TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ (1960)

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ (1960) Ramiz Kamandar oğlu Həsənli - 8 may 1960-cı ildə
Qərbi Azərbaycanın qədim Göyçə mahalındakı
Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub.
1977-ci ildə Şişqaya kənd orta məktəbini, 1983-ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universitetini) əla qiymətlərlə bitirib.
1983-1989-cu illərdə Neft Maşınqayırması üzrə Ümumittifaq Elmi-Tədqiqat və Layihə-Texnologiya İnstitutunda mühəndis, II kateqoriyalı mühəndis-texnoloq, kiçik elmi işçi, 1989-1993-cü illərdə Azneftmaş Elm-İstehsalat Birliyinin Sahə Mühəndis Mərkəzində I kateqoriyalı mühəndis-texnoloq, elmi işçi, baş elmi işçi, 1993-1999-cu illərdə Bakı Neft-Mədən Maşınqayırma zavodunda mərkəzi zavod laboratoriyasının rəisi, baş metroloq vəzifələrində çalışıb.

1991-1994-cü illərdə Xarkov Dövlət Avtomobil Yolları Texniki Universitetinin aspiranturasında qiyabi təhsil alıb.
1994-cı ildə müvəffəqiyyətlə dissertasiya işini müdafiə edərək,
Ukrayna Ali Attestasiya Komissiyasının qərarı ilə
texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb.

1990-cı ildən eyni zamanda Аzərbaycan Texniki Universitetində (AzTU) əvəzçilik və yarımştatla dərs aparan və diplom işlərinə rəhbərlik edən Ramiz Həsənli 1999-cu ildən АzТU-nu özünə əsas iş yeri seçib.
2001-ci ildə AR AAK-ın qərarı ilə dosent elmi adına layiq görülüb.
2000-2009-cu illərdə Меtallurgiya fakultəsinin dekan müavini, fakultə Elmi Şurasının elmi katibi olub.
2009-2013-cü illərdə Metrologiya və standartlaşdırma kafedrasının müdir müavini, Texnoloji maşınlar fakultəsi Elmi Şurasının üzvü olub.
Hazırda yenidən Меtallurgiya fakultəsinin dekan müavini, fakultə Elmi Şurasının elmi katibi, AzTU-nun Müdafiə Şurası nəzdində fəaliyyət göstərən Elmi Seminarın üzvü“Metallurgiya və metalşünaslıq” kafedrasının dosentidir.

AzTU-nun və Respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edir. Dəfələrlə Məntəqə və Dairə Seçki Komissiyalarının sədri olmuşdur. Hazırda 31 saylı Dairə Seçki Komissiyasının həlledici səs hüquqlu üzvüdür. Avropa İttifaqı Tempus layihəsinin "Ətraf mühitin mühafizə texnikası" üzrə AzTU-da ixtisas rəhbəri olmuşdur. Tempus və DAAD layihələri üzrə 2004, 2005, 2007-ci illərdə üç dəfə Almaniyanın Köln Tətbiqi Elmlər Universitetində ezamiyyətdə olmuş, elmi tədqiqatlar aparmışdır.
Kürəvi qrafitli yüksəkmöhkəm çuqunların tədqiqi və tətbiqi sahəsində Azərbaycanda yeganə alimdir.
Məhsuldar və qüsursuz işinə görə işlədiyi təşkilatların rəhbərlikləri tərəfindən dəfələrlə tərifnamə fəxri fərmanlarla mükafatlandırılmışdır.
170-dən çox elmi əsərin, о cümlədən, 3 ixtira, 2 monoqrafiya, dərs vəsaitləri və 10 dərsliyin müəllifidir.
Bir sıra elmi məqalələri Rusiya, Ukrayna, Çexiya və Bolqarıstanın nüfuzlu jurnallarında nəşr edilmişdir.
Çoxsaylı beynəlxalq və respublika elmi-texniki konfranslarının təşkilatçısı və iştirakçısıdır.
Onlarla diplom işinə və 14 magistr dissertasiyasına rəhbərlik etmişdir.

AzTU-nun doktoranturasını bitirib, doktorluq dissertasiyasını tamamlayıb və müdafiəyə təqdim edib.

Evlidir, 2 oğlu var.
TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ (1960)
Tanınmış alim Ramiz Həsənli həm də istedadlı şair və publisistdir.
Respublika mətbuatında şeirləri və publisistik yazıları ilə çıxış edir.


Biz də Ramiz Həsənlinin bir neçə şeirini
aşağıda ZiM.Az-ın dəyərli oxucularına
təqdim edir və ona elmi-pedaqoji
fəaliyyətində, eləcə də
bədii-publisistik yaradıcılığında
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


GÖYÇƏM

Söykənərək uca-uca dağlara,
Məğrur-məğrur boylanırsan, a Göyçəm.
Hər oğlunun, hər qızının başına,
Pərvanə tək dolanırsan, a Göyçəm.

Təbiətin min bir rəngi səndədir,
Bulaqların xoş ahəngi səndədir,
Bu diyarın gül çələngi səndədir,
Bahar kimi nazlanırsan, a Göyçəm.

Övladlarla görüsməkdir amalın,
Gələcəyə vardır odlu salamın,
Qürbətdə də solmayıbdır camalın,
Günəş kimi sən yanırsan, a Göyçəm.

Ramiz sənə çələng hörür sözlərin,
Torpağından güc alıbdır dizlərim.
Yaddasımdan silinməyib izlərin,
Urəyimdən boylanırsan, a Göyçəm.


YURDUMUN

İçimdə ölərəm üzdə yaşaram,
Fərqi yox ya dağda, düzdə yaşaram.
Bilsəm indən belə yüz də yaşaram,
Çəkilməz sinəmdən dağı yurdumun.

Zaman dərd ələyib, başından töküb,
Həsrətin əlləri bağrını söküb.
Üstünə amansız bir xəzan çöküb,
Haçan gül bitirər bağı yurdumun?

Heç bilən olmadı bu bəla nəydi,
Namərdlər palıdın xətrinə dəydi.
Xiffət xan çinarın qəddini əydi,
Dərdini nə bilər yağı, yurdumun.

Ay Ramiz, ömür-gün yalandı, getdi,
Gün aya, ay ilə calandı getdi.
Namərdlər əlində talandı, getdi,
Nə idi günahı, axı yurdumun.


SEVGİLİM

Qəhərimdən, bax, dodağım büzüldü,
Doluxsunmuş qara gözüm süzüldü.
Əllərinmi əllərimdən üzüldü,
Dünya oldu bir cəhənnəm, sevgilim.

Sənsiz mənim qəlbim vurmur, neyləsin?
Məğrur dayan, səni yellər əyməsin.
Arzum budur, yaman gözlər dəyməsin,
Sil gözümü, qalmasın nəm, sevgilim!

Mənə bəlli qəlbin, hissin, niyyətin,
Çiçəklənsin hər gün gözəl ülfətin.
Zərgər bilər zərin qədrin, qiymətin,
Onu bilən sənsən, mənəm sevgilim.


GƏLƏK

Gəl Turan elinin seyrinə çıxaq,
“Cıdır düzü” adlı bir düzə çıxaq.
Keçək Ankaradan, Çanaqqaladan,
Qocaman Gəncədə üz-üzə gələk!

Astanada içək çayımızı biz,
Bakıda axtaraq haqq-sayımızı.
Xonçalara düzək payımızı biz,
Sizlər bizə gəlin, biz sizə gələk.

Baş vuraq cahana Turan xətrinə,
Yazaq dəftərimin hər bir sətrinə,
Yollanaq Atatürk anıt qəbrinə,
Gecələrdən keçib, gündüzə gələk!

Aşqabadda yansın Türkün ocağı,
Bərəkətli olsun küncü, bucağı.
Daşkənddə yellənsin Turan bayrağı,
Bişkekdən adlayıb Təbrizə gələk!

Kərkükdə son qoyaq, şərə, əngələ,
Gözləyir haqqını Göyçəmiz hələ...
Gəl Turan eşqiylə verək əl-ələ,
Borçalı, Dərbənddə son sözə gələk!


YURDUMUN

İçimdə ölərəm üzdə yaşaram,
Fərqi yox ya dağda, düzdə yaşaram.
Bilsəm indən belə yüz də yaşaram,
Çəkilməz sinəmdən dağı yurdumun.

Zaman dərd ələyib, başından töküb,
Həsrətin əlləri bağrını söküb.
Üstünə amansız bir xəzan çöküb,
Haçan gül bitirər bağı yurdumun?

Heç bilən olmadı bu bəla nəydi,
Namərdlər palıdın xətrinə dəydi.
Xiffət xan çinarın qəddini əydi,
Dərdini nə bilər yağı, yurdumun.

Ay Ramiz, ömür-gün yalandı, getdi,
Gün aya, ay ilə calandı getdi.
Namərdlər əlində talandı, getdi,
Nə idi günahı, axı yurdumun.


QAYIT, GEC DEYİL

Niyə mənə “döz” deyirsən,
Səbrim daşıb tükənəndə.
Niyə mənə söz deyirsən,
Gözümdən yaş töküləndə.

Mənim qəlbim qırıq sazdır,
Köklə onu eşqin ilə.
Sanki zülmün hələ azdır,
Əridirsən gilə-gilə.

Baxışında şübhə duydum,
İnanmağım gəlmir sənə.
Heç bilmirəm niyə uydum,
Sənin vəfasız eşqinə.

Mürgüləyən dərdi-səri,
Cinayətdir oyatmağın.
Keçmişimi qaytar geri,
Gec də deyil qayıtmağın.


QURTAR MƏNİ BU HƏSRƏTDƏN

Həsrət qəm gətirməz,vüsalım sevinc,
Daha ürəyi də yovuşmaz sözə.
Yaman unuduldum ilahi, yaman,
Ay məni tanımaz, dursaq göz-gözə.

Hər şey adiləşdi, göy üzü hətta,
"Olum" da "ölüm"də birdi gözümdə.
Daha ayrılıqlar, eşqlər, sevdalar,
Dəlilik gətirməz başıma bir də.

Əllərin saçında sevdiyin qızın,
Göz yaşı ovcumda, gözünü sıxsa.
Ürəyim sakitdi heç nəyə dəyməz,
Bu dünyam umulmaz heç nəyi yoxsa.

Daha öyrəşmişəm, yaz çiçəyiyəm,
Payız xəzəliylə gəlir bilirəm.
Ürəkdə doğulan ağıl da bir vaxt,
Qocalır insan tək, ölür bilirəm.


Yenə

Məndən üz çevirib taleyim yenə,
Yoxuşa aparır bu yollar məni.
Özümü yıxacaq küləyim yenə,
Sonda nə olacaq bilmirəm düzü.

Talemdən inciyim, necə küsməyim?,
O məni çıxılmaz dalana saldı.
Bəxtimlə salamı niyə kəsməyim,
Yolumu dəyişib yalana saldı.

Şirin xəyallarla aldatdı məni,
Vüsal eşqi ilə yaşadım hər gün.
Batdı göy sularda ümid yelkənim,
Biləndə yalanmış olanlar bütün.


ƏBƏDİLİK XÜLYASINDA

Uzaq, sirli həyat vardır,
Ayaqla baş arasında.
Ölüm isə çox yaxındır,
Kirpiklə qaş arasında.

Dəyişib tərəzi, mizan,
Haram vardır mayasında.
Çaş-baş qalıb tale yazan,
Doluyla boş arasında.

Bu hikməti duymayanlar,
Cahildir haqq dünyasında.
Daş üstə daş qoymayanlar,
Əbədilik xülyasında…


Nəsihət

Sən həyatda xoşbəxt olmaq istəsən,
Torpağı tumarla,zəhmətə alış.
Nəhəng fil yükünü çəkə bilməsən,
Qarışqa yükünü çəkməyə çalış!

İnanma nankora,uyma nakəsə,
Çalış öz xalqına,elinə qarış.
Dəryaya,ümmana əlin yetməsə,
Bir gülün şehini içməyə çalış!

Hikməti ziyadan seçə bilməsən,
Ağılın bir kəlmə sözüylə barış.
Sən uzun yolları keçə bilməsən,
Bir kəsə yolunu keçməyə çalış!

Dəm vurma kimsənin öz hünərindən,
Öz gücün,qüdrətin,əzmindən danış,
Əgər bir zirvəyə çatmaq istəsən,
Qartalın eşqini bilməyə çalış!


Ümid yelkeni

Məndən üz çevirib taleyim yenə,
Yoxuşa aparır bu yollar məni.
Özümü yıxacaq küləyim yenə,
Sonda nə olacaq bilmirəm düzü.

Taleyimdən inciyim, necə küsməyim?
O məni çıxılmaz dalana saldı.
Bəxtimlə salamı niyə kəsməyim,
Yolumu dəyişib dalana saldı.

Şirin xəyallarla aldatdı məni,
Vüsal eşqi ilə yaşadım hər gün.
Batdı göy sularda ümid yelkənim,
Biləndə yalanmış olanlar bütün.


Səndən doymadım

Mənim ana yurdum, Azərbaycanım,
Mən qışda,baharda səndən doymadım.
Oldun hara getsəm şöhrətim,şanım,
Mən heç bir diyarda səndən doymadım.

Dolandım bağçanı,gəzdim bağını,
Sonsuz aranını, uca dağını.ı
Görən gözüm bildim hər çırağını,
Qaldım intizarda,səndən doymadım.

Söz üçün çox yanıb yaxıldım da mən,
Şeirin yollarında yıxıldım da mən.
Bəzən dərd əlindən sıxıldım da mən,
Qaldımsa da darda səndən doymadım.

Zirvəsi qar olan yerləri gəzdim,
Qışda bahar olan yerləri gəzdim.
Çox laləzar olan yerləri gəzdim,
Heç yerdə, heç harda səndən doymadım.
26.11.1018

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
Professor Rafiq Feyzullayev (1943-2001)

Professor Rafiq Feyzullayev (1943-2001)

UNUTSAQ, UNUDULARIQ!....
Professor Vidadi Musayev vəfat edib

Professor Vidadi Musayev vəfat edib

AzTU, Nekroloqlar
AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ARİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ARİF MÜƏLLİM!..

AzTU, Təbriklər
SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

Bolus, Təbriklər
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

AzTU, Təbriklər
AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin  ...

AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin ...

AzTU
AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU-nun kafedra müdiri ƏHMƏD İMANOV (1965)

AzTU, "XXI əsrin Ziyalıları"
İSMAYIL ÇEŞMƏLİ (1983)

İSMAYIL ÇEŞMƏLİ (1983)

Poeziya, Müsabiqə
Doğum gününüz mübarək, hörmətli Həsən müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həsən müəllim!..

AzTU, Təbriklər
Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

AzTU
Dosent ELMAN CƏFƏROV (1973)

Dosent ELMAN CƏFƏROV (1973)

Digər ali məktəblər, "XXI əsrin Ziyalıları", Bolus
Yubileyiniz mübarək, hörmətli professor Vilayət Vəliyev!..

Yubileyiniz mübarək, hörmətli professor Vilayət Vəliyev!..

Əsas xəbər, AzTU, Təbriklər
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
Rəy yazın: