"Bu ilin “Könüllülər ili” elan olunmasından faydalanmalı və yararlanmalıyıq"

"Bu ilin “Könüllülər ili” elan olunmasından faydalanmalı və yararlanmalıyıq"
Azərbaycan Texniki Universitetinin
Tələbə Həmkarlar İttifaqı Komitəsinin
(AzTU THİK) sədri Elvin Bəxtiyarlının
respublikamızın prezidenti
cənab İlham Əliyev tərəfindən
2020-ci ilin "Könüllülər İli"
elan olunması ilə əlaqədar olaraq
müsahibəsi.

AzTU THİK-nin Elvin Bəxtiyarlı:

“Onlar bu sevimli, səmimi və könüldən gördükləri işlərin əhatəsini daha da genişləndirməli və könüllülüyün necə gözəl bir hiss olduğunu
öz gənc dostlarına aşılamalıdırlar”

Bu gün gənclərin istedadlarının, bacarıqlarının aşkar edilməsi və qiymətləndirilməsi, onların fəaliyyətlərinə imkan yaradılması istiqamətində də mühüm işlər görülür. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Təsadüfi deyil ki, 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunub. Bununla bağlı ölkə başçısı deyib: “Bu onu göstərir ki, Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir. Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. İndi könüllülər hərəkatı digər sahələri də əhatə edir. Mən göstəriş vermişəm ki, dövlət qurumlarında könüllülər dəstələri, qrupları yaradılsın. Artıq bəzi nazirliklərdə könüllülər qrupları yaradılıb. Bizim beynəlxalq tədbirlərdə - Avropa və İslam oyunlarının keçirilməsində könüllülər çox böyük xidmət göstəriblər. Amma başlanğıc “ASAN”dan start alıb. Bu gün minlərlə könüllü artıq bu təlimdən keçib və həyatda öz layiqli yerini tutub. Əminəm ki, “ASAN xidmət”də çalışan, eyni zamanda, könüllülər kimi fəaliyyət göstərən gənclərin çox parlaq gələcəyi olacaq. Çünki onlar artıq çox xeyirxah bir işlə təmin olunublar. Bu iş çoxşaxəlidir, insanlarla birbaşa ünsiyyətdir, insanlara göstərilən yardımdır, xidmətdir, köməkdir.
Gənc nəsil də bu milli dəyərlər əsasında tərbiyə almalıdır. Mədəni davranış, mədəni rəftar qaydaları, mədəni xidmət - bütün bunların Azərbaycanda dərin kökləri var”.


Bu gün gənclərimiz ölkədə həyata keçirilən gənclər siyasətini dəstəkləyir, onlar üçün yaradılan şəraitdən məmnunluğunu bildirirlər.
Müsahibimiz həmin gənclərdən biri, Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Elvin Bəxtiyarlıdır:


“Hazırda Təhsil Nazirliyinin dəstəyi ilə universitetlərdə BİR könüllü proqramı yaradılıb ki, bu proqram gənclərin asudə vaxtlarının təşkilində və keçirilən ictimai - siyasi tədbirlərin təşkilinə yüksək səviyyədə köməklik göstərir”

- Mən Bəxtiyarlı Elvin Əmin oğlu - Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinin bakalavr və magistratura məzunuyam. Maşınqayırma fakültəsində mövcud olan Maşın mühəndisliyi ixtisasını seçməkdə səbəb ölkəmizin inkişaf edən ölkə olması və son zamanlar ölkəmizdə Maşınqayırma sahəsində mütəxəssislərə olan ehtiyacdan irəli gəlir.

*- Gənclərin cəmiyyətdə rolunu necə qiymətləndirirsiniz?*
- Gənclərin bugünkü cəmiyyətimizdə əhəmiyyətli rolu var. Bildiyimiz kimi ölkə Prezidenti İlham Əliyev də öz çıxışlarında gənclərə hər zaman dəstək olduğunu bildirib. Ölkəmizdə son dövrlərdə gedən islahatlarda gənc kadrlara üstünlüyün verilməsi, yüksək vəzifələrə gənclərin təyin olunması Prezidentin həqiqətən də gənclərin yanında olduğunu və gənclərin ölkənin bütün sahələrində çox vacib rolunun olduğunu bir daha sübut edir.

