AzTU-nun professoru xarici elmi nəşrin redaksiya heyətinin üzvü seçilib Təhsil » AzTU 9 января 2020 TƏBRİK EDİRİK!.. Azərbaycan Texniki Universitetinin (AzTU) «Telekommunikasiya və informasiya təhlükəsizliyi» kafedrasının professoru,texnika üzrə elmlər doktoru, Bayram Qənimət oğlu İbrahimov Rusiya Federasiyasının “T-Comm – Телекоммуникации и Транспорт» elmi jurnalının redaksiya heyətinin üzvü seçilib. Rusiya Federasiyası Təhsil Nazirliyinin Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər siyahısına daxil olan jurnalın redaksiya heyətinə rabitə və informatika üzrə nüfuzlu rusiyalı və əcnəbi mütəxəssislər daxildir.Tanınmış alim, Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, texnika üzrə elmlər doktoru, professor Bayram İbrahimovu ürəkdən təbrik edir və ona elmi-pedaqji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.