsinə təyin olunub.Pərvanə müəllimə 6 il bu vəzifədə işləyib. 1987-ci ildə isə o, Sabirabad şəhər indiki Eynulla Nadirov adına 8 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirib. 1994-cü ildən isə Sabirabad şəhər N.Gəncəvi adına 5 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Pərvanə müəllimə hazırda 2-ci sinifdə dərs deyir. Onun dərs dediyi sinif məktəbin qabaqcıl ibtidai siniflərindən biridir. Şagirdləri məktəb və rayon miqyasında ibtidai siniflər arasında keçirilən bilik yarışlarında və digər tədbirlərdə fəal iştirak edirlər. Pərvanə müəllimənin keçmiş şagirdləri arasında müxtəlif peşə sənət sahibləri vardır. Onlar müxtəlif sahələrdə müvəffəqiyyətlə çalışırlar. Pedaqoji sahəni seçən Elvina Rəsulova hazırda sevimli müəllimi ilə çiyin-çiyinə çalışır. Yeni Azərbaycan Partiyasının üzvü olan Pərvanə müəllimə ictimai işlərində fəal iştirak edir. P.Əliyeva asudə vaxtlarında əlavə ədəbiyyatlar oxuyur, metodiki və pedaqoji savadını artırır. Hətta vaxtı ilə bədii yaradıcılıqla da məşğul olub. Onun yazdığı kiçik həcmli hekayələr Sabirabad rayonunda çıxan “Muğan” qəzetində çap olunub. P.Əliyevanın yaxşı işi məktəb rəhbərliyi tərəfindən dəfələrlə təşəkkürə layiq görülüb. Qabaqcıl müəllim kimi haqqında “Muğan” qəzetində və bu sətrlərin müəllifi olduğu “Sabirabad müəllimləri” kitabında yazı çap olunub. P.Əliyeva 5 dəfə müxtəlif kurslarda olmuş və sertifkatlar almışdır.O, həm də mehriban, qayğıkeş anadır. Ömür-gün yoldaşı Hüseynağa Nuriyev Azərbaycan Dövlət Texniki Universitetini bitirib. Oğlanları Samir Nuriyev və Elmir Nuriyev də Azərbaycan Dövlət Texniki Universitetinin məzunlarıdır. Pərvanə müəllimənin gəlinləri Gülsarə ingilis dili, Nərgiz isə riyaziyyat müəllimidirlər. Pərvanə müəllimənin mehriban və qayğıkeş ailəsi var. 9 nəfərdən ibarət olan ailəsinin bir yerdə bir-birinə hörmət və ehtiram göstərəsi, bir-biri ilə anlaşma şəraitində yaşaması çox ailələrə nümunə ola bilər. P.Əliyevanın ailəsində 3 nəvə böyüyür: Xanım, Hüseynağa (babasının adını daşıyır), Əli. Tanrı qorusun! Alik Rzayev Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.