"BİR OLAQ, HƏMRƏY OLAQ!" Təhsil » Məktəblər 5 января 2018 2017-ci il dekabrın 28-də Bakının Xətai rayonundakı şəhid Ədalət Abbasov adına257 N-li tam orta məktəbdə "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə tədbir keçirilib.Tədbirin təşkilində məktəbin dərnək rəhbəri Səbinə Mahmudova fəal iştirak edib. Məktəbin direktoru Qarat Qaratov çıxış sözü ilə tədbiri açıq elan edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummili lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra aparıcılar məlumat veriblər ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edib. Hazırda dünyanın bir çox ölkələrində yaşayan həmyerlilərimiz tərəfindən bu bayram böyük rəğbət və ruh yüksəkliyi ilə qeyd olunur. Bayram hər il daha geniş vüsət taparaq, ürəklərində vətən eşqi, milli-mənəvi birlik, həmrəylik hisləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. Tədbirdə iştirak edən şagirdlər öz çıxışlarında bildiriblər ki, Ulu Öndərimizin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafeyimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin əsasını qoymuşdur. Məktəbin müəllimləri bu müqəddəs ideyaya sadiq qalaraq, böyüməkdə olan yeni nəsli bu ruhda tərbiyə etməyi qarşılarına məqsəd qoymuşlar. Tədbirdə Bakı SOS Uşaq Kəndinin nümayəndələri də çıxış ediblər. Keçirilən tədbirə şagirdlərin ifasında səsləndirilən vətənpərvər ruhda yazılmış şeir və mahnılar rəngarənglik qatıb. Şagirdlərin ifasında bu tarixi günə həsr olunmuş kiçik səhnə nümayiş etdirilib.Yunis QARAXANOV,ZiM.Az-ın və "Şərqin səsi" qəzetinin xüsusi müxbiriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.