AzTU-da Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib Təhsil » AzTU 18 октября 2021 Azərbaycan Texniki Universitetində (AzTU) 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan onlayn tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, millət vəkili Aydın Mirzəzadə, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, AzTU-nun ictimai şurasının sədri, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, AzTU-nun Humanitar fənlər kafedrasınin müdiri Həbib Mirzəyev çıxış edib.Qeyd olunub ki, bu il Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 30 illiyini qeyd edir. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyib. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.O da vurğulanıb ki, 18 oktyabr həm də Xudafərin körpüsü və ətraf ərazilərin erməni işğalından azad edilməsi günü kimi tarixə düşüb. 30 il ərzində biz bu bayramı ilk dəfə olaraq qalib xalq kimi qeyd edirik.Çıxış edənlər bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman ən böyük arzusunun işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu bildirirdi.Ümummilli Liderin bu arzusunu onun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı şanlı Qələbə nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.O da qeyd olunub ki, ərazi bütövlüyümüzün bərpa olunmasında AzTU-nun tələbə və məzunlarının da iştirakı qürurvericidir.Vətən müharibəsində universitetin tələbə və məzunları arasında 28 nəfər şəhidlik zirvəsinə ucalıb.Vətən müharibəsində xalq və ordu birliyi bütün dünyaya bir daha sübut etdi ki, müstəqilliyimiz əbədidir, dönməzdir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.