YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!.. AzTU, Başkeçid 30 декабря 2021 TƏBRİK EDİRİK!..2022-ci il Yanvarın 1-i dəyərli ziyalımız, tanınmış alım,vətənpərvər, yursevər və xeyirxah insan,Azərbaycan Texniki UniversitetininAvtomatika və idarəetmə kafedrasının müdiri,texnika elimləri namizədi, dosentVahid Qara oğlu Fərhadovun doğum günüdür!..Daha dəqiq desək, yubileyidir!..Anadan olmasının 60 illik Yubileyi!..Bu münasibətlə AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri,iqtisad elmləri doktoru, professor İlham Aslanzadəyubilyarı - Vahid Qara oğlu FərhadovuFƏXRİ FƏRMANla təltif etmişdir.Biz də "ZiM.Az" saytının və "Ziya" qəzetininbütün yaradıcı heyəti adındançox hörmətli Vahid müəllimi qarşıdan gələn yubileyi, eyni zamanda, fürsətdən istifadə edərək,31 - dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığ və yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az VAHİD QARA OĞLU FƏRHADOV(1962) Vahid Qara oğlu Fərhadov 1962-ci ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Şindilər kəndində müəllim ailəsində anadan olmuşdur.O, 1979-cu ildə doğma kəndindəki orta məktəbi əla qiymətlərlə bitirmiş və həmin il Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Texniki Universiteti) «Avtomatika və hesablama texnikası» fakültəsinin «Maşınqayırmanın avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi» ixtisasına daxil olmuş, 1984-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmiş və gənc mütəxəssis kimi «İslahat proseslərinin avtomatlaşdırılması» kafedrasında saxlanılmışdır.1988-1990-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun aspirantı olmuşdur.2008-ci ildə 05.13.05- Hesablama texnikası və idarəetmə sistemlərinin element və qurğuları ixtisası üzrə «Sferik koordinatı sənaye robotunun tədqiqi və optimal idarə edilməsi» mövzusunda dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. O, kafedrada 1992-1997-ci illərdə assistent, 1997-2010-cu illərdə baş müəllim, 2006-cı ildən kafedra müdirinin müavini işləmiş, 2010-cu ildən hal-hazıra qədər dosent vəzifəsində çalışır.V.Q.Fərhadov işlədiyi müddətdə Universitetin və kafedranın ictimai həyatında böyük fəallıq göstərir. O, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin fakültə Şurasının üzvüdür. Dosent Vahid Fərhadov 2011-ci ildə isə «Avtomatika və idarəetmə» kafedrasının müdiri vəzifəsinə seçilmişdir.2017-ci ildə müsabiqə yolu ilə yenidən həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir.Hazırda «Qeyri müəyyənlik şəraitində robast optimal idarəetmə sistemlərinin sintezi» mövzüsunda doktorluq dissertasiyası üzərində işləyir.2002-ci, 2007-ci və 2012-ci illərdə TEMPUS proqramı çərçivəsində Almaniyanın Köln Tətbiqi Elmlər Universitetində, 2014-cü ildə isə Avstriyanın Texniki Universitetlərində elmi ezamiyyətlərdə olmuşdur.O, 70-dən çox elmi əsərlərin, o cümlədən 8 dərs vəsaitinin, 15 metodik göstərişin müəllifidir, bir çox Beynəlxalq və Respublika elmi-texniki konfranslarda məruzələrlə çıxışlar etmişdir.O, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının elmi Seminarının üzvüdür.V.Q.Fərhadov pedaqoji fəaliyyəti dövründə özünü tələbkar və intizamlı pedaqoq müəllim kimi göstərmiş, fakültənin müəllim və tələbə kollektivinin nüfuzunu qazanmışdır. Vahid müəllimə biz də yeni-yeni uğurlar arzulayırıq!..(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", I cild, Bakı, 2015, səh.258-259).. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.