MÜƏLLİM PEŞƏSİ VƏ YA ŞƏRƏFLİ ÖMÜR

MÜƏLLİM PEŞƏSİ VƏ YA ŞƏRƏFLİ ÖMÜR
"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram".

Bu sözlər müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevə məxsusdur.

Ulu Öndərimizin müəllim əməyini belə yüksək dəyərləndirməsinin səbəbini anlamaq üçün ilk növbədə müəllimlik peşəsinin mahiyyətinə nəzər salmaq gərəkdir.


Dünyada gözəl və nəcib peşələr çoxdur. Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə var.
Bu müəllimlikdir. Bütün peşə sahibləri seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər.
Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.
Müəllim cəmiyyət quruculuğunun mənəvi, əvəzolunmaz memarıdır.
Müəllim ömrünü bir kainata bənzətmək olar. Ömrünü, beynini, ruhunu elmi-əxlaqi biliklərlə qidalandırdığı, əlinə qələm verdiyi şagirdlər bu kainatın kiçik zərrəcikləridir.
Bütün bu qeyd etdiklərim Solmaz müəllimə haqqında keçərlidir. Solmaz müəllimə - Solmaz Mərdan qızı Məmmədova (Süleymanova) - 22 iyul 1973-cü ildə Ulu Borçalımızın Qarayazı mahalında (indiki Gürcüstan Respublikasının Qardabani rayonunda) anadan olub. Azərbaycan Dövlət Dillər Universitetini bitirib. Əmək fəaliyyətinə 1998-ci ildən başlayıb. 2009-2010-cu tədris ilində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərəncamı ilə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi elan edilib. "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron tədris resursları""Təhsildə internet texnologiyaları" istiqamətləri üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin respublika üzrə keçirdiyi yaradıcılıq müsahibəsində birincilik mükafatı qazanıb. 2017-ci ilin dekabrında "İngilis dilini öyrənənlər üçün" adlı tədris vəsaitinin təqdimatı keçirilib.
Solmaz müəllimənin səyi nəticəsində "A tveninq" və onlayın "Telekörpü" layihələri baş tutub. Şagirdlər "Mənim şəhərim" mövzusunu ingilis dilində pakistanlı məktəblilərlə paylaşırlar.
Solmaz müəllimə dərs zamanı çox tələbkardır. Heç kimə güzəştə getmir. Çalışır bütün şagirdlər dərsdən bəhrələnsin, nəsə götürsün. Tənbəlləri, oxumayanları xoşlamır. Şagirdləri dərsə həvəsləndirir, lazım olduqda həm dərs zamanı, həm də dərsdən sonra fərdi qaydada da məşğul olur. Yetər ki, şagirdlər nəyisə mənimsəsinlər, öyrənsinlər.
Solmaz müəllimə qəlbən çox mülayim, həyatsevər, mehriban, nəzakətli və istiqanlı bir insandır. Şagirdləri öz doğma övladı kimi sevər. Hər birinin uğuruna sevinər.
Solmaz müəllimə bu gün yorulmadan öz müqəddəs peşəsini Bakı şəhəri, Nizami rayonu, Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə şərəflə davam etdirir, xalqımıza, millətimizə və dövlətimizə layiq gələcək nəsil yetişdirir, şagirdlərin ingilis dilinə yiyələnməsində əvəzsiz rol oynayır. Bunun üçün onda möhkəm, tükənməz enerji, bilik, bacarıq, sağlamlıq, səbir və iradə vardır. Hələ neçə-neçə nəsil Solmaz müəllimənin sinfindən həyata vəsiqə alacaq, xalqımıza, dövlətimizə layiqli övlad olacaq.

Biz də Solmaz müəlliməyə şərəfli peşəsində yeni-yeni uğurlar arzulayır və fürsətdən istifadə edərək onu qarşıdan gələn Müəllimlər günü münsibətilə ürəkdən təbrik edirik!..


YUNİS QARAXANOV,
"Şərqin səsi" qəzetinin və "Zim.Az" saytının xüsusi müxbiri,
"Borçalı" NPM-nin ədəbi redaktoru, şair-publisist, 5 kitab müəllifi.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şərəfli peşənin sahibi

Şərəfli peşənin sahibi

Məktəblər
OCEP Bakıdakı 238 N-li məktəbin qonağı olub

OCEP Bakıdakı 238 N-li məktəbin qonağı olub

Məktəblər
SOLMAZ ŞİRVANLI yeni vəzifəyə təyin olunub

SOLMAZ ŞİRVANLI yeni vəzifəyə təyin olunub

Müsabiqə, "Mən Şirvanın səsiyəm", Təbriklər
ŞƏRƏFLİ MÜƏLLİM PEŞƏSİ VƏ RÜHƏNGİZ HEYDƏROVA

ŞƏRƏFLİ MÜƏLLİM PEŞƏSİ VƏ RÜHƏNGİZ HEYDƏROVA

Məktəblər
ŞAİR-HÜQUQŞÜNAS SOLMAZ KAZIMOVA:

ŞAİR-HÜQUQŞÜNAS SOLMAZ KAZIMOVA: "HƏRDƏN NƏSƏ YAZMAQ KEÇİR QƏLBİMDƏN..."

Tv, Hüquq
AzTU-nun rektoru Vilayət Vəliyevin  Beynəlxalq Müəllimlər Günü münasibətilə ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Beynəlxalq Müəllimlər Günü münasibətilə ...

Əsas xəbər, AzTU
HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

Rusiya, Diaspora, Köşə yazılar
Mənim doğma məktəbim

Mənim doğma məktəbim

Məktəblər
Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Məktəblər, "Elm və Təhsil"
Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Məktəblər
ŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Aidə Əsədova

ŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Aidə Əsədova

Regionlar, Məktəblər, "Elm və Təhsil"
ŞİRVANIN QABAQCIL  MÜƏLLİMLƏRİ

ŞİRVANIN QABAQCIL MÜƏLLİMLƏRİ

Məktəblər, "Mən Şirvanın səsiyəm"
ÇƏKİLƏN ZƏHMƏTİN BƏHRƏSİ

ÇƏKİLƏN ZƏHMƏTİN BƏHRƏSİ

Regionlar, Məktəblər
ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

Regionlar, Məktəblər, "Elm və Təhsil"
Şərəfli peşə sahibi - Sahilə Nəhmədova

Şərəfli peşə sahibi - Sahilə Nəhmədova

Məktəblər, "Elm və Təhsil"
MAYA RÜSTƏM QIZI HACIYEVA (1959)

MAYA RÜSTƏM QIZI HACIYEVA (1959)

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları", Başkeçid
Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

İctimai elmlər
Ömrün 75-ci baharı

Ömrün 75-ci baharı

Bakı, Məktəblər, "Elm və Təhsil", "Şərqin səsi", "XXI əsrin Ziyalıları"
Hər kəsə öz qədərində dəyər verək

Hər kəsə öz qədərində dəyər verək

Məktəblər, Köşə yazılar
32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

Regionlar, Məktəblər
Rəy yazın: