Azərbaycan Texniki Universitetinin professoru beynəlxalq jurnalların redaksiya heyətinə üzv seçilib Təhsil » AzTU 5 ноября 2019 Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Şahnaz Şahbazova Türkiyənin Ankara şəhərində İEEE dəstəyi ilə keçirilən “Çoxşaxəli tədqiqatlar və innovativ texnologiyalar” üzrə beynəlxalq simpoziumda iştirak edib.AzTU-dan ZiM.Az-a bildiriblər ki, simpoziumda professor Ş.Şahbazovanın “Lütfi Zadənin elmi irsi: bioqrafiya, məntiqi riyaziyyat, sistem nəzəriyyəsi, qərar və nəzarət” və “Qeyri-səlis məntiqə əsaslanan öyrədici və biliyə nəzarət proseslərinin modelləşdirilməsi” mövzularında məruzələri dinlənilib.Simpoziumdakı çıxışlarına görə Ş.Şahbazovaya İEEE-nin mükafatı və sertifikatı təqdim olunub.Qeyd edək ki, professor Şahnaz Şahbazova həm də Ankaranın “Çoxşaxəli tədqiqatlar və innovativ texnologiyalar və tətbiqi riyaziyyat”, “Elektronika və kompüterlər” beynəlxalq jurnallarının redaksiya heyətinə üzv seçilib.Şahnaz xanımı biz də ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.