AzTU-da Əhməd Cavadın yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib Təhsil » AzTU 26 декабря 2022 Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Dövlət Himninin müəllifi, maarifçi, tərcüməçi, pedaqoq və görkəmli ictimai xadim Əhməd Cavadın 130 illik yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib.Seminarda AzTU-nun Humanitar fənlər kafedrasının müəllimləri, tələbələr, həmçinin Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Ədəbi dram verilişləri baş redaksiyasının baş redaktorunun müavini, siyasi repressiya qurbanlarının tədqiqatçısı Sevda Hüseyn iştirak edib.AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Prezident İlham Əliyevin Əhməd Cavadın 130 illiyik yubileyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıb. Bildirib ki, Bu Sərəncam dövlət başçısının tariximizə, mədəniyyətimizə və ədəbiyyatımıza, görkəmli ədəbi-tarixi şəxsiyyətlərimizə xüsusi diqqət və qayğısının əməli ifadəsidir. Həbib Mirzəyev milli-mənəvi dəyərlərin aşılanması istiqamətində tədbirlərin keçirilməsinin AzTU-da artıq bir ənənəyə çevrildiyini də seminar iştirakçılarının diqqətinə çatdırıb.Seminarda Humanitar fənlər kafedrasının əməkdaşları professor Qabil Hüseynov, dosent Afaq Əsgərova və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Ədəbi dram verilişləri baş redaksiyasının baş redaktorunun müavini, siyasi repressiya qurbanlarının tədqiqatçısı Sevda Hüseyn çıxış edərək Əhməd Cavadı Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik şəxsiyyətlərdən biri kimi xarakterizə ediblər. Bildirilib ki, Əhməd Cavad kimi ədiblərimiz hər zaman minnətdarlıqla xatırlanacaq.Seminarda Əhməd Cavadın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra tələbələrin ifasında Əhməd Cavadın müəllifi olduğu müxtəlif şeirlər səsləndirilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.