Məktəb tək bilik vermir, həm də vətənpərvər vətəndaş yetişdirir Təhsil » Məktəblər 17 ноября 2016 Noyabrın 15-də Bakının Səbail rayonunda yerləşən 6 saylı tam orta məktəbdə respublikamızda “Bayraq Günü”, “12-noyabr Konstitusiya” və “Dirçəliş Günü”nə həsr olunmuş şagirdlərin hazırladıqları möhtəşəm bayram tədbiri keçirilib.Tədbirdə şagirdlər Vətənə, bayrağa, torpağa həsr olunmuş şeir və mahnılar səsləndiriblər.XIX əsrin görkəmli tarixçisi Mirzə Adıgözəl bəyin “Qarabağnamə” adlı tarixi əsərindən bir parçanın şagirdlərin ifasında səhnələşdirilməsi tədbir iştirakçılarınındaha da marağına səbəb olub.1736-cı ildən 1828-ci ilədək Qarabağın siyasi olaylarından bəhs edən "Qarabağnamə" əsərinin mahiyyətini dərk edərək Azərbaycan tarixinə səyahətedən şagirdlər rollara girərək Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda gedən mübarizəni daha qabarıq olaraq iştirakçılara çatdıra bildilər. Balaca aktyorlar səhnədə alqışlarla qarşılandılar.Tədbirdə iştirak edən rəsmi qonqalar şagirdlərin çıxışlarından zövq aldıqlarını bildirərək qeyd etdilər ki, belə istedadlı şagirdləri olan məktəb gələcəkdə buşagirdləri ilə fəxr edəcək.Sonda məktəbin direktoru Gülşən Orucova çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi və şagirdlərin çıxışlarındakı təbiiliyin onu duyğulandırdığınıvurğuladı. Maral Sultanqızı, AzTU-nun mətbuat xidmətinin əməkdaşı.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.