VƏTƏNPƏRVƏRLİK DƏRSİNİ SƏNGƏRDƏ KEÇƏN MÜƏLLİM!

VƏTƏNPƏRVƏRLİK DƏRSİNİ SƏNGƏRDƏ KEÇƏN MÜƏLLİM! (“QALİB MÜƏLLİM” layihəsi üçün)

2020-ci il sentyabrın 27-si... 20 faiz­­dən artıq torpaqlarımızın işğal­dan azad olunması ilə alışıb-yanan vətə­nin igid ogularının göz­lədiyi gün, məhz bu gün idi.
Ali Baş Ko­mandanın döyüş əmrini gözləyən mərd oğullar bir yumruq altında birləşərək silaha sa­rıldılar.
Ermə­nis­tan silahlı qüvvə­lərinin Azərbaycana qarşı təx­ribatları ilə başlayan və buna ca­vab olaraq Azərbaycan ordu­su­nun keçirdiyi əks-hücum əmə­liyyatları nəticəsində vətənimiz üçün yeni bir tarix yazıldı.
30 ilə yaxındır danışıqlar yolu ilə həllinə çalışdığımız haqq mübarizəmizi 44 gün içərisində hərb yolu ilə həll etdik. Budur şanlı, qürurlu Azərbaycan ordusu. Budur haqq mübarizəsi, Və­tən müharibəsi. Bu müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi və qızıl hərflərlə tarixə yazıldı.
Qələbənin əldə olunmasında müəllimlərin rolu danılmazdır.

Xeyli sayda Azərbaycan müəllimi Vətən Müharibəsində mərd­liklə iştirak etdi.
Onlar arasında şəhid olan, döyüşdən zəfərlə çıxan qazi və əsgərlər oldu. Onlardan biri də Habil Bayevdir!
O, təkcə Vətən Müharibəsində deyil, I Qarabağ müharibəsində də 4 il şərəflə iştirak iştirak edib.

VƏTƏNPƏRVƏRLİK DƏRSİNİ SƏNGƏRDƏ KEÇƏN MÜƏLLİM! Ehtiyatda olan baş-leytnant Babayev Habil Şahid oğlu, 1974-cü il oktyabr ayının 22-sində Şəki rayonunun müharibədən son­ra ”Qazilər kəndi” adlanan, Baş Goynuk kəndində anadan olub.
1980-ci ildə Baş Goynük kənd 2 saylı tam orta məktəbə daxil olub, 1991-ci ildə həmən məktəbi müvəffəqiyətlə bitirərək, BDU universtitetinin coğrafiya fakultəsinə daxil olub. 1996-cı il­də, universiteti bitirdikdən sonra, təhsil aldığı doğma məktəb­də pedaqoji fəaliyyətə başlayıb. Coğrafiya fənnini tədris edən Habil müəllim elə həmin il, zabit kimi hərbi xidmətə çağrılır.

Tərtər rayonu “N” saylı hərbi his­sə­sədə olan Habil müəllim ön cəbhədə həvəslə hərbi sirrlərə yiyiyə­lənməklə bərabər erməni dəstələri ilə mübarizə aparır. 4 il hərbi xidmətdə olan Habil müəl­lim, 2000-ci ildə xidmətini başa vuraraq yenidən işlə­diyi təhsil oca­ğına qayıdaraq müəl­limlik fəaliyyə­tini davam etdirir. Peadaqoji baca­rığına, çoxşaxəli ziyalılıq qabiliy­yə­tinə görə, 2016-cı ildə həmən məktə­bə, “Tərbiyə işlər uzrə direktor müa­vini“ vəzifəsinə təyin olunur. İkinci Qarabağ müha­ribəsi başla­yan kimi, hərbi komis­sarlığa müraciət etsə də, 2020-ci il okt­yabr ayının 10-da hərbi komissarlıqdan çağırış gəlir. Müəllim­likdən döyüşə böyük fəxr hissi ilə yollanan Habil müəllimin, Ağcəbədidən başlayan dö­yüş yolu, Cəbrayıl Qu­bad­lı və Zən­gilanın düşmənlərdən azad olunmasından keçir.

VƏTƏNPƏRVƏRLİK DƏRSİNİ SƏNGƏRDƏ KEÇƏN MÜƏLLİM! I Qarabağ müharibəsindən sonra, torpaqları yağı düşməndən azad etmək coşqusu ilə yaşayan Habil müəllim müzəffər ordu ilə qorxmaz, cəsarətli komandir kimi əsgərləri ilə birlikdə mərd­­liklə döyüşürək, cəbhədən-cəbhəyə cəsarətlə irəliləyir. 4 il hərbi xidmətdə olduğu müddətdə topladığı təcrübədən hərbi ustalıqla istifadə edən Habil müəllim, Cəbrayıl, Qubadlı, Zən­gi­lanın düşmənlərdən azad olunmasında böyük sücaət göstərərək, tək komandiri olduğu əsgərlərinə örnək olmadı, o həm də arxa cəbhədə onunla fəxr edəh şagirdlərinə bir örnək, böyük nümunə oldu. Sözün əsil mənasında sevimli şagirdlərinə ön cəbhədə və­tənpərvərlik dərsi keçməklə, vətənə sevgi hissi aşıladı.
Habil müəllim, onunla qürur duyan şagirdlərinə və müəllim kollektivinə ordudan, zəfərdən fəxarət hissi ilə danişir:
- Əlbətə, "Qalib ordunun qalib döyüşçüsü olmaq qürurvericidir. Çox ağır bir döyüş yolu keçdik. Amma sonunun qələbə ilə bitəcəyinə inandıq və qalib gəldik! Vətən Müharibəsində iştirak etmək mə­nim üçün ən böyük zirvədir!İnanmıram ki, gələcək hə­ya­tım­da və pedaqoji fəaliyyətimdə bundan yüksək zirvəni fəth edim... Gələcək fəaliyyətimdə, Azərbaycan əsgərinin Vətən Mü­­­haribəsində, döyüş meydanında necə qəhrəmanlıq gös­tər­dik­lərini, hər gün necə zəfərlə irəlidiklərini, bir sözlə hər gü­nün, zəfər günü kimi tarixə düşməsində göstərdikləri qəhrə­man­lığı şagirdlərimə çatdırmağı və vətənpərvərlik hissini aşı­lamağı vəzifə borcu kimi qarşıma məqsəd qoymuşam”.

Habil müəllim 2021-ci ilin fevral ayı­nın 2-sində ordudan eh­tiyatda olan zabit kimi təxris olunaraq, Şəki rayonunun Baş Goynük kəndindəki 2 №-li tam orta məktəbində “Tərbiyə işləri üzrə direktor müavini“ kimi fəa­liyyətini davam etdirir. Mü­zəffər ordunun qalib müəlliminə, şərəfli və çətin işində müvəf­fəqiyyətlər arzu edirəm... Xalqımıza qələbə hissinin yaşadan bü­tün hərbi kontingentə can sağlığı arzu edirəm. Qazilərə şəfa, şəhidlə­ri­mizə Allahdan rəhmət dilə­yirəm...
QARABAĞ AZƏR­BAY­CANDIR!

Ümmü İsmayıl qızı Süleymanova,
Şəki şəhəri 14 №-li tam orta məktəbin riyaziyyat müəllimi,
ZiM.Az-ın və "Şərqin səsi" qəzetinin Şəki üzrə bölgə müxbiri


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Siyavuş Uyqun: GETDİ (Böyük kaman ustası Habil Əliyevin ölümü münasibətiylə ...

Siyavuş Uyqun: GETDİ (Böyük kaman ustası Habil Əliyevin ölümü münasibətiylə ...

Poeziya, Borçalı, Nekroloqlar
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ - İbad Mirzəyev !

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ - İbad Mirzəyev !

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ORXAN MƏHƏRRƏMOV  (QAÇAĞANLI) (25.08.1994-06.10.2020)

Şəhid ORXAN MƏHƏRRƏMOV (QAÇAĞANLI) (25.08.1994-06.10.2020)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
QAZİ KƏNAN BABAYEV

QAZİ KƏNAN BABAYEV

Qarabağ
ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

Qarabağ, Biologiya və tibb elmləri
Qazi Əvəz Əli oğlu Əzizov

Qazi Əvəz Əli oğlu Əzizov

Qarabağ
Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycandır!

Qarabağ, Məktəblər, Müsabiqə
Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
İgid döyüşçü Zahid Gülməmmədov

İgid döyüşçü Zahid Gülməmmədov

Qarabağ
Şəhid İSABALA HÜSEYNOV  (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Şəhid İSABALA HÜSEYNOV (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

ŞƏHİDLƏRİMİZ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Günel Səmədova:

Günel Səmədova: "Tarixi Qələbənin uğurlu davamı"

Məktəblər
Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid  MİXAİL HƏMİDOV (18.12.1983-23.10.2020)

Şəhid MİXAİL HƏMİDOV (18.12.1983-23.10.2020)

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD QƏLƏNDƏR ALIYEV (31.10.2001-10.10.2020)

ŞƏHİD QƏLƏNDƏR ALIYEV (31.10.2001-10.10.2020)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Polkovnik-leytenant NAZİR ƏLLƏZOV (1971)

Polkovnik-leytenant NAZİR ƏLLƏZOV (1971)

Darvaz
AzTU tələbələri Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət ed ...

AzTU tələbələri Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət ed ...

AzTU
Ürəklərdə əbədi yaşayan şəhid-qəhrəman Rasim Şahsuvarov

Ürəklərdə əbədi yaşayan şəhid-qəhrəman Rasim Şahsuvarov

Qarabağ
Şəhid leytenant Elzar Süleyman oğlu Yusubov - Qəmərli (09.01.1989-08.10.202 ...

Şəhid leytenant Elzar Süleyman oğlu Yusubov - Qəmərli (09.01.1989-08.10.202 ...

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib

AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib

Humanitar elmlər
Rəy yazın: