Kamilləşən, müdrikləşən ömrün nuru - LƏTİFƏ ƏLİYEVA

Kamilləşən, müdrikləşən ömrün nuru - LƏTİFƏ ƏLİYEVA Ziyalılar-müqəddəslik; haqq-ədalət, müdriklik,
Vətənə, xalqa sonsuz məhəbbət mücəssəməsi olsalar,
əsl şəxsiyyət kimi tarixdə yaşayarlar!
Haqqında söz açacağımız təbiətən nurlu, işıqlı bir ziyalı, bir şəxsiyyət, özünəməxsus bir simadır.
Xasiyyətcə xeyirxah, humanist bir insandır.

…El arasında belə bir deyim var:
“Dağların əzəmətini qayalar, göstərir, meşələrin möhtəşəmliyinin rəmzi göylərə baş vuran çinar ağaclarıdır. Bunların hər ikisi isə məhz kökdən mayalanır. Çinar ağacı illərin qanadında başqa səmtə əyilmədən boy verir, dağlar qoynunda öz əzəməti və möhtəşəmliyi ilə seçilir.
Bu baxımdan Lətifə Əliyeva şöhrətli bir nəslin övladı, əsl-nəcabətli, soy-kökün davamçısıdır. Təbiətən sakit, özünəməxsus xarakterik xüsusiyyətlərə malik olmuş, sözü bütöv bir azman kişi olan, işdə və söz-sözə gələndə qılınc kimi kəsərli, sağlığında ata kimi qibləgahı saydığı – Ağaqasım Əliyevin ailəsində 1947-ci ilin yayında Sabirabad torpağında dünyaya göz açıb. Ağaqasım Xanəli oğlu uzun illər Azərbaycanın bir neçə rayonlarında hərbi-komissar vəzifəsində çalışmışdır.
L.Əliyeva 1969-cu ildə BDU-nun tarix fakültəsini bitirib. İlk əmək fəaliyyətinə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Yanında Partiya Tarixi İnstitutunda kiçik elmi işçi kimi başlamış, daha sonra baş elmi işçi işləmişdir. 1989-cu ildən BDU-nun tarix fakültəsində çalışır. 2000-2010-cu illərdə paralel olaraq Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər tarixindən dərs deyib. 1997-ci ildə “70-ci illərdə Azərbaycan sənayesində yenilikçilər hərəkatı” mövzusunda namizədlik, 2016-cı ildə isə “Şimali Azərbaycanda qadınların vəziyyəti (1900-1922)” mövzusunda tarix elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib.

Kamilləşən, müdrikləşən ömrün nuru - LƏTİFƏ ƏLİYEVA Kamilləşən, müdrikləşən ömrün nuru - LƏTİFƏ ƏLİYEVA 4 kitabın tərtibatçısı,
4 monoqrafiyanın,
1 dərs vəsaitinin həmmüəllifi, 1 proqramın və 50-dən çox elmi məqalənin müəllifidir.

L.Əliyeva 2014-cü ildə Vətənin “Tərəqqi”, 2019-cu ilin may ayında isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif edilib.
Onu xeyli müddətdir ki, tanıyıram. Biz ilk dəfə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında tanış olduq. Sonra BDU-da və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər arxivində görüşdük. O zaman o, Siyasi Sənədlər arxivində direktorun elmi işlər üzrə müavini vəzifəsində çalışırdı. Hazırda isə BDU-nun Azərbaycan tarixi kafedrasının dosentidir.
Yadımdadır… Bir dəfə mənə dedi: “Qadın dünyası” qəzetində məqalələrinizi oxuyuram. Maraqlı mövzulara müraciət edirsiniz. Əsasən də 20-cü yüzilliyin əvvəllərində yaşayıb-yaradan qadınlarımızla bağlı. Yazılarınız daha çox diqqətimi cəlb edir. Mənim də namizədlik mövzum qadın hərakatı ilə bağlıdır. 1900-1922-ci illərdə Azərbaycan qadınlarının azadlıqları uğurunda apardığı mübarizədən, üzləşdiyi problemlərdən və s.
İllər keçdi… O, 2016-cı ildə “Şimali Azərbaycanda qadınların vəziyyəti (1900-1922)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. 2018-ci ildə isə “Azərbaycan qadınları emansipasiya yollarında (1918-1920)” adlı monoqrafiyası çapdan çıxdı.
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bu monoqrafiyanı əvvəlindən sonunadək maraqla oxudum. Və gördüm ki, bu kitab zəngin arxiv sənədləri, dövrü mətbuat materialları əsasında gərgin zəhmətlə ərsəyə gəlmişdir.
L.Əliyeva belə maraqlı və zəngin faktlarla əhatə olunan monoqrafiyanı ərsəyə gətirmək üçün ölkəmizin hüdudlarından çox uzaqlarda – Türkiyə dövlətinin Osmanlı Arxivində, Rusiya Federasiyası Dövlət Arxivində, eləcə də Sankt-Peterburqdakı Dövlət Tarix Arxivində xeyli müddət araşdırmalar aparmışdır. Müəllif Azərbaycanın milli hərəkatında, siyasi həyatında qadınlarımızın necə böyük çətinliklərlə qarşılaşaraq, cəmiyyətdə yüksək nüfuz qazanmasını faktlara əsaslanaraq yüksək səviyyədə əks etdirə bilibdir.
Monoqrafiyanın “Azərbaycan Xalq Cümhuriyyətində qadın məsələlərinin həlli (1918-1920)” və “Azərbaycan qadınları azadlıq illərində (1918-1920)” bölmələrində seçki hüququ məsələsini geniş təhlil edən tədqiqatçı alim qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar hökümətdən hüquq və azadlıq alaraq öz ictimai-siyasi fəaliyyətlərini yüksəldərək, cəmiyyətin həyatında mühüm rol oynamağa başladılar..
L.Əliyeva əsərində Azərbaycan qadınının maarifçilik və mədəni inkişafındakı rolunu, xeyriyyə cəmiyyətlərindəki fəallığını, milli məfkurəmizin oyanmasında, dövlətçilik işindəki xidmətlərini əks etdirməklə Azərbaycan qadınının müsbət obrazını yaradır.
Əslində L.Əliyeva üçün bu yeni bir mövzu deyil. O, bu sahədə çox saylı elmi-publisistik məqalələrin və bir neçə monoqrafiyanın müəllifidir. Bu baxımdan onun 2018-ci ildə çapdan çıxmış Azərbaycan Qadınları Millətlərarası və Hərbi münaqişələrdə (1905-1920) adlı monoqrafiyası da bu mövzudan bəs edir. Monoqrafiyada zəngin sənədlər əsasında 1905-1906-cı illərin erməni azərbaycanlı münaqişəsinin, I Dünya müharibəsi dövrü hərbi münaqişənin, 1918-ci il mart soyqırımı dövrü və 1918-1920-ci illərdə Azərbaycan erməni daşnaklarının ekspansiyasının Azərbaycan qadınlarının sosial vəziyyətinə və davranışına təsiri, hərbi dövrün qadınların gündəlik həyatına gətirdiyi çətinliklərdən doğan yeniliklər araşdırılaraq təhlil edilir.
Burada həmçinin Azərbaycan Xalq Cümhüriyyəti hökümətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının fəaliyyəti, FİK-nın qadınlara aid sənədləri bir yerə toplanaraq təqdim olunur.
Tədqiqatlar göstərir ki, ermənilərin 1905-ci ildə başladıqları münaqişə, 1918-1920-ci illərdə azərbaycanlıları kütləvi şəkildə qırmaları Azərbaycan qadınları arasında da milli özünüdərkin fəallaşması və konsolidasiyası proseslərinin katalizatoru rolunu oynadı. Millətlərarası münaqişə dönəmində vətənpərvərlik əhval-rühiyyəsinin yüksəlişi sosial inqilabla yanaşı Azərbaycanda qadın ictimai təşkilatlarının yaranmasını sürətləndirdi. Bu baxımdan azərbaycanlıların bəlli sülhsevərliyinə, o illərdə hər şeyə rəğmən, təşkilatlanmalarına və müəyyən dərəcədə də olsa, erməni terrorçularının bəd əməllərinə cavab verə bilmələrinə diqqət yetirmək lazımdır. Bu şəraitdə Rusiya bürokratiyasının özünü necə aparması haqqında sənədli şahidliklərin də elmi əhəmiyyəti vardır.
Qeyd etməliyik ki, həyatını milli qadın hərəkatının inkişafına həsr edən tarixçi öz dəsti-xətti ilə seçilir. Onun bu mövzu ilə bağlı ABŞ, Türkiyə, İspaniya, Almaniya, Polşa, Rusiya, Ukranya, Moldova və Gürcüstanın nüfuzlu elmi jurnallarında məqalələri dərc olunub. Eyni zamanda Almaniyada, Polşada, Rusiyada keçirilən beynəlxalq konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış edib. O, çıxışlarında müraciət etdiyi tarixi faktlar əsasında Azərbaycan tarixində silinməz izlər qoyan, cəmiyyətdə yüksək nüfuz qazanan, fəaliyyətləri ilə nəsillərə örnək olacaq qadınlarımızdan qürur hissi ilə danışır.
L.Əliyeva 2019-cu il iyunun 7-si 8-də Parisdə Fransanın Milli Asanbleyasında Azərbaycan Qadınlarının seçki hüququ almasının 100 illiyi ilə əlaqədar dövlət səviyyəsində keçirilən konfransda bu sahənin yeganə mütəxəssisi kimi geniş məruzə ilə çıxış edib.
Alimin çıxışından bəzi məqamlar:
1918-ci ilin may ayının 28-də müsəlman Şərqində ilk olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Və bu dövlətin beynəlxalq səviyyədə tanınması məhz Paris sülh, konfransında baş verib (11 yanvar 1920-ci il). Azərbaycan milli hökümətinin qadın hüquq bərabərliyi sahəsində siyasətini araşdırarkən, respublikada demokratiyanın xüsusiyyətləri haqqında danışmalıyıq. Gənc Azərbaycan dövlətinin siyasi rejimini plevissitar demokratiya tipi kimi səciyyələndirə bilərik. Bu konsepsiyanın müəllifi görkəmli filosof və sosioloq Maks Veberdir (1864-1920). (Вебер М.Избранные произведения. М.Прогресс, 1990, səh. 675). ADR-da hakim “Musavat” partiyasının qurucusu, rəhbəri M.Ə.Rəsulzadə bu dövlətdə heç bir vəzifə tutmurdu. O, sadəcə mənim kimi BDU-nun müəllimi idi.
Cümhuriyyətin həyata keçirdiyi islahatlar XX əsrin əvvəllərində nəinki Şərqdə və Asiyada həmçinin bəzi Avropa ölkələrində də demokratik dəyişikliklər üçün bir istinad bazis oldu. Xüsusən də qadın hüquqları məsələsində.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı tarixdə feminist ruhlu xalq olub. Qadını, ananı hər zaman Vətənlə eyniləşdirib. ADR-nın modernləşmə proqramında qadınların emansipasiya məsələsi başlıca məqsədlərdən biri idi. Azərbaycanın milli xadimləri: M.Ə.Rəsulzadə, Fətəlixan Xoyski, Nəsib bəy Usubbəyli, Əhməd bəy Ağaoğlu, Ə.M.Topçubaşlı və b. qadının azad olunmasının tərafdarları idilər. Onların bu məsələ ilə bağlı fikirləri məqalə və əsərlərində ifadə olunub. Bu fikirlər barədə geniş şəkildə mənim kitablarımda da yazılıb.
Hələ Cümhuriyyətdən xeyli əvvəl Rusiya Dövlət Dumasının iclasında 1907-ci ildə Azərbaycandan olan deputat Xəlil bəy Xasməmmədov qadınlara seçki hüququ verilməsi barədə təkliflə çıxış etmişdir. Lakin bu təklifi ruslar qəbul etməyiblər.
Milli Şura ölkənin siyasi sisteminin demokratik prinsiplər əsasında kardinal yenidən qurulmasını qarşısına məqsəd qoymuşdur. Hənim prinsiplərdən biri də, qadınlara kişilər ilə bərabər hüquqların verilməsi idi. Bu prinsiplər 28 may 1918-ci il tarixli “İstiqlal bəyənnaməsində” – ADR-nın ilk proqram sənədində bəyan edilmişdir. Sənədin 4-cü bəndində milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən və cinsindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarının bərabər hüquqlarına zəmanət verilirdi. Dövlət bununla Azərbaycan qadınlarının kişilərlə birgə hüquq bərabərliyini rəsmən elan etmişdir. Yaxın qonşu ölkələrdə türk qadınları 1934-cü, İran qadınları isə 1963-cü ildə seçki hüququ ala biliblər. Qadınların seçki hüquqları uğrunda mübarizəsi bütün Avropa ölkələrində aparılırdı. Britaniya qadınları parlamentdə bu məsələnin müzakirəsi zamanı hava şarında bir neçə dəfə dövrə vurublar. Ancaq onlar seçki hüquqlarını yalnız 1928-ci ildə əldə ediblər. Qadın hüquqları məsələsinin ilk dəfə fransız qadını Olimpiya de Q иj tərəfindən səsləndirilməsinə baxmayaraq qadınlar uzun illər bu ölkədə mübarizə aparmalı olublar. Həmin dövrdə Azərbaycan qadınlarının arasında da, güclü qadın hərakatı mövcud idi. Hələ 1902-ci ildə “Qadınların müdafiə təşkilati”, 1904-cü ildə isə “ Qadın peşə təhsilinin təşviqi cəmiyyəti” yaradılmışdır. Eləcə də 1905-ci ildə Gəncədə Nəsib bəy Yusifbəylinin həyat yoldaşı və İsmayıl bəy Qaspiralinin qızı Şəfiqə xanım Yusifbəyli – “Rədd olsun çadra!, Rədd olsun... mənasız örtüklər! Daha çox işıq və azadlıq!” şüarları ilə çıxış edən qadın dərnəyi təsis etmişdirlər. 1906-cı ildə isə Tiflisdə azərbaycanlı qadınlardan - Qarabağ xanları nəslindən olan Həmidə xanım Cavanşir və Sofiya xanım Şahtaxtinskaya tərifindən xeyriyyə cəmiyyəti təsis olunub və fəaliyyət göstərib. 1911-ci ildə isə Bakıda Azərbaycan dilində Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə o dövrün ilk mətbuat orqanı olan “İşıq” qəzeti çap olunmağa başlayıb. Qəzetdə qadınlar: “Əlimizdən alınmış hüquq və səlahiyyətləri qaytarmaq naminə biz heç vaxt susmamalıyıq” sərlövhəli yazılar dərc edirdilər. Qeyd edim ki, fatklar əsasında Azərbaycan qadınlarının çoxşaxəli fəaliyyətləri ilə bağlı geniş danışmaq olar. Rusiyada 1917-ci ildə fevral inqilabından sonra Azərbaycan qadınları öz ictimai fəaliyyətlərini daha da genişləndirmişlər. O dövrdə vətəndaş komitələrinə, sonradan isə Müəssislər Məclisinə (Parlamentə) qadınların seçkilərdə mütləq iştirakına dair məsələ müzakirə olunub. Seçki günü gözlənilməz hadisə kimi - azərbaycanlı qadınların görünməmiş fəallığı müşahidə olunmuşdur. Onlar böyük axınla seçki məntəqələrinə üz tutmuşlar. Bu cür fəallıq təkcə milli hərəkat rəhbərlərinin deyil, eyni zamanda cəhalətpərəstlərin də böyük heyrətinə səbəb olmuşdur. O dövrün milli hərəkat liderləri qadınların Azərbaycanın siyasi həyatındakı rolunu belə qiymətləndirmişlər:
“Qadınların seçkilərdə iştirakı millətin maraqlarına böyük fayda gətirdi”. (“Açıq söz” qəzeti 1917, 21 may).
Yazıçı, Azərbaycanın ilk qadın jurnalisti Şəfiqə xanım Əfəndizadənin “Seçkilər və qadınlar”, “Hürrüyyət və qadınlar” başlığı altındakı məqalələri o dövrdə “Açıq söz” qəzetində dərc edilmişdir. Milli Komitənin xahişi ilə - yerli qadınlarla bərabər, azərbaycanlı qadınlar da, seçkilərlə bağlı izahat işi aparmaqdan ötrü Şamaxıya və digər bölgələrə göndərilmişlər.
O zaman gənc Respublika bəyan edilən prinsiplərin həyata keçirilməsinə, xüsusilə də qadın məsələsinə dair böyük işlər görməli idi. Ancaq ölkədəki müsəlman – klerikal qüvvələri tərəfindən böyük maneələrlə qarşılaşırdı. Çünki o dövrdə Azərbaycanda dünyəvi dövlətin qurulması onların siyasətinə zidd idi. Xüsusən də, qadın məsələsində.
Lakin ADR qısa zaman kəsiyində digər sahələrdə olduğu kimi qadın məsələsində də böyük işlər gördü. Və qadın Azərbaycanın Milli Hərəkatında və Cümhuriyyət dövründə öz məxsusi və mühüm yerlərini tuta bildilər.
Bu barədə ADR-nın xarici işlər naziri Adil xan Ziyadxanlı 1919-cu ildə ADP-nın yaranmasının birinci ildönümü münasibətilə “Azərbaycan” qəzetində yazırdı: “İstiqlaliyyətimizi elan edən gündən qaldırdığımız istiqlaliyyət bayrağımızın dəstəyindən qadınlarımız da kişilərlə bərabər bərk yapışmışdılar. (“Azərbaycan” qəzeti, 1919, 14 aprel).
ADR-sı dövründə qadınlar Parlament və Hökümət aparatında inzibati vəzifələrdə çalışmışlar. Şəfiqə xanım Əfəndizadə Parlamentin dəftərxana rəisi vəzifəsini tuturdu. 1920-ci ilin “Ünvan-təqvim”ində Parlament əməkdaşlarının siyahısında Xədicə xanım Abdullayeva, Humay xanım Atakişiyeva, Ceyran xanım Şirinzadə (inqilabçı Əli Bayramovun həyat yoldaşı), Rübabə xanım Yaqubzadə, Zeynəb xanım Rizvanova və b. qeydiyyatçı və kərgüzar vəzifələrində çalışmaları haqqında məlumat var. Leyla xanım Silkeviç, Gülsüm xanım Sübhanqulova, Fatma xanım Bağırova hökümətin işlər idarəsinin dəftərxanasında kərgüzar işləyiblər. Eləcə də Nazirlər Sovetinin Katibliyində Səyyarə xanım Atamalıbəyova dəftərxana əməkdaşı, Lətifə xanım Davudova xüsusi şöbədə korrektor (10,ç. III, səh. 4), XİN-nin diplomatiya şöbəsində isə Fatma xanım Qiyasbəyova və Tamara xanım Əliyeva çalışmışlar. Eynul-Həyat Usubbəyova isə Xalq Maarifi nazirliyinin aparatında işləmişdir. Mədinə Sultan Pisseva DİX-nin dəftərxanasında - dəftərxana əməkdaşı, Firəngiz xanım Rzayeva, Zəhra xanım Kazımbəyova isə Yollar nazirliyində çalışmışlar. O dövrdə idarəetmə orqanlarında 26 nəfərdən artıq müsəlman qadını çalışmışdır. Şübhəsiz ki, bütün bunlar o illərin Azərbaycan cəmiyyətində ən yüksək göstərici, hökümətin qadın siyasətində isə görünməmiş uğuru idi.
Tarixdən bildiyimiz kimi Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri də Azərbaycan qadınının müstəqillik qazanması, onun şəxsi ləyaqətinin, vətəndaşlıq şüurunun yüksəlməsi və əsasən də Azərbaycançılıq hissinin güclənməsi oldu.
Yenidən monoqrafiyanın üzərinə gəlincə isə tarixçi alim İslam aləmində Azərbaycan qadınının yeri və ona münasibət məsələsini də, geniş şəkildə diqqətimizə çatdırıb. L.Əliyeva bu mövzuda bir çox yazarların, əsasən də Əhməd bəy Ağaoğlunun məqalələrinə müraciət edib. Tədqiqatçı yazır ki, yüksək Avropa təhsili görmüş Ə.Ağaoğlu o dövrdəİslamın ünvanına deyilən bütün ittihamları təkzib edir və sübuta yetirirdi ki, qadınlara ən böyük qiyməti qadın haqqında xüsusi surələrin yer aldığı Qurani-Kərim verir.
