Sankt-Peterburq Dövlət Universitetinin nümayəndələri AzTU-da olublar Təhsil » AzTU 26 ноября 2019 Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Sankt-Peterburq Dövlət Universitetinin nümayəndələri ilə görüşüb.Rektor qonaqlara AzTU haqqında ətraflı məlumat verib. Bildirib ki, hazırda universitetdə müasir dövrün tələbi olan energetika, elektrotexnika, avtomatlaşdırma, robototexnika və süni intellekt kimi ixtisasların daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. Vilayət Vəliyev AzTU ilə dünya, eləcə də Rusiya universitetləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.Sankt-Peterburq Dövlət Universitetinin Riyaziyyat-mexanika fakültəsinin Sistem proqramlaşdırması kafedrasının müdiri Andrey Terexov nümayəndə heyəti ilə görüşdüyü üçün AzTU-nun rektoruna təşəkkür edib. O, Bakıda anadan olduğunu və buranı ikinci vətəni hesab etdiyini qeyd edib. Bildirib ki, çalışdığı universitet Rusiyanın ən qədim ali təhsil ocaqlarından biridir. Orada İT sahəsində peşəkar kadrlar hazırlanır. Qonağın sözlərinə görə, universitetin məzunları hazırda dünyanın ən məşhur texnologiya şirkətlərinə rəhbərlik edirlər.Görüşdə iki universitet arasında İT sahəsində əməkdaşlığın daha da genişləndiriləcəyi qeyd olunub. Səfər çərçivəsində Andrey Terexov AzTU-nun tələbələri üçün mühazirə ilə çıxış edəcək.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.