III kurs tələbəsi Vüsal Əliyev - Beynəlxalq əlaqələr üzrə prorektor seçilmişdir BSU, Bolus 15 марта 2016 Hər il olduğu kimi bu il də Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 60-dan çox tələbəsi xəlifə günü rəhbər vəzifələri icra etmək üçün öz namizədliklərini irəli sürmüşlər. Yekun seçim turundan sonra fakültənin III kurs tələbəi Vüqar Əliyev “bir gümlük xəlifə” günündə BSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru seçilmiş və öz vəzifəsinin icrasına başlamışdır. Əliyev Vüsal Kamandar oğlu 24.08.1992-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Yasamal rayonundakı Mirələkbər İbrahimov adına 153 №-li orta məktəbi bitirmişdir. Hal-hazırda Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Ukraynaşünaslıq ixtisasının III kurs tələbəsidir. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.