AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə deyib AzTU, Turan 12 января 2022 Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektoru, texnika elmləri doktoru,professor Sübhan Namazov Türkiyənin Ankara şəhərində səfərdədir. Erasmus+ KA1 mobillik proqramının fərdi qrant layihəsini qazanan professor Sübhan Namazov səfər çərçivəsində Türkiyənin Qazi Universitetinin Metallurgiya və materiallar texnologiyası kafedrasının professor-müəllim heyəti və tələbələri üçün “Bişirilmiş ovuntu kompozisiya materialları: alınması, strukturu, xassələri və tətbiqi” mövzusunda mühazirə deyib. Prorektor Sübhan Namazov, həmçinin Qazi Universitetinin rektoru, professor Musa Yıldız, universitetin prorektorları, dekanları, bölmə rəhbərləri ilə işgüzar görüşlər keçirib. Görüşlər zamanı AzTU-nun qalib olduğu ”AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi barədə məlumat verilib. Layihə çərçivəsində professor-müəllim heyətinin potensialının gücləndirilməsi məqsədilə AzTU-nun bir qrup müəlliminin təlimlər keçməsi üçün Ankaraya ezam olunması, həmçinin Qazi Universitetinin professorlarının AzTU-ya dəvət olunması ilə bağlı razılıq əldə olunub. Qeyd edək ki, professor Sübhan Namazovun Ankaraya işgüzar səfəri davam edir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.