Müəllif monoqrafiyasında Azərbaycan qadınının illərlə azadlığı, xoşbəxtliyi uğurunda apardığı mübarizələrdən danışarkən, qadının bu mübarizə zamanı - Vətəninə, ailəsinə sədaqətini, bağlılığını unutmadığını, dininə, dilinə, milli mənsubiyyətinə olan svgisini də aydınlıqla qeyd edir.
L.Əliyevanın söylədiklərindən:
2019-cu ilin mart ayında, bayram ərəfəsində BDU-nun rəhbərliyi tərəfindən mənim 2019-cu ilin iyun ayında Fransa Milli Asanbleyasında “Azərbaycanda qadınların seçki hüququ almasının 100 illiyi” ilə əlaqədar dövlət səviyyəsində keçiriləcək konfransda iştirak etməyimə əvvəlcədən şərait yaradıldı və mənə ezamiyyət verildi. 2 gün davam edən konfrans Parisdə-Fransanın Milli Asanbleyasında keçirildi. Mənim qeyd etdiyim mövzu ilə bağlı konfransdakı çıxışım Azərbaycan qadınları tərəfindən rəğbətlə qarşılandı. Onu da qeyd edim ki, Parisin mərkəzində Fransa-Azərbaycan Mərkəzi açılıb. Həmin ərəfədə bu möhtəşəm Mərkəzdə böyük tədbirlər keçirilirdi. Mərkəzin zəngin kitabxanası da var. Konfransdan sonra fransalılar öz şəxsi istəkləri ilə mənim kitablarımı da həmin kitabxanaya təqdim etdilər. Onu da qeyd edim ki, səfirlikdə çalışanlar Fransada qadın məsələsinin çox aktual olduğunu və tezliklə YUNESKO-da və Fransa Universitetlərində bu mövzuya həsr olunmuş tədbirlər keçirəcəklərini bildirdilər (kitablarımı və çıxışımı özlərində saxladılar). Ümumiyyətlə Fransada Şərq tarixi ilə yanaşı qadınların tarixi ilə də dərindən maraqlanırlar. Deyərdim ki, keçən əsrin 60-70-ci illərində tarix elmində (“tarixi feminologiya”) yeni bir istiqamət yarandı. Qeyd edim ki, mənim doktorluq dissertasiyam da Azərbaycanda bu istiqamətdə yazılan ilk elmi əsərdir.
Tarixi feminologiya qadınların yalnız təsviri fəaliyyətini deyil, eyni zamanda onun yaşadığı mühitin tarixi durumunu, sosial-iqtisadi vəziyyətini, ailə-məişət qayğılarını, mədəni səviyyəsinin yükəlməsini və b. mühim hüquqlarını əhatə etməlidir. Amerika, Avropa, Rusiya alimləri bu sahə ilə bağlı çox geniş tədqiqatlar aparıb, əsərlər yaradıblar. Çox təəssüf ki, Azərbaycanda bu sahə hələ də lazım olan səviyyədə inkişaf etməyib.Yeri gəlmişkən onu da qeyd edim ki, tarixi araşdıranda görürük ki, Azərbaycanda heç vaxt kişi-qadın qarşıdurması olmayıb. Feminizm hərəkatı baş verməyib. Çünki buna heç ehtiyac da yaranmayıb.
Bir haşiyə:
Bu andaca... “Qobusnamə”də oxuduğum sözləri xatırladım: “Bu dünya bir tarlaya bənzəyir, yaxşıdan pisdən nə əksən, onu da biçəcəksən... Bu dünya bir ovlaqdır, sən isə ovçu, sənin ovun da, yaxşı əməllərindir”...
Və bir də, nümunəvi ailəndir...
L.Əliyeva müəllim, alim, ziyalı olmaqla, cəmiyyətdə fəal mövqeyi ilə seçilməklə yanaşı həm də qayğəkeş anadır. Ömür-gün yoldaşı Sabir Əhmədov ixtisasca inşaat mühəndisidir. Zəhmətkeşdir, işinin bilicisidir. Nümunəvi ailə başçısıdır.
Ailəsində övladlarının dördü də ali təhsil alıblar.
Samira ixtisasca hüquqşünasdır. Hazırda vəkil kimi fəaliyyətdədir. Ülviyyə iqtisadçı olaraq Qazaxstanda çalışır. Günel öz sahəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində işləyir. Kənan isə öz kiçik biznesi ilə məşğuldur. Bunun üçün onlar valideynlərinə çox borcludurlar.
Sevindirici haldır ki, ilk nəvələri Kamran bu il yüksək balla Qazaxstan-Britaniya Universitetinin informasiya texnologiyaları fakültəsinin proqramist ixtisasına daxil olub. Hazırda universitetdə ingilis dilində təhsil alır.
Ata babasının adını daşıyan, ən kiçik nəvələri Sabir isə bu ildən bağçaya gedir.

Son olaraq:
Çinar ağacı pöhrədən əkilsə də, illərlə nəzər-diqqəti cəlb etmir. Lakin bu ağac illərin qanadlarında böyüyür. Qışın çovğununa, yayın qızmarına dözüm göstərərək şaxələnir, qamətlənir, püxtələşir, yüksəkliyə doğru can ataraq XAN Çinar olur.
Tədqiqatçı, tarixçi alim Lətifə Əliyevanın da ömür yolunu yaradıcılıq potensialını XAN Çinara bənzətsək, inamla deyə bilərik ki... O, ötən illər ərzində daim arayıb-axtarıb çalışıb. Zaman ötdükcə, kamilləşib, müdrikləşib. Beləcə... yüsksəklikdə dayanan nurlu bir ömrün yolçusuna çevrilib...


Xanım Bilalqızı,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınları ...

MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınları ...

Milli Məclis, Siyasət
Fatma Yıldırım:

Fatma Yıldırım: "Analarımızın tərbiyə etdiyi bu oğullar olmasaydı..."

Milli Məclis, Qadın dünyası
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Elmi Məqalələr
ƏZİZ XANIMLAR, BAYRAMINIZ MÜBARƏK!...

ƏZİZ XANIMLAR, BAYRAMINIZ MÜBARƏK!...

Təbriklər
28 May - Respublika Günüdür!

28 May - Respublika Günüdür!

Əsas xəbər, Azərbaycan, Təbriklər
Bolnisidə “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzak ...

Bolnisidə “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzak ...

Bolus
AZƏRBAYCANIN MAARİFPƏRVƏR QADINI - MƏRYƏM XANIM BAYRAMƏLİBƏYOVA

AZƏRBAYCANIN MAARİFPƏRVƏR QADINI - MƏRYƏM XANIM BAYRAMƏLİBƏYOVA

Elm, Təhsil
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda Azərbaycan Xalq Cü ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda Azərbaycan Xalq Cü ...

Biologiya və tibb elmləri
ÖMRÜNÜ MÜƏLLİMLİK PEŞƏSİNƏ BAGLAMIŞ AZƏRBAYCAN QADINI - SƏİDƏ İMANZADƏ

ÖMRÜNÜ MÜƏLLİMLİK PEŞƏSİNƏ BAGLAMIŞ AZƏRBAYCAN QADINI - SƏİDƏ İMANZADƏ

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Deputatlar Marneuli şəhərinin fəal xanımları ilə görüşmüşlər

Deputatlar Marneuli şəhərinin fəal xanımları ilə görüşmüşlər

Borçalı
Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

---
Qadin nə üçün təhsil almalıdır?..

Qadin nə üçün təhsil almalıdır?..

Borçalı, Köşə yazılar
AzTU-da 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-nun rektoru Vilayət Vəliyevin 8 Mart - Beynəlxalq Qadınlar günü münasi ...

AzTU-nun rektoru Vilayət Vəliyevin 8 Mart - Beynəlxalq Qadınlar günü münasi ...

AzTU
Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Prezident
AZƏRBAYCANIN  İLK  QADIN  RƏSSAMI - QEYSƏR XANIM KAŞIYEVA

AZƏRBAYCANIN İLK QADIN RƏSSAMI - QEYSƏR XANIM KAŞIYEVA

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL  (Yubiley ərəfəsində)

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL (Yubiley ərəfəsində)

Məktəblər, Tarix
AzTU GVİİM qadınların bayramını təbrik edib

AzTU GVİİM qadınların bayramını təbrik edib

AzTU, GVİİM
Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

Məktəblər, Tarix
Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk parlamentli respublika

Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk parlamentli respublika

Azərbaycan
Rəy yazın: