BDU-da aztəminatlı ailələrdən olan tələbələrə yardım edilib BDU, Hüquq 20 ноября 2015 Bakı Dövlət Universitetində aztəminatlı ailələrdən olan tələbələrə yardım edilibBu gün Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BDU THİK) təşkilatçılığı ilə aztəminatlı ailələrdən olan bir qrup tələbə ilə görüş keçirilib. BDU THİK-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, komitənin sədri Daşqın Qənbərov THİK-in fəaliyyəti haqqında tələbələrə ümumi məlumat verib. Görüşün mahiyyətinə uyğun olaraq sədr ümumi məlumatdan sonra tələbə həmkarlar təşkilatının sosial yönümlü fəaliyyəti haqqında geniş nitq söyləyib. Sədr aztəminatlı ailələrdən olan tələbələri bu imkanlardan, bu maddi dəstəkdən yararlanmağa dəvət edib. D. Qənbərov THİK-in sosial yönümlü fəaliyyətindən bəhs edərək bildirib ki, təşkilat hər ay 30 tələbəyə təqaüd həcmində maddi yardım, 30 tələbəyə gündəlik pulsuz nahar, xüsusi təqaüdlər və s. maddi köməkliklər göstərir. THİK-in sosial məsələlər komissiyasının sədri E.Qarayev isə bildirib ki, hazırkı görüşdə iştirak edən aztəminatlı ailələrdən olan tələbələr fakültə büroları tərəfindən araşdırılıb və müəyyənləşdirilib. Daha sonra tələbələrin xahişləri və təklifləri dinlənilib, sualları cavablandırılıb. Görüşün sonunda 40 nəfər tələbəyə 70 manat həcmində maddi yardım verilib, 15 nəfər tələbənin isə adı pulsuz nahar yeməkləri ilə təmin olunması üçün mövcud siyahıya əlavə olunub. Aytac MƏDƏDLİ,BDU-nun hüquq fakültəsinin II kurs tələbəsi. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.