AzTU tələbələri Klinik Tibbi Mərkəzdə təcrübə keçirlər Təhsil » AzTU 23 марта 2022 AzTU-nun Mühəndis fizikası və Elektronikası kafedrasının baş müəllimi Qadir Qafarovun təcrübə rəhbərliyi ilə 368a1 və 2367a qrup tələbələri fevral ayından etibarən Kliniki Tibbi Mərkəzdə təcrübə proqramına başlamışdırlar. Təcrübənin ilk günündə Kliniki Tibbi Mərkəzinin “Biomedical bölmə” rəhbəri Səlim Əli-zadə tərəfindən tibbi müəssisənin struktur bölmələri ilə ümumi tanışlıq olmuş və tələbələrin arzu və maraq dairələri çərvcivəsində struktur bölmələrə onlar təhkim olunmuşdurlar. Təcrübə müddəti boyunca “bil, et və öyrən” prinsipi ilə tədris prosesi təşkil olunur. İlkin olaraq Qadir Qafarov tərəfindən tibbi aparatların növləri və xüsusəndə onların istifadə və servis xidmətinə dair təlimatlar verilir. Bununla da “bil, et və öyrən” prinsipinin birinci mərhələsi tamamlanmış olur. Səlim Əli-zadə tərəfindən isə əldə olunmuş biliklərin təcrübəyə transferi təmin edilir. Tələbələr müxtəlif tibbi aparatlarla işləyərək, onlara ilkin müdaxilə, texniki xidməti, təlimatlandırma xidməti, istifadəçi nasazlıqlarında müdaxiləni və s. real mühitdə “edərək” öyrənirlər. Vaxtaşırı olaraq isə təcrübə rəhbərləri tərəfindən və eləcə də digər texniki xidmət göstərən özəl şirkətlərdən nümayəndələr dəvət olunaraq seminarlar keçirilir. Giriş və təlimatlandırma xarakterli ilk seminar isə Mühəndis fizikası və Elektronikası baş müəllimi Qadir Qafarov və tibbi müəssisənin Biomedikal mühəndisi Səlim Əli-zadə tərəfindən "Tibbi müəssisələrdə Biotibbi mühəndis qurumlarının rolu" mövzusunda keçirilmişdir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.