BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan Türkiyə televiziyasında Xocalı qətliamından danışdı

BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan  Türkiyə televiziyasında Xocalı qətliamından danışdıBDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan  Türkiyə televiziyasında Xocalı qətliamından danışdı Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri,
Qarabağ müharibəsi
veteranı, dosent
Knyaz Aslan
25-26 fevral 2019-cu ildə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində fəaliyyət göstərən Bengütürk TV-nin dəvəti ilə qardaş ölkədə ezamiyyətdə olmuşdur.


BDU-dan ZiM.Az-a bildiriblər ki, səfərin məqsədi o illərin canlı şahidi olan Knyaz Aslanın Xocalı qətliamı ilə bağlı danışdığı həqiqətləri canlı yayımda dünyaya çatdırmaq idi.
Belə ki, Knyaz Aslan hələ 1990-cı illərdə – sovet rejimi dövründə Azərbaycanda çıxan bir sıra qəzetlərdə vətənpərvərlik ruhunda çoxsaylı publisistik yazılar dərc etdirmiş, respublikamızın o zamankı rəhbərlərinin diqqətini Qarabağda, o cümlədən Xocalıda baş verən erməni-rus millətçiliyinin mənfi nəticələrinə cəlb etməyə çalışmışdı.

Bu yazıların əhəmiyyəti ondadır ki, müəllif onları Qarabağda baş verən erməni vəhşiliyindən, xüsusilə Xocalı soyqırımından ən azı on-on bir ay əvvəl qələmə alıb dərc etdirə bilmişdi.
Onu da xatırladaq ki, müharibə dövründə Knyaz Aslan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetinin hərbi müxbiri kimi ön cəbhədən müntəzəm olaraq operativ reportajlar hazırlamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi mövzusunda çoxlu reportajlar hazırlamış, məqalələr çap etdirmiş, “Döyüş olsa bir əsgərdir qələmim” adlı xüsusi kitab yazmışdır.

BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan  Türkiyə televiziyasında Xocalı qətliamından danışdı Qarabağ qazisi Knyaz Aslan səfərinin birinci günü Ankara şəhərində yerləşən Özəl Ceceli Okulları rəhbərliyinin dəvətini qəbul edərək burada düzənlənən tədbirlərə məruzəçi olaraq qatılmışdır. Məlumat üçün bildirək ki, açıldığı 1991-ci ildən indiyə qədər "Dünyaya istiqamət verəcək liderlər" yetişdirməyi hədəfləyən Özəl Ceceli Okulları tanınmış iş adamı Alaettin Cecelinin adını daşıyır.
Knyaz Aslan 25 fevral 2019-cu ildə Özəl Ceceli Okullarının konfrans zalında əvvəlcə orta siniflərdə (V-VIII siniflər), sonra isə yuxarı siniflərdə (IX-XII siniflər) təhsil alan şagirdlərlə iki görüş keçirmiş, onlara Ermənistanın işğalçılıq siyasəti, Qarabağ münaqişəsi, xüsusilə Xocalı soyqırımı ilə bağlı çox geniş məlimat vermişdir.
Tədbirdə Anadolu / Fen Lisesi müdiri Resul Kıraç, eləcə də məktəbin digər müəllimləri də iştitak etmişlər.
Həmin görüşlər haqqında Özəl Ceceli Okullarının rəsmi internet saytında və Facebook səhifəsində informasiya və tədbirdən fotolar yerləşdirilmişdir.
25 fevral 2019-cu ildə saat 18.00-da isə Knyaz Aslan Bengütürk TV-nin Xocalı soyqırımı ilə bağlı hazırladığı xüsusi proqramda iştirak etmişdir. O, Bengütürk TV-də həftədə bir dəfə Cafer Kardaşın aparıcılılğı ilə canlı yayımlanan “Mazidən atiyə” (“Keçmişdən gələcəyə”) proqramında bir saat ərzində Xocalı qətliamı ilə əlaqədar müxtəlif sualları cavablandırmışdır. Bu zaman alim-qazi Qarabağın əzəli-əbədi Azərbaycan torpağı olduğunu faktlarla əsaslandırmış, Xocalı-Gədəbəy mədəniyyəti, bu ərazilərin coğrafi baxımdan strateji əhəmiyyəti haqqında geniş məlumat vermişdir.

BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan  Türkiyə televiziyasında Xocalı qətliamından danışdı Bundan başqa, müxtəlif dövrlərdə, o cümlədən Sovet İttifaqının dağılması ərəfəsində Ermənistanın Azərbaycan torpaqlarını işğalı, xüsusilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələrinin Azərbaycan türklərinə qarşı törətdiyi dəhşətli vəhşiliklər, azərbaycanlıların yaşadığı kəndlərin boşaldırması, Rusiyanın 366-cı motoatıcı alayının erməni quldur dəstələrinə köməyi, dinc soydaşlarımızın qəddarlıqla qətlə yetirilməsi, onların meyitlərinin təhqir olunması, sonralar erməni jurnalist və yazıçıların bütün bu vəhşətləri öz kitablarında əks etdirməsi və s. kimi məsələləri faktlarla tamaşaçılara çatdırmışdır.

Knyaz Aslan proqramda eyni zamanda Xocalı qətliamının dünyada tanıdılması üçün Azərbaycanda görülən işlərin miqyası, Xocalıda baş verən erməni vəhşiliyini soyqırım kimi tanıyan ölkələrin dəstəyi, ərazi bütövlüyünün bərpası uğrunda haqlı mübarizə aparan Azərbaycanın gələcək zəfəri və s. barədə danışmışdır. Alim öz çıxışında "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və "Biz bir millət, iki dövlətik” kəlamlarını dilə gətirmiş, qardaş Türkiyə Cümhuriyyətinin, türk millətinin Azərbaycanın haqlı mücadiləsinə hər zaman dəstək olduğunu minnətdarlıqla vurğulamışdır.

Qeyd edək ki, Knyaz Aslanın Bengütürk TV-nin “Mazidən atiyə” proqramındakı birsaatlıq canlı yayım müsahibəsi 26 fevral 2018-ci ildə İnternetdə Youtube kanalında yerləşdirilmişdir və baxış sayı gündən-günə artmaqdadır.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

Humanitar elmlər
AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU
Bursada Xocalı Soyqrımı anılıb

Bursada Xocalı Soyqrımı anılıb

Qarabağ, Turan
AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AzTU
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

Biologiya və tibb elmləri
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xocalı soyqırımı anılıb

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xocalı soyqırımı anılıb

Qarabağ
Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Qarabağ, Tiflis, Siyasət
AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU
“Xocalı soyqırımı tarixin qan yaddaşıdır” adlı rəsm sərgisi keçirilib

“Xocalı soyqırımı tarixin qan yaddaşıdır” adlı rəsm sərgisi keçirilib

Bakı, Mədəniyyət, Tv, UNUTSAQ, UNUDULARIQ!....
AMEA Botanika İnstitutunda Xocalı Soyqırımına həsr olunmuş Anım tədbiri keç ...

AMEA Botanika İnstitutunda Xocalı Soyqırımına həsr olunmuş Anım tədbiri keç ...

Biologiya və tibb elmləri
Tbilisidə keçirilən konfransda Xocalı hadisələrinin acı nəticələrindən bəhs ...

Tbilisidə keçirilən konfransda Xocalı hadisələrinin acı nəticələrindən bəhs ...

M.F.Axundzadə adına Muzey, Tiflis
AzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

AzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

AzTU-nun MƏZUNLARI, AzTU
Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq hər bir  ...

Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq hər bir ...

Tiflis
Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Biologiya və tibb elmləri
İtaliyada Xocalı qurbanları anılıb

İtaliyada Xocalı qurbanları anılıb

Avropa, Diaspora
AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib

AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib

AzTU
“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

Humanitar elmlər, "Zirvə"
Millət vəkili Savalan Mirzəyev Gürcüstan parlamentində Xocalı soyqırımı ilə ...

Millət vəkili Savalan Mirzəyev Gürcüstan parlamentində Xocalı soyqırımı ilə ...

Tiflis, Qarayazı
Xocalı soyqırımı - əsrin faciəsidir

Xocalı soyqırımı - əsrin faciəsidir

Tarix, Köşə yazılar
Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Qarabağ, Diaspora
Rəy yazın: