Saleh Qasım oğlu Nağıyev (1950)

Saleh Qasım oğlu Nağıyev (1950) ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

Saleh Qasım oğlu Nağıyev - 1950-ci il mayın 5-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Yuxarı Saral kəndində anadan olub.
1959-1969-cu illərdə Marneuli rayonunun Sulaveri rus orta məktəbində oxuyub.
1969-1973-cü illərdə Lenin adına APİ-də (indiki ADPU) ali təhsil alıb.
1973-1974-cü illərdə Zaqafqaziya Hərbi Dairədə hərbi xidmətdə olub.
1973-1976-cı illərdə Gəncə şəhərində orta məktəbdə müəllim işləyib.
1976-1981-ci illərdə Marneuli rayonunun Sulaveri rus orta məktəbində müəllim və direktor müavini işləyib.
1980-1984-cü illərdə Certsen adına Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Pedoqoji institunun aspirantura şöbəsində təhsilini davam etdirib.
1987-ci ildə A.Jdanov adına Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetində dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsi alıb.
1985-1990-cı illərdə Marneuli rayonunun partiya komitəsində təlimatçı, şöbə müdüri, 1990-1998-ci illərdə Marneuli rayonunun Qullar Upravasının sədri vəzifəsində çalışıb.
O, eyni zamanda qiyabi olaraq ikinci ali təhsil alıb. 1989-cu ildə N.Voznisenski adına Leninqrad Dövlət Maliyyə-İqtisad İnstituna daxil olub və 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
1998-ci ildən BDU-da işləyir, hazırda coğrafiya kafedrasının dosentidir.
Ailəlidir iki övladı var.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: