Şair qəlbli ziyalı ömrü Məktəblər, Təbriklər 6 декабря 2017 “Öz fəaliyyəti üçün pedaqoji sahənin seçmiş hər bir müəllim ağlı,biliyi,sənətsevərliyi ilə yanaşı həm də uşaqlara məhəbbət və qayğı ilə döyünən ürəyə malik olmalıdır.”(Firudin bəy Köçərli)Müəllim ömrünün mənası yetirmələrinin kamillik zirvəsinə çatmağı,elinə,obasına arxa,hayan olmağı ilə ölçülür.Ən böyük amalı, arzusu, şagirdlərinin sevgisini, məhəbbətini, hörmətini qazanmaq, onların dostu və sirdaşı olmaq kimi şərəfə layiq olan, ömrünün 30 ilə yaxın ilini zəngin təcrübəsi, ləyaqətli əməli ilə gələcək nəsillərin təlim-tərbiyəsinə həsr etmiş ziyalılarımızdan biri də Bakının Binəqədi rayonundakı Azər Məmmədov adına 115№-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi İradə Ağalar qızı Sədyarovadır.Dahi Xaqanilər, Nəsimilər, Şirvanilər, Sabirlər diyarı, minillik tarixə malik qədim Şamaxı torpağında boy atmış Aşiq Mirzə Bilal və Aşiq Ağalar nəslinin ləyaqətli davamçısı olaraq fəaliyyət göstərdiyi illər ərzində peşəsini ürəkdən sevməsi,şagirdlərlə yaradıcı iş aparması İradə müəlliməni nümunəvi bir təhsil işçisi kimi tanıtmışdır.Başqa cür ola da bilməzdi. Belə ki kiçik yaşlarından Aşıq Mirzə Bilalın çaldığı el havalarının laylalarında,ustad ozanlarımızın hikmətində, nənələrimizin bayatılarının, oxşamalarının sədaları altında böyüyüb boya başa çatmışdır. Qədim Şirvan elinin büllur, aynagözlü bulaqlarından, dağ havalarının , saflığından qidalanmışdır İradə müəllimə.Mayası sazdan,sözdən yoğrularaq elə bu ruhla da pərvaz etmişdir. Şair qəlbli, yaradıcı müəllim Azərbaycan dilinin ölkə Konstitutisiyası ilə təsbit olunmuş dövlət dili səviyyəsində şagirdlərə öyrədilməsi ilə bağlı dilimizin saflığının qorunması və onun zənginliyindən bacarıqla istifadə edərək, şagirdin yazılı və şifahi nitqini, eləcə də müstəqil düşünmək, mühakimə yürütmək qabiliyyətinin inkişafına cəhd göstərərək nail olmuşdur.Zəngin pedoqoji təcrübəyə malik olan müəllimə metodik ustalıqla xalqının , millətinin, torpağının, bu gününü dilimizin, dinimizin, tarixi keçmişimizin təhrif olunması, saxtalaşdırılması, milli adət-ənənələrimizə biganəliyin səbəblərindən törənən faicələrimizin kökləri və s. haqqında şagirdləri məlumatlandırmağı özünün əsas vəzifətələrindən biri hesab edir.Ömrünün ən dəyərli vaxtlarının təhsilin inkişafına,gənc nəslin təlim-tərbiyəsinə həsr edən ləyaqətli ana,qayğıkeş nənə,sevimli həmkar,etibarlı dost və ziyalı insan,şair qəlbli əzizimiz,İradə Rəvan!60 illik ziyalı ömrünüz mayaktək parlayaraq sizdən örnək götürən hər bir kəsin yoluna şəfəq saçsın!Simanızdakı nuranilik, çöhrənizdəki təbəssüm heç vaxt əksik olmasın!Dostlar ulduzlar kimidir,onları hər vaxt görə bilməzsiniz,amma sizin üçün var olduqlarını və sizi düşündüklərini bilən dostlar ətrafında olasınız həmişə .Ümidlərin qanadında tükənməz arzularından sıçrayan xoş müjdələrə və işıqlı sabaha olan böyük inam bahar təravətli İradə Rəvanın 60 illik ziyası nur saçan ibrətamiz ömrünə can sağlığı arzulayırıq.Qoy uca zirvələrdə sönməz bir mayaka çevrilən qürurlu,vüqarlı ziyalı ömrünüz ətrafa yayılan günəş zərrəcikləri kimi yeni nəslin yollarına nur saçsın! Müəllim şam kimidir, özü yanıb türənərkən ətrafını işıqlandırar.(ATATÜRK)Bu əziz günündə, bu xoş günündəBu 60 illik yubileyindəÜzündən ay bacım, nurlar tökülsünBaxıb ətrafına qəlbin döyünsün. Hər ayı, hər ili qənimət bilinYoxuşlar görməyin dünya üzündə60 nədir ki, İradə Rəvan?Yanında tapılım ömrün yüzündə!..Nəzakət Akif qızı Cəfərova Bakı şəhəri Binəqədi rayonuA.Məmmədov adına 115 №-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat fənni üzrə metod birləşmə sədri06 dekabr 2017-ci il.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.