*-Azərbaycan Texniki Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti barədə nə deyərdiniz?*
-Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetimizdə təhsil alan tələbələrimizin sosial həyatlarının yaxşılaşdırılması, regionlarından olan tələbələrimizin mənzil- məişət məsələlərinin həlli, aztəminatlı ailələrdən olan tələbələrimizə maddi- mənəvi dəstəyin göstərilməsi, təhsildə və ictimai işlərdə uğur qazanan tələbələrin mükafatlandırılması və stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində fəaliyyət göstərir.

“Könüllülər öz fəaliyyətlərini əsasən təhsillərinin və elmlərinin yüksəlməsinə, hərəsi öz sahəsində peşəkar olmağı qarşılarına məqsəd qoymalı və bu məqsədə çatmalıdırlar. Əvvəl olduğu kimi bundan sonra da öz fəaliyyətlərində xalqımızın milli - mənəvi dəyərlərini unutmamalı və qorumalıdırlar”

Komitə daxilində müxtəlif fakültələr üzrə nümayəndələrinin hər biri könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Universitetimizin Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrimizin könüllülük fəaliyyətinə qoşulmasına, onların asudə vaxtlarının səmərəli və faydalı keçirmələrinə yaxından köməklik göstərir.

*- Ölkədə gənclərin təhsili istiqamətində yaradılan şəraiti necə qiymətləndirirsiniz?*
- Ölkəmizdə gənclərin təhsilinə xüsusi diqqət yetirilir. Bunun bariz nümunəsi kimi ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində dövlət sifarişli yerlərin olması və son illərdə bu sayın artırılması, maddi imkanı zəif olan tələbələrin, valideyn himayəsindən məhrum olan tələbələrin təhsil haqqından azad olunması, onlara ikiqat təqaüdün verilməsi, müxtəlif dövlət müəssisələrinin, zavodların, nazirliklərin, şirkətlərin adlı təqaüdlərinin verilməsi kimi amilləri qeyd edə bilərik. Bundan əlavə olaraq universitetlərə yüksək balla daxil olan tələbələrə Prezident təqaüdünün verilməsini, gənclərimizin dövlət hesabına dünyanın nüfuzlu universitetlərində təhsil almasına dəstəyi və s. qeyd edə bilərik.

*- Son illər gənclər könüllülük hərəkatında fəal iştirak edirlər. Bir gənc kimi bu barədə nə deyərdiniz?*
- Son illər bildiyimiz kimi ölkəmizdə könüllülük hərəkatı çox geniş yayılıb. Bakı-2015 ilk Avropa oyunlarının keçirilməsi zamanı könüllülərin oyunların keçirilməsində və təşkilati işlərində danılmaz xidmətləri olub. Daha sonra İslam Həmrəyliyi Oyunları, UEFA Avropa liqasının finalının Bakıda keçirilməsi və hər il keçirilən Formula 1 yarışlarında könüllülərin iştirakını xüsusi qeyd etməliyik. Bütün bunlar göstərdi ki, bizim gənclərimiz, könüllülərimiz dünya səviyyəli tədbirlərin təşkilində xüsusi peşəkarlıq göstərdilər. Hazırda Təhsil Nazirliyinin dəstəyi ilə universitetlərdə BİR könüllü proqramı yaradılıb ki, bu proqram gənclərin asudə vaxtlarının təşkilində və keçirilən ictimai - siyasi tədbirlərin təşkilinə yüksək səviyyədə köməklik göstərir.

*-Bu il ölkədə "Könüllülər ili" elan edilib. Gənclər bu fürsətdən yararlanaraq fəaliyyətlərini hansı istiqamətdə qurmalıdırlar?*
- Əvvəlcə qeyd etmək istəyirəm ki, bu ilin “Könüllülər ili” elan olunması heç də təsadüfi deyil. Bu hadisə ölkə Prezidentinin biz gənclərə, könüllülərə olan diqqətinin ən bariz nümunəsidir. Ölkə gəncləri Prezidentin diqqət və qayğısını hər zaman hiss edir, bu ilin “Könüllülər ili” elan olunmasına görə bütün könüllülər dövlət başçısına təşəkkür edirlər. Bu ilin “Könüllülər ili” elan olunmasından gənclərimiz, könüllülər faydalanmalı və yararlanmalıdırlar. Onlar bu sevimli, səmimi və könüldən gördükləri işlərin əhatəsini daha da genişləndirməli və könüllülüyün necə gözəl bir hiss olduğunu öz gənc dostlarına aşılamalıdırlar. Könüllülər öz fəaliyyətlərini əsasən təhsillərinin və elmlərinin yüksəlməsinə, hərəsi öz sahəsində peşəkar olmağı qarşılarına məqsəd qoymalı və bu məqsədə çatmalıdırlar. Əvvəl olduğu kimi bundan sonra da öz fəaliyyətlərində xalqımızın milli - mənəvi dəyərlərini unutmamalı və qorumalıdırlar. Bu dəyərlərin qorunması üçün hər bir könüllü öz fəaliyyət sahəsində yüksək səylə çalışmalı və fəaliyyət göstərməlidir. Ən əsası könüllülər bilməlidir ki, onlar hər hansı bir yarışın, müsabiqənin, təşkilatın könüllüsü deyil, onlar qonaqpərvər Azərbaycanımızın könüllüləri, gəncləri və gələcəyidirlər. Onlar nə qədər sağlam ruhda olsalar gələcəyimiz də bir o qədər sağlam və güclü olacaq.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da

AzTU-da "Avro 2020"nin Könüllülər Proqramının təqdimatı keçirilib

AzTU
AzTU-nun tələbəsi Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumunda “İlin koo ...

AzTU-nun tələbəsi Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumunda “İlin koo ...

AzTU
Azərbaycan Tələbə Könüllülərinin I Forumu

Azərbaycan Tələbə Könüllülərinin I Forumu

Əsas xəbər, Təhsil, "Elm və Təhsil", Hüquq
AzTU-nun rektoru Müdafiə Sənayesi Naziri ilə görüşüb

AzTU-nun rektoru Müdafiə Sənayesi Naziri ilə görüşüb

AzTU
AzTU-da Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarış ...

AzTU-da Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarış ...

AzTU
Tiflisdə fəsadların aradan qaldırılmasında azərbaycanlı könüllülər də iştir ...

Tiflisdə fəsadların aradan qaldırılmasında azərbaycanlı könüllülər də iştir ...

Dünya, Tiflis
AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir  ...

AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir ...

Gənclik, AzTU
Tələbələrin asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzindədir

Tələbələrin asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzindədir

AzTU
AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

AzTU
AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU
AzTU-da Virtual İnkişaf və İdarəetmə Mərkəzinin təqdimatı keçirilib

AzTU-da Virtual İnkişaf və İdarəetmə Mərkəzinin təqdimatı keçirilib

AzTU, GVİİM
AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir  ...

AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir ...

AzTU
“AzTU Gəncləri 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“AzTU Gəncləri 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıb

AzTU
AzTU THİK-nin təqdimatı

AzTU THİK-nin təqdimatı

Təhsil, AzTU
AzTU məzunu Gənclər üçün Prezident mükafatına layiq görülüb

AzTU məzunu Gənclər üçün Prezident mükafatına layiq görülüb

AzTU, Darvaz, Təbriklər
Mingəçevir Gənclər Evi

Mingəçevir Gənclər Evi

"Region-Press", "Elm və Təhsil"
AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU
İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşüb

İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşüb

Əsas xəbər, Azərbaycan
Odlar Yurdu Universitetində İntellekt Mərkəzi yaradılıb

Odlar Yurdu Universitetində İntellekt Mərkəzi yaradılıb

Digər ali məktəblər
AzTU TGT “İlin Tələbə Gənclər Təşkilatı” seçilib

AzTU TGT “İlin Tələbə Gənclər Təşkilatı” seçilib

AzTU
Rəy yazın: