Orta Doğu Texniki Universitetinin professoru AzTU-da seminar keçib AzTU, Turan 24 февраля 2022 Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTU) Metallurgiya və materiallar mühəndisliyi departamentinin professoru Əmdulla Mehrabov Azərbaycan Texniki Universitetində (AzTU) "Yeni materiallar və nanotexnologiyalar" mövzusunda seminar keçib. Seminarda universitetin müvafiq fakültə və kafedrasının əməkdaşları, həmçinin doktorant və magistrantları iştirak edib.Professor Əmdulla Mehrabov materialşünaslığın müasir problemləri, yeni materialların alınması üçün müasir kompüter texnologiyalarının tətbiqi imkanları barədə məlumat verib.Seminarda AzTU-nun müxtəlif kafedralarında professor-müəllim heyəti, doktorant və magistrantlarla ayrı-ayrılıqda görüşlərin keçirilməsi və layihələrdə birgə iştirak barədə müzakirələr aparılıb.Sonda professor-müəllim heyətinin sualları cavablandırılıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.