ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib Təhsil » AzTU 1 марта 2022 Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+” KA2 proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi üzrə növbəti təlim keçirilib. Təlimdə Təhsil Nazirliyinin və tərəfdaş universitetlərin nümayəndələri iştirak edib.AzTU-nu təlimdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fəqanə Musayeva ilə Xarici əlaqələr şöbəsinin layihələr və mübadilə proqramları üzrə baş mütəxəssisi Mətanət Paşayeva təmsil edib. “Təhsildə dəyişikliyin idarə olunması - transformativ öyrətmə və öyrənmə” mövzusunda təşkil edilən təlimə ali təhsildə keyfiyyət təminatı agentliklərinin Mərkəzi və Şərqi Avropa şəbəkəsinin (Central and Eastern European Network of Quality Assurance Agencies in Higher Education) vitse-prezidenti Olgun Chicek rəhbərlik edib.Təlimdə Mərkəzi Oklahoma Universitetinin rektoru ilə canlı bağlantı yaradılıb və onların bu sahədə təcrübəsi ilə bağlı müzakirə aparılıb.Sonra mövzu sual-cavab formatında davam etdirilib. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.