AzTU-da TİKA ilə əməkdaşlıq çərçivəsində təlim keçirilib Təhsil » AzTU 7 февраля 2023 891 0 1 2 3 4 5 Azərbaycan Texniki Universitetində (AzTU) metallurgiya, materiallar texnologiyası, fizika, kimya, maşın mühəndisliyi, mexanika və digər istiqamətlərdə praktiki biliklərin verilməsi və tədqiqatların aparılması məqsədilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən müvfiq kafedraların gənc professor-müəllim heyətinə təlim keçirilib.İkigünlük təlim TİKA-nın dəstəyi ilə alınan ezAFM+ atom mikroskopunun iş prinsipinə həsr olunub.Təlimçi İrmak Gürlek Sönmez tərəfindən aparılan təlimin birinci günü "ezAFM+ atom mikroskopu: giriş təlimi"ndə avadanlığın iş prinsipi və mikroskopun komponentləri barədə məlumat verilib.Təlimin ikinci günü “ezAFM+ atom mikroskopu: istifadəçi təlimi”ndə isə mikroskop üzərində praktiki işlər, cihazın quraşdırılması və istifadəsi barədə qaydalar əməkdaşların diqqətinə çatdırılıb.Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.