“Dəmiryol nəqliyyatında enerji təchizatının səmərəliliyinin təkmilləşdirilməsi və elektrik lokomotivlərinin dartı sistemi” mövzusunda konfrans keçirilib

“Dəmiryol nəqliyyatında enerji təchizatının səmərəliliyinin təkmilləşdirilməsi və elektrik lokomotivlərinin dartı sistemi” mövzusunda konfrans keçirilib “Dəmiryol nəqliyyatında enerji təchizatının səmərəliliyinin təkmilləşdirilməsi və elektrik lokomotivlərinin dartı sistemi” mövzusunda konfrans keçirilib “Dəmiryol nəqliyyatında enerji təchizatının səmərəliliyinin təkmilləşdirilməsi və elektrik lokomotivlərinin dartı sistemi” mövzusunda konfrans keçirilibAzərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə “Dəmiryol nəqliyyatında enerji təchizatının səmərəliliyinin təkmilləşdirilməsi və elektrik lokomotivlərinin dartı sistemi” mövzusunda konfrans keçirilib.
Konfransda “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Schneider Electric” və ALSTOM şirkətlərinin nümayəndələri iştirak edib.


AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, universitet tərəfindən dəmiryollarında elektrik enerjisindən istifadənin mövcud vəziyyətinin təkmilləşdirilməsi, həmçinin sabit cərəyandan dəyişən cərəyana keçidin səmərəliliyi ilə bağlı tədqiqatlar aparılır.
Rektor qeyd edib ki, AzTU-da dəmiryolları sahəsi bir neçə ixtisas üzrə tədris olunur və bu istiqamətdə kadr hazırlığına xüsusi diqqət göstərilir. Bu sahə ilə bağlı təkliflərə əsasən yaxın zamanlarda magistratura səviyyəsində ixtisaslaşmada dəyişiklik olunması da nəzərdə tutulub.
Rektor bildirib ki, universitetin Nəqliyyat və logistika fakültəsi logistika sistemləri istiqamətində ciddi işlər həyata keçirir.
Əsas məqsəd müasir dövrün tələblərinə uyğun yüksək keyfiyyətli tədrisin təşkilinə nail olmaqdır.

Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Füzuli Quliyev dəmiryolunun elektrik təchizatının sabit cərəyandan dəyişən cərəyana keçməsinin texniki və iqtisadi üstünlüklərindən danışıb.
Qeyd edib ki, yeni sistemə keçid sərnişin qatarlarının sürətinin saatda 140 km-ə qədər artırılmasına imkan yaradır.

“ALSTOM Transport Azərbaycan” MMC-nin direktoru Elşən Zeynalov AzTU ilə bu ilin aprel ayında imzalanan əməkdaşlıq müqaviləsini xatırladıb. Bildirib ki, müqaviləyə uyğun olaraq universitetlə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Elşən Zeynalov dəmiryolu nəqliyyatında yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı da fikirlərini bildirib. “Schneider Electric” şirkətinin Mərkəzi Asiya regionu üzrə baş meneceri Dan Vlasceanu dəmiryollarının inkişafı sahəsində yaşıl texnologiyaların tətbiqinin önəmindən danışıb. Bildirib ki, bu texnologiya vasitəsilə dəmiryollarının infrastrukturu daha dayanıqlı olacaq.

Daha sonra AzTU-nun prorektoru Nurəli Yusifbəyli “Azərbaycanın enerji sektorunda mövcud trendlər və post-neft dövrünün çağırışları" mövzusunda, “Schneider Electric” şirkətinin satış üzrə mühəndisi Elbəy Rüstəmzadə isə "Dəmiryolunun idarə edilməsi üzrə rəqəmsal həllər və avtomatlaşdırma sistemləri" mövzusunda məruzə ilə çıxış edib.

Konfrans mövzular ətrafında müzakirələrlə davam edib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib

AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib

AzTU
AzTU-da vorkşop keçirilib

AzTU-da vorkşop keçirilib

AzTU
AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU
AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU
AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

Əsas xəbər, AzTU
AzTU-da UNESCO-nun dəstəyilə “Mühəndislikdə hər kəs güclüdür!” mövzusunda k ...

AzTU-da UNESCO-nun dəstəyilə “Mühəndislikdə hər kəs güclüdür!” mövzusunda k ...

AzTU
AzTU və “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış əməkdaşlıq müqavi ...

AzTU və “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış əməkdaşlıq müqavi ...

AzTU
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub və o, kollekt ...

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub və o, kollekt ...

AzTU
AzTU ilə Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

AzTU ilə Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

AzTU
AzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanı ...

AzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanı ...

AzTU
AzTU-da təhsil, texnologiya və biznes səyləri birləşdirilir

AzTU-da təhsil, texnologiya və biznes səyləri birləşdirilir

AzTU
AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU
AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

AzTU
AzTU-da Bilik Günü qeyd olunub

AzTU-da Bilik Günü qeyd olunub

AzTU
Macarıstan universitetlərinin nümayəndələri AzTU-da olub

Macarıstan universitetlərinin nümayəndələri AzTU-da olub

AzTU

"Microsoft" şirkətinin nümayəndələri AzTU-nun rektoru ilə görüşüblər

AzTU
AzTU və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU
AzTU-da Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU-da Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU-nun MƏZUNLARI, Digər bölmələr, AzTU
AzTU “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU
Rəy yazın: