"ƏSGƏR ANASI" Məktəblər, Müsabiqə 19 октября 2019 /Bütün əsgər analarına ithaf edirəm. Mən fəxr edirəm ki, əsgər anasıyam./Bu gün yola saldım hərbi xidmətəVətən torpağını qorumaq üçün.Başını uca tut, deyirəm sənəŞərəfli, müqəddəs, əsgər anası!Neçə gün darıxar, yemək də yeməz.Gözləri yol çəkər, istər-istəməz.Dərd yığar qəlbinə, bir kəlmə deməz.Şərəfli, müqəddəs, əsgər anası!Bulud tək həm dolar,həm boşalarsan,Telefon zənglərini hey gözləyərsən.Qapının səsinə lap diksinərsən.Şərəfli, müqəddəs, əsgər anası!Yeri, göyü, kainatı yaradan.Uca tanrım, səndən budur diləyim Sevinc göz yaşları töksün hər zaman,Şərəfli, müqəddəs, əsgər anası!!!Nəzakət Cəfərova,Bakı şəhəri Binəqədi rayonuA.Məmmədov adına 115 №-li tam orta məktəbinAzərbaycan dili və Ədəbiyyat fənni üzrəmetod birləşmə sədriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.