“Gənclərimiz azad olunmuş torpaqlarımızın inkişafı ilə bağlı çox genişmiqyaslı işlər görəcək və uğurlar əldə edəcəklər” Təhsil » AzTU 9 января 2022 2020-ci il sentyabırın 27-də başlayan və 44 günlük mübarizədən sonra 2020-ci il noyabırın 8-də şanlı ordumuzun və Ali baş komandanımızın güclü iradəsi və səyi nəticəsində bizim Zəfərimizlə başa çatan Vətən müharibəsinə və bu müharibəyə öz qanı ilə imzasını yazan qəhrəmanlarımıza həsr olunmuş maraqlı bir müsahibəni siz əziz və dəyərli “Ziya” qəzetinin oxucularına təqdim etmək istəyirik.Müsahibimiz Azərbaycan Texniki Universitetinin "İqtisadiyyat və İdarəetmə" fakultəsinin Menecment ixtisasının 2-ci kurs tələbəsi Fərid Qurbanlıdır. 1. Azərbaycanın keçmişdən bu günə və qələbədən sonra iqtisadiyyatında baş verəcək yenilikləri haqqında nə düşünürsünüz? - Bildiyiniz kimi, Azərbaycanın iqtisadiyyatı hələ qədim zamanlardan, tarixə nəzər salsaq görərik ki, hər bir sahədə çox gözəl inkişaf etmişdir. İstər əkinçilik, istərsə də digər sahələrdə. Buna misal olaraq isə Azərbaycan qədim zamanlardan bəri şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanın ən iri ipəkçilik rayonu idi və hal hazırda da belədir.2. İşğaldan azad olunmuş torpaqlarımızda hazırda artıq bir sıra işlər aparılır. İqtisadi cəhətdən bu barədə nə söyləyə bilərsiniz?-Əlbətdəki artıq dövlət başçımızın əmri ilə mənfur düşməndən azad etdiyimiz torpaqlarımızda işlərə başlamışıq. 30 il ərzində torpaqlarımızın bizdə olmaması iqtisadiyyatımızın olduğundan daha çox öndə olmasının qarşısını almış olsada inanırıq ki, dövlət başçımızın göstərişləri ilə bunların hamısını tez bir zamanda həll edəcəyik.Böyük sevincdir ki, artıq Füzuli hava limanı açılmışdır.3. Azərbaycan turizim sahəsində ən qabaqcıl ölkələrdən biridir. Siz bu barədə nə düşünürsünüz? Bundan sonra turizim sahəsində ölkəmizi nələr gözləyir? -Bildiyimiz kimi hər il ölkəmizə minlərlə turist gəlir. Azərbaycanın Xaçmaz, Quba, Qəbələ, Masallı və bir çox bölgə və rayonları turistlər tərəfindən böyük maraqla qarşılanır. Qələbədən sonra isə ölkəmiz turizim sahəsində ən birinci yerdə olacaq. Bu, əlbəttə, danılmaz bir faktdır ki, sadaladığımız ərazilərimizə artıq Kəlbəcər, Laçın, Ağdam və bir çox başqa bölgələrimizi də daxil edəcəyik. Doğrudur bu hal hazırda baş verməsə də, yaxın gələcəkdə gözlənilir. Bu isə turizim sahəsində çox böyük inkişafın olacağına bir sübutdur.4. İstər turizim sahəsində, isdər iqtisadi zonada artıq yaxın gələcəkdə Azərbaycanın necə inkişaf edəcəyini görürük. Bu isə əlbəttə, təhsil sistemində də özünü gösdərməlidi. Bu barədə nə söyləyə bilərsiz?-İşğaldan azad olunmuş ərazilərimizdə artıq bir çox işlər görülür. Bunun üçün isə biz əlbəttə ki, gənc nəsilə etiyac duyuruq və bir çox sahələrdə menecment, mühasibatlıq ixtisasları ilə yanaşı digərlərini də qeyd edə bilərik ki, gənclərimizə ali təhsil ocaqlarında yüksək səviyyədə bilik öyrədilir. Bu bizim üçün müsbət bir haldır ki, dövlətimizin gələcəyi savadlı gənclərimizin əlində olacaq. Mən bir vətəndaş olaraq sevinirəm ki, gənclərimiz azad olunmuş torpaqlarımızın inkişafı ilə bağlı çox genişmiqyaslı işlər görəcək və uğurlar əldə edəcəklər. Bu xalqımız üçün böyük qürur və iftixar hissidir.5. Biz 2020-ci ildə böyük bir tarix yazdıq və illərcə danışılacaq böyük bir uğura imza atdıq və hal-hazırda biz ölkələrin şüarına çevrildik. Dünya gündəminə nəzər salsaq görərik ki, Ukrayna, Maldova artıq bizi özlərinə nümunə kimi görür. Bu barədə fikirlərinizi öyrənmək isdərdik?-Tariximizə nəzər salsaq keçmişdə Gəncə xanı Cavad xan düşmən ilə necə mərdlik ilə mübarizə aparmışdırsa, bu gün də biz düşmən ilə o cür mübarizə apardıq. Gözəl Gəncəmiz terrorçu xalq tərəfindən minalara, atəşlərə məruz qalsa da, biz mübarizəmizi mərdlik ilə apardıq. İstər ön cəbhədə, isdərsə də arxa cəbhədə.Odur ki, bizim tarixi qələbəmizin hər bir xalqın şüarına çevrilməsi təəccüb hissi doğurmur. Mən deyərdim ki, bu belə də olmalıdır. Yaşasın mərd Azərbaycan oğlu!..Müsahibəni yazdı:Xanımxatın Muradova,AzTU-nun "İqtisadiyyat və İdarəetmə" fakultəsinin Menecment ixtisasının 2-ci kurs tələbəsiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.