Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub AzTU, Turan 5 апреля 2023 1474 100 1 2 3 4 5 Ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Texniki Universitetində (AzTU) görülən işlər və həyata keçirilən yeniliklərlə yaxından tanış olublar. Tanışlıq tədbirində AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Bilişim Vadisinin baş direktoru və idarə heyətinin üzvü Ahmet Serdar İbrahimcioğlu və universitet nümayəndələri iştirak edib.Rektor Vilayət Vəliyev qonaqları AzTU-da Universitet-Sənaye Əməkdaşlığı, “Bilişim Vadisi Bakı”, sahibkarlığın inkişafı istiqamətində KOBİA tərəfindən yaradılacaq mərkəz, o cümlədən müxtəlif sosial infrastrukturlarda aparılan yenidənqurma işləri ilə tanış edib. Həmçinin universitet haqqında qonaqlara ətraflı məlumat verib.Ahmet Serdar İbrahimcioğlu bildirib ki, Bilişim Vadisi tərəfindən AzTU-da qurulan “Bilişim Vadisi Bakı”da universitetin bütün strukturları ilə əlaqələndirilməklə beynəlxalq texnologiyalar üzrə marketinq, texnoloji tədqiqat və transfer fəaliyyətləri, proqram təminatı, dizayn, tədqiqat və inkişaf sahəsində layihələrin həyata keçirilməsinə dəstək göstəriləcək.“CezeriLab” laboratoriyası ilə tanışlıq zamanı qonaqlara burada görülən işlər, tələbələrin layihələri, startap üzrə beynəlxalq yarışlarda göstərdikləri yüksək nəticələr barədə məlumat verilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.