AzTU-da ilk dəfə kafedra iclası da onlayn keçirildi

AzTU-da ilk dəfə kafedra iclası da onlayn keçirildi AzTU-da ilk dəfə kafedra iclası da onlayn keçirildiAzTU-da "İctimai fənlər kafedrasının 12 aprel 2020-ci il tarixli növbəti iclası onlayn formasında kecirilmişdir.

İclası kafedranın müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov açmış və iştirakçıları iclasın gündəliyi ilə tanış etmişdir.


İclasda: 1). Kafedra üzrə onlayn dərslərin keçirilmə vəziyyəti, 2). 5-6 may 2020-ci il tarixində keçiriləcək tələbə və gənc tədqiqatçıların respublika elmi-praktik konfransı və konfransa materialların göndərilməsi vəziyyəti, 3). 2020-ci ilin yaz imtahan sesiyası üçün test imtahan suallarının hazırlıq vəziyyəti və təsdiqi haqqında, 4). Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci və Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci il dönümü münasibətləri ilə kafedrada görüləcək işlər haqqında və 5). 02 aprel tarixli Universitetin Elmi Şurasında müzakirə olunan məsələlər və 2020-2021-ci tədris ilinə hazırlıq haqqında rektorun 03 aprel 2020-ci il tarixli əmri ilə əməkdaşları tanış etmək haqqında məsələlər müzakirə olunmuşdur.
İclasda İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos.F. Musayeva iştirak etmişdir.

ZiM. Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: