"ƏSGƏR OĞLUM" Məktəblər, Müsabiqə 19 октября 2019 /Dövlət Sərhəd Qoşunlarında xidmət edən oğluma həsr edirəm./Gözlərəm telefon zəngini hər an,Danışım səninlə, ay əsgər balam.Sən bir igidsən ki, Vətənə gərək.Səninlə öyünür, ucalır anan.Məktəbli formanı sevirdin necə,Məktəbi bitirdin,axı nə tezcə?Tələbə adını qazanan günüSevincdən uçurdum, mən göylərdəcə.Oğul, hər halını, hər əhvalınıYuxularımda bil, əyan görürəm.İnan sənin keyfin olmayan günü Röyamda dünyamı talan görürəm. İlləri ötürdüm quş sürətiyləBəs niyə ötməyir indi bu zaman?Sonsuz həsrət ilə, sonsuz sevgiyləGözlərəm yolunu, gəl, əsgər balam!Eyni məhəbbətlə sayıram,oğlu!Sənin hər anını, hər dəqiqəniHamıya fəxrlə söyləyirəm ki,Oğlum da qoruyur Ana Vətəni!!!Nəzakət Cəfərova,Bakı şəhəri Binəqədi rayonuA.Məmmədov adına 115 №-li tam orta məktəbinAzərbaycan dili və Ədəbiyyat fənni üzrəmetod birləşmə sədriